2021-10-26 08:15:27 | SİYASƏT
Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi

Bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlət başçısı deyib:

"Sovet vaxtında daha çox fərdi evlər idi. Bir neçə beşmərtəbəli ev var idi. Bir-iki evin qalıqları qalıb. Ancaq Qubadlı şəhər kimi inkişaf etməlidir. Əlbəttə ki, düzgün planlaşdırma aparılarkən burada insanların rahat yaşaması üçün bütün şərait yaradılacaq. İqtisadi inkişafa gəldikdə, əlbəttə, rayon ictimaiyyəti də burada çox fəal iştirak etməlidir - həm bərpa işlərində, eyni zamanda, Qubadlının düzgün inkişaf konsepsiyasının işlənməsində. Çünki rayon böyük potensiala malikdir, zəngin təbiəti, təbii sərvətləri var. Qubadlı rayonu ərazisindən iki böyük çay keçir, Bazarçay düz şəhərin ortasından keçir. Həkəri çayı nəinki Qubadlının, bütün Azərbaycanın, bizim böyük sərvətimizdir. Çünki biz bu çaylardan məhrum idik. Həkəridən də, Bazarçaydan da, Bəsitçaydan da, Tərtər çayından da məhrum idik. Ermənilər bizi məhrum etmişdi. Bu, böyük sərvətdir. Özü də indiki şəraitdə ki, su resursları dünyada gələcəkdə əsas yəni, yaşayış üçün əsas resurs kimi artıq tanınır. Ona görə düzgün planlaşdırma aparılmalıdır, iqtisadi inkişaf, hansı sahələr inkişaf edəcək. Əlbəttə ki, biz bura yerli, xarici investorları cəlb edəcəyik. Yəni böyük planlarımız var, konseptual yanaşma mövcuddur. Ancaq bundan sonra dəqiq planlaşma aparılmalıdır və əminəm ki, Qubadlı sakinləri fəal iştirak edəcəklər.

Mən sizi bu gün dəvət etmişəm ki, bu tarixi günü birlikdə qeyd edək. Bu, doğrudan da Azərbaycanın tarixində əbədi yaşayacaq bir gündür. 25 Oktyabr – Zəfər günü, Qubadlının azad olunması günüdür. 27 ildən sonra biz işğala son qoyduq, düşməni öz torpağımızdan qovduq. Müzəffər Azərbaycan Ordusu öz şərəfli missiyasını şərəflə yerinə yetirdi. İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi. Göstərdi ki, biz heç vaxt o vəziyyətlə barışmaq fikrində deyildik. Əgər qubadlılılar digər keçmiş köçkünlər kimi, hər il böyük ürəkağrısı ilə işğal günündə yığışırdılarsa, bundan sonra artıq o tarix tamamilə silindi, ancaq 25 oktyabrda hamımız bayram edəcəyik. Sizi bir daha təbrik edirəm".

Baxış sayı : 178
BMT məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərarını dekabrın 7-də açıqlayacaq 2021-11-30 10:55:54 Kəlbəcərin Qılınclı kəndindən VİDEO 2021-11-30 10:25:03 Aşqabad Sammitindən Zəngəzur dəhlizinə hədəflənmiş mesajlar 2021-11-30 09:45:22 İstanbulda şanlı Zəfərimizin birinci ildönümü münasibətilə tədbir keçirilib 2021-11-30 09:30:33 Prezident İlham Əliyev Rusiyanın “Rossiya-1” telekanalına müsahibə verib 2021-11-30 07:15:55 Aşıq Ələsgər yaradıcılığının dərindən öyrənilməsi və mənimsənilməsi bütün türk dünyası üçün vacibdir 2021-11-29 10:15:46 Azərbaycanın İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlığı beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir 2021-11-29 09:45:08 Kəlbəcərin İstibulaq kəndindən VİDEO 2021-11-29 09:20:29 "Azərbaycanla əlaqələrimizin tarixi qədimdir" - İran Prezidenti 2021-11-29 09:00:43 KTMT üzvlərinin Azərbaycanı Zəfərə görə təbrik etməsi sübut edir ki, onlar Ermənistanla münasibətləri korlamaqdan çəkinmirlər - Mixail Finkel 2021-11-29 08:45:16 Pakistan Prezidenti Qarabağ zəfəri münasibətilə Azərbaycanı təbrik edib 2021-11-29 07:25:41 Səttar Möhbalıyev: Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir 2021-11-28 11:30:15 Prezident İlham Əliyev Aşqabadda İƏT-in XV Zirvə toplantısında iştirak edir 2021-11-28 10:30:20 Füzulinin Qoçəhmədli kəndi - Video 2021-11-27 18:15:27 TRACECA Avropa-Qafqaz-Asiya dəhlizinin bütün sahələrində marşrutların cəlbediciliyini artırır 2021-11-27 09:15:20 Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti Bəyanat imzalayıblar 2021-11-27 08:05:20 Bizim Azərbaycanla strateji tərəfdaşlığımız çox uğurla inkişaf edir 2021-11-27 08:50:52 Zakir Həsənov Qusarda şəhid ailələri ilə görüşüb 2021-11-26 17:30:34 “Rusiya ilə ikitərəfli münasibətlərimizin dinamikası bizi çox sevindirir” 2021-11-26 15:15:50 Nizami Gəncəvi öz ideyalarını və müdrikliyini bütün bəşəriyyətə ünvanlayıb 2021-11-26 09:25:57 "Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərar qəbul ediləcək" 2021-11-26 08:25:21 Maksim Şevçenko: Prezident İlham Əliyevin Qarabağdakı ermənilərə vətəndaşlıq təklifi çox səxavətli təklifdir 2021-11-26 07:30:09 Türkiyədən çağırış: Ermənistan ona uzadılan sülh əlini bir fürsət olaraq dəyərləndirməlidir 2021-11-26 07:15:24 “Azərbaycan delimitasiyaya başlamağa hazırdır, lakin Ermənistan buna qarşılıq verməyib” 2021-11-25 20:45:50