2021-10-12 09:30:20 | QHT VƏ MEDİA
Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib

1 il əvvəl Ermənistanın siyasi və hərbi rəhbərliyi tərəfindən Gəncənin raket atəşinə tutulması ilə bağlı Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib.

Müraciətdə deyilir:

"2020-ci il sentyabrın 27-də Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və 44 gün davam edən müharibədə Azərbaycan Respublikasının işğalda olan torpaqlarını azad etmişdir.

Ermənistan siyasi və hərbi rəhbərliyi döyüş meydanındakı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün cəbhə xəttindən kənarda yerləşən şəhər və rayonlarımızdakı mülki əhalini hədəf seçmiş, müxtəlif növ ağır silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri o cümlədən qadın və uşaqları vəhşicəsinə qətlə yetirmiş, insanların əmlakına, infrastruktur obyektlərinə irimiqyaslı zərər vurmuşlar.

Bir il öncə oktyabrın 11-də saat 04.00 radələrində Azərbaycanın ikinci böyük və 500 mindən çox əhalisi olan, cəbhə xəttindən 80 km uzaqlıqda yerləşən Gəncə şəhəri Ermənistanın siyasi və hərbi rəhbərliyinin əmri ilə TOÇKA-U raket sistemindən atəşə tutuldu. Gəncədə əhalinin sıx yaşadığı bir ərazidə gecə saatlarında, insanların yatdığı bir vaxtda Ermənistanın vəhşi hücumu nəticəsində 3 yaşayış binası dağılıb, 10 mülki şəxs həlak olub və 40-dan çox insan yaralanıb. Ölənlər arasında uşaq və qadınlar da olub. 44 günlük müharibə zamanı Ermənistanın Gəncəni bir neçə dəfə raket atəşinə tutması həm də onu göstərirdi ki, işğalçı ölkə əvvəlki illərdə olduğu kimi, yenə də dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələri, bəyanatları və çağırışları heçə sayır, beynəlxalq humanitar qanunun, xüsusilə 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasını kobud şəkildə pozmaqda davam edir. Bunun isə tək səbəbi indiyə kimi Ermənistanın cəzasız qalması və işğalçı ölkəyə qarşı hər hansı bir beynəlxalq sanksiyanın tətbiq olunmamasıdır.

Biz, Azərbaycanda insan hüquqlarının müdafiəsi, qadın və uşaq haqlarının qorunması istiqaməti üzrə fəaliyyət göstərən QHT-lər böyük narahatçılıq hissi ilə sizə bir daha müraciət edir, bir il öncə çoxlu sayda günahsız uşaq və qadını qətlə yetirən Ermənistana və onun hərbi rəhbərliyinə qarşı ciddi addımlar atmağa, baş verən müharibə və insanlıq əleyhinə cinayətlərə siyasi qiymət verməyə çağırırıq".

Qeyd edək ki, müraciəti 89 QHT imzalayıb.

Baxış sayı : 136
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir - Video 2021-10-20 16:40:15 Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüşdən görüntülər paylaşıb 2021-10-20 10:30:58 Regional əməkdaşlıq formatının genişləndirilməsi zərurəti 2021-10-20 10:10:39 Zəngilanda radio və televiziya yayımı təmin olunub 2021-10-20 09:30:06 Zəngilanın işğaldan azad edilməsindən 1 il ötür 2021-10-20 09:05:53 Elxan Poluxovun Müstəqillik Günü ilə bağlı Braziliya mətbuatına müsahibə verib 2021-10-20 08:30:37 “Səhnədən səngərə: Qazilər” layihəsi 2021-10-19 19:05:54 Zəngəzur dəhlizi perspektivdə "Kəmər və Yol" layihəsinin strateji əhəmiyyətini artıracaq 2021-10-19 14:20:17 Ukraynalı deputatlar: Qarabağda gördüklərimizi unutmayacağıq 2021-10-19 09:35:41 Ermənistanın çaylarımızı çirkləndirməsi məsələsini müxtəlif səviyyələrdə gündəmdə saxlayırıq 2021-10-19 09:30:42 Zəfər xronikası 19 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin TASS informasiya agentliyinə videomüsahibəsi 2021-10-19 08:45:49 Türkiyə XİN: "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!" 2021-10-19 07:30:39 Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb 2021-10-18 21:10:08 Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19