2021-10-20 08:30:37 | MÜSAHİBƏ
Elxan Poluxovun Müstəqillik Günü ilə bağlı Braziliya mətbuatına müsahibə verib

Cari ilin 18 oktyabr tarixində Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov yerli “O mundo diplomatico” informasiya agentliyinə Müstəqilliyin Bərpası Günü ilə əlaqədar müsahibə vermişdir. Müsahibədə ölkəmizin 30 il öncə iqtisadi və siyasi böhran, erməni işğalı və süverenliyimizi itirmək təhlükəsi ilə başlayan tarix və Ümummilli Liderimiz Heydər Əliyevin xalq tərəfındən hakimiyyətə dəvət olunduqdan sonra bütün bunlara son qoyulması və ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın regionun liderinə çevrildiyi bildirilmişdir.

44 günlük müharibə zamanı Azərbaycanın qəhrəman əsgərlərinin Ali Baş Komandanın rəhbərliyi altında otuz il davam edən erməni işğalına son qoyması da xüsusi vurğulanmışdır.

Müsahibə çərçivəsində həmçinin 2012-ci ildən Braziliyada fəaliyyət göstərən Səfirliyimizin fəaliyyətindən də söhbət açılmışdır. Səfir E.Poluxov bildirmişdir ki, gələn il Səfirliyin fəaliyyətinin on illiyi tamam olacaq və bu müddət ərzində ənənəvi iki və çoxtərəfli diplomatiyadan sair elm, mədəniyyət, idman, parlamentlər arası münasibətlər və bir çox digər sahələrdə işlər aparılmış və aparılmaqdadır. Qeyd olunmuşdur ki, artıq ənənəyə çevrilmiş hər il İRS jurnalının portuqal buraxılışı işıq üzü görür və jurnalda həm Azərbaycan həm də Braziliyalı müəlliflərin məqalələri yer tapır. Həmçinin bu il dahi Nizami Gəncəvinin əsərlərinin biri, tarixdə ilk dəfə olaraq portuqal dilinə tərcümə olunaraq dərc olunacaq və bu da xalqlarımızı mədəniyyət sahəsində daha da yaxınlaşdıran mühüm hadisəyə çevriləcək.

Həmçinin E.Poluxov iqtisadi sahədə inkişafda olan əlaqələrdən söz açaraq, Braziliyanın aparıcı şirkətlərini ölkəmizə dəvət etmiş və işğaldan azad olunmuş ərazilərdə mövcud yeni biznes imkanlarından danışmışdır. Sonra səfir bir daha agentliyin rəhbərliyinə bayram münasibəti ilə təbriklərə görə minnətdarlığını bildirmiş və xalqlarımıza uğur və inkişaf arzulamışdı.

Müsahibənin tam mətni ilə verilən keçidlə tanış olmaq olar:

https://www.omundodiplomatico.com/post/dia-da-restaura%C3%A7%C3%A3o-da-independ%C3%AAncia-do-azerbaij%C3%A3o-entrevista-com-o-embaixador-elkhan-polukhov

Baxış sayı : 218
BMT məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərarını dekabrın 7-də açıqlayacaq 2021-11-30 10:55:54 Kəlbəcərin Qılınclı kəndindən VİDEO 2021-11-30 10:25:03 Aşqabad Sammitindən Zəngəzur dəhlizinə hədəflənmiş mesajlar 2021-11-30 09:45:22 İstanbulda şanlı Zəfərimizin birinci ildönümü münasibətilə tədbir keçirilib 2021-11-30 09:30:33 Prezident İlham Əliyev Rusiyanın “Rossiya-1” telekanalına müsahibə verib 2021-11-30 07:15:55 Aşıq Ələsgər yaradıcılığının dərindən öyrənilməsi və mənimsənilməsi bütün türk dünyası üçün vacibdir 2021-11-29 10:15:46 Azərbaycanın İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlığı beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir 2021-11-29 09:45:08 Kəlbəcərin İstibulaq kəndindən VİDEO 2021-11-29 09:20:29 "Azərbaycanla əlaqələrimizin tarixi qədimdir" - İran Prezidenti 2021-11-29 09:00:43 KTMT üzvlərinin Azərbaycanı Zəfərə görə təbrik etməsi sübut edir ki, onlar Ermənistanla münasibətləri korlamaqdan çəkinmirlər - Mixail Finkel 2021-11-29 08:45:16 Pakistan Prezidenti Qarabağ zəfəri münasibətilə Azərbaycanı təbrik edib 2021-11-29 07:25:41 Səttar Möhbalıyev: Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir 2021-11-28 11:30:15 Prezident İlham Əliyev Aşqabadda İƏT-in XV Zirvə toplantısında iştirak edir 2021-11-28 10:30:20 Füzulinin Qoçəhmədli kəndi - Video 2021-11-27 18:15:27 TRACECA Avropa-Qafqaz-Asiya dəhlizinin bütün sahələrində marşrutların cəlbediciliyini artırır 2021-11-27 09:15:20 Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti Bəyanat imzalayıblar 2021-11-27 08:05:20 Bizim Azərbaycanla strateji tərəfdaşlığımız çox uğurla inkişaf edir 2021-11-27 08:50:52 Zakir Həsənov Qusarda şəhid ailələri ilə görüşüb 2021-11-26 17:30:34 “Rusiya ilə ikitərəfli münasibətlərimizin dinamikası bizi çox sevindirir” 2021-11-26 15:15:50 Nizami Gəncəvi öz ideyalarını və müdrikliyini bütün bəşəriyyətə ünvanlayıb 2021-11-26 09:25:57 "Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərar qəbul ediləcək" 2021-11-26 08:25:21 Maksim Şevçenko: Prezident İlham Əliyevin Qarabağdakı ermənilərə vətəndaşlıq təklifi çox səxavətli təklifdir 2021-11-26 07:30:09 Türkiyədən çağırış: Ermənistan ona uzadılan sülh əlini bir fürsət olaraq dəyərləndirməlidir 2021-11-26 07:15:24 “Azərbaycan delimitasiyaya başlamağa hazırdır, lakin Ermənistan buna qarşılıq verməyib” 2021-11-25 20:45:50