2021-10-13 09:50:03 | QHT VƏ MEDİA
"Ermənistan siyasi iradə və konstruktiv yanaşma nümayiş etdirməlidir"

Ermənistan tərəfindən siyasi iradə və konstruktiv yanaşmanın nümayiş etdirilməsi zəruridir.

Fact-info.az xəbər verir ki, bunu Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad tədbirləri üzrə Müşavirənin (AQEM) Xarici İşlər Nazirlərinin 6-cı görüşündə çıxışı zamanı bildirib.

O, həmin ərazilərin yaşıl enerji bölgəsi elan edildiyini, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında yenidən qurulduğunu diqqətə çatdırıb, bu proseslərə bir çox AQEM üzv-dövlətindən özəl sektor nümayəndələrinin cəlb edilməsinin təşkilata üzv-dövlətlər arasında əməkdaşlığın yeni bir nümunəsi kimi əhəmiyyəti vurğulayıb.

Nazir müavini Zəngəzur dəhlizinin münaqişədən sonrakı normallaşma prosesi, regional sülh və etimadın möhkəmlənməsi ilə eyni zamanda, şimal-cənub və şərq-qərb istiqamətlərində ticarət və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi böyük potensiala malik olduğu diqqətə çatdırıb.

M.Məmməd-Quliyev çıxışında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən minalar və digər partlayıcılarla kütləvi çirkləndirilməsi, Ermənistanın beynəlxalq humanitar hüquqa zidd olaraq bütün mina ərazilərinin xəritələrini tam dəqiqliklə Azərbaycana təhvil verməkdən boyun qaçırmasının fəsadları barəsində tədbir iştirakçılarını məlumatlandırıb.

Azərbaycanın Ermənistanla münasibətləri bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığına hörmət əsasında normallaşdırmaq, iki ölkə arasında sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiya və demarkasiyası barəsində təklifləri xatırladılaraq, bu təkliflərin reallaşması üçün Ermənistan tərəfindən siyasi iradə və konstruktiv yanaşmanın nümayiş etdirilməsinin zəruri olduğu vurğulanıb.

Baxış sayı : 137
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir - Video 2021-10-20 16:40:15 Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüşdən görüntülər paylaşıb 2021-10-20 10:30:58 Regional əməkdaşlıq formatının genişləndirilməsi zərurəti 2021-10-20 10:10:39 Zəngilanda radio və televiziya yayımı təmin olunub 2021-10-20 09:30:06 Zəngilanın işğaldan azad edilməsindən 1 il ötür 2021-10-20 09:05:53 Elxan Poluxovun Müstəqillik Günü ilə bağlı Braziliya mətbuatına müsahibə verib 2021-10-20 08:30:37 “Səhnədən səngərə: Qazilər” layihəsi 2021-10-19 19:05:54 Zəngəzur dəhlizi perspektivdə "Kəmər və Yol" layihəsinin strateji əhəmiyyətini artıracaq 2021-10-19 14:20:17 Ukraynalı deputatlar: Qarabağda gördüklərimizi unutmayacağıq 2021-10-19 09:35:41 Ermənistanın çaylarımızı çirkləndirməsi məsələsini müxtəlif səviyyələrdə gündəmdə saxlayırıq 2021-10-19 09:30:42 Zəfər xronikası 19 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin TASS informasiya agentliyinə videomüsahibəsi 2021-10-19 08:45:49 Türkiyə XİN: "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!" 2021-10-19 07:30:39 Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb 2021-10-18 21:10:08 Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19