2021-10-15 09:30:56 | QHT VƏ MEDİA
Misirli professor: Azərbaycan sübut etdi ki, qüdrətli Ordu ilə qəsbkarı cəzalandırıb, torpaqları azad etmək mümkündür

Azərbaycan İkinci Dünya müharibəsindən sonra işğala son qoyan və ərazilərini düşmən tapdağından azad edən ilk ölkə olub. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 28 ilə yaxın aparılan danışıqların nəticəsiz olması və Ermənistanın zəbt etdiyi əraziləri tərk etməkdən imtinası müharibənin başlamasının əsas səbəbi idi.

Bu fikirləri Misirin Həlvan Universitetinin professoru, politoloq Adil Dərviş AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində söyləyib. O qeyd edib: “İkinci Qarabağ müharibəsi ikili standartlarla xarakterizə olunan köhnə siyasi metodların təsirsizliyi fonunda münaqişənin hərb yolu ilə həll edilə biləcəyini açıq şəkildə nümayiş etdirdi. İkinci Dünya müharibəsindən sonra dünya xəritəsindəki bir ölkə ilk dəfə olaraq 28 illik danışıqların uğursuzluğundan sonra işğal altındakı torpaqlarını azad edə bildi. Azərbaycan bütün dünyaya sübut etdi ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməkdən imtina edən və işğalı davam etdirən təcavüzkar dövləti hərb yolu ilə beynəlxalq hüququn normalarına əməl etməyə məcbur etmək mümkündür”.

A.Dərviş vurğulayıb ki, daxildə xaos yaşayan və ordusu zəif olan Ermənistan ötən il sistemli şəkil almış hərbi təxribatları ilə özünü fəlakətə sürükləyib: “Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu, iqtisadi qüdrəti və öz ordusunu ən müasir silah və texnologiyalarla təmin etməsi müharibənin taleyini həll etdi. Diqqət yetirdikdə görürük ki, Ermənistan rəhbərliyinin müharibə günlərində beynəlxalq ictimaiyyətə təşvişlə ünvanladığı müraciətlər cavabsız qaldı. Çünki bütün dünya Azərbaycanın işğala məruz qaldığını və beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü bərpa etdiyini bilirdi. Heç bir dövlət, hətta əvvəllər ermənilərə havadarlıq etmiş siyasətçilər belə işğalçı ölkənin hay-həşirinə münasibət bildirmədi. Əksinə, Azərbaycanın ədalətli müharibəsinə olan dəstək getdikcə artdı. Bu məsələdə görkəmli siyasətçi və sərkərdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə hərbi əməliyyatlara paralel şəkildə aparılan informasiya müharibəsi də öz mühüm rolunu oynadı. Belə ki, ermənilərin yalanları ifşa olundu, muzdlu əsgərlərin onların tərəfində vuruşması, habelə azad edilən ərazilərdə törədilən vəhşiliklər bütün dünya ictimaiyyətinə çatdırıldı. Müsəlman ölkələri isə Ermənistanın İslam abidələrini dağıtması, məscidləri təhqir edərək, müqəddəs ibadət ocaqlarında donuz saxlaması faktlarından dəhşətə gəldi”.

Misirli professor qeyd edib ki, Qələbədən sonra Cənubi Qafqaz regionunda yeni reallıq yaradan Azərbaycan işğaldan azad edilmiş ərazilərdə geniş bərpa-quruculuq işlərinə başlayıb. Eyni zamanda, rəsmi Bakı sülh müqaviləsinin bağlanması təklifi ilə çıxış edir və regionda möhkəm sabitliyin bərqərar olmasına çalışır. Təəssüf ki, Ermənistan bu məsələdə də konstruktiv mövqe nümayiş etdirmir.

“Bu tarixi Qələbə münasibətilə Azərbaycan xalqının sevincini paylaşıram, ötən əsrin 80-ci illərində təhsil aldığım ölkəyə sülh, əmin-amanlıq və daha güclü inkişaf arzulayıram. Müharibədə şəhid olmuş Azərbaycan hərbçilərinə və mülki şəxslərə Uca Allahdan rəhmət diləyirəm. Azərbaycan xalqı, məşhur bir aforizmdə deyildiyi kimi, “qılıncla gələni qılıncla qarşıladı” və sübut etdi ki, qüdrətli Ordu ilə ipə-sapa yatmayan qəsbkarı cəzalandırmaq, torpaqları azad etmək mümkündür”, -deyə A.Dərviş fikirlərini yekunlaşdırıb.

Baxış sayı : 165
BMT məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərarını dekabrın 7-də açıqlayacaq 2021-11-30 10:55:54 Kəlbəcərin Qılınclı kəndindən VİDEO 2021-11-30 10:25:03 Aşqabad Sammitindən Zəngəzur dəhlizinə hədəflənmiş mesajlar 2021-11-30 09:45:22 İstanbulda şanlı Zəfərimizin birinci ildönümü münasibətilə tədbir keçirilib 2021-11-30 09:30:33 Prezident İlham Əliyev Rusiyanın “Rossiya-1” telekanalına müsahibə verib 2021-11-30 07:15:55 Aşıq Ələsgər yaradıcılığının dərindən öyrənilməsi və mənimsənilməsi bütün türk dünyası üçün vacibdir 2021-11-29 10:15:46 Azərbaycanın İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlığı beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir 2021-11-29 09:45:08 Kəlbəcərin İstibulaq kəndindən VİDEO 2021-11-29 09:20:29 "Azərbaycanla əlaqələrimizin tarixi qədimdir" - İran Prezidenti 2021-11-29 09:00:43 KTMT üzvlərinin Azərbaycanı Zəfərə görə təbrik etməsi sübut edir ki, onlar Ermənistanla münasibətləri korlamaqdan çəkinmirlər - Mixail Finkel 2021-11-29 08:45:16 Pakistan Prezidenti Qarabağ zəfəri münasibətilə Azərbaycanı təbrik edib 2021-11-29 07:25:41 Səttar Möhbalıyev: Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir 2021-11-28 11:30:15 Prezident İlham Əliyev Aşqabadda İƏT-in XV Zirvə toplantısında iştirak edir 2021-11-28 10:30:20 Füzulinin Qoçəhmədli kəndi - Video 2021-11-27 18:15:27 TRACECA Avropa-Qafqaz-Asiya dəhlizinin bütün sahələrində marşrutların cəlbediciliyini artırır 2021-11-27 09:15:20 Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti Bəyanat imzalayıblar 2021-11-27 08:05:20 Bizim Azərbaycanla strateji tərəfdaşlığımız çox uğurla inkişaf edir 2021-11-27 08:50:52 Zakir Həsənov Qusarda şəhid ailələri ilə görüşüb 2021-11-26 17:30:34 “Rusiya ilə ikitərəfli münasibətlərimizin dinamikası bizi çox sevindirir” 2021-11-26 15:15:50 Nizami Gəncəvi öz ideyalarını və müdrikliyini bütün bəşəriyyətə ünvanlayıb 2021-11-26 09:25:57 "Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərar qəbul ediləcək" 2021-11-26 08:25:21 Maksim Şevçenko: Prezident İlham Əliyevin Qarabağdakı ermənilərə vətəndaşlıq təklifi çox səxavətli təklifdir 2021-11-26 07:30:09 Türkiyədən çağırış: Ermənistan ona uzadılan sülh əlini bir fürsət olaraq dəyərləndirməlidir 2021-11-26 07:15:24 “Azərbaycan delimitasiyaya başlamağa hazırdır, lakin Ermənistan buna qarşılıq verməyib” 2021-11-25 20:45:50