2021-10-12 09:10:10 | İQTİSADİYYAT
Daxili bazar araşdırması mexanizmi yerli istehsalı stimullaşdırır

Daxili bazar araşdırması mexanizmindən faydalanmış sahibkarlıq subyektləri tərəfindən Bakı şəhərlərində ağıllı ev və bina avtomatlaşdırması sahəsində istifadə olunan avadanlıqların, Mingəçevir şəhərində isə termal kağız və yapışqan stiker kağızların istehsalına başlanılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, yeni istehsal sahələri ölkəmizdə müvafiq məhsullara olan tələbatın yerli istehsal hesabına təmin edilməsi və bu sahədə idxaldan asılılığın azaldılması baxımından əhəmiyyətlidir.

“Allsmart Technologies” MMC-nin təsisçisi Elşad Hüseynov deyib: “Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə ağıllı ev və bina avtomatlaşdırması sahəsində şlaqbaum, domofon, kamera, lift idarə edilməsi, jalüz, qaraj qapısı və təhlükəsizlik sistemlərinin istehsalı sahələrində daxili bazar araşdırmasının aparılması üçün müraciət etdik. Bazar araşdırmasına çəkilən xərcin 80 faizi dövlət tərəfindən ödənilib. Daxili bazar araşdırması əsasında ağıllı evlər və binaların avtomatlaşdırılmasında istifadə olunan iki yeni məhsul istehsalına başladıq. Hazırda bu məhsullardan Bakıda və regionlarda ağıllı evlərdə və binaların avtomatlaşdırılmasında istifadə edilir. Daxili bazar araşdırması bizə müvafiq sahədə mövcud vəziyyəti və bu avadanlıqlara olan tələbatı öyrənməkdə dəstək oldu”.

“Violet” MMC-nin rəhbəri Rami Məmmədov: “Daxili bazar araşdırması mexanizmindən istifadə etməklə termal və yapışqan stiker kağızların istehsalına başladıq. Bununla da müvafiq məhsullar üzrə xaricdən asılılığı 40 faizə qədər azaltdıq. Çeklərin və barkodların çapında istifadə edilən termal kağızlara tələbat böyükdür. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu, “MilliÖn”, “Azəriqaz”, “Expressbank”, “Rahat” marketlər şəbəkəsi və sair sifarişçilərimiz sırasındadır”.

Qeyd edək ki, 2019-cu ildən etibarən KOBİA tərəfindən mikro, kiçik və orta biznes subyektlərinə daxili bazar araşdırmasının aparılması üçün informasiya və maliyyə dəstəyi göstərilir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası”na uyğun olaraq, mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80 faizi, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50 faizi dövlət tərəfindən qarşılanır. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmi çərçivəsində ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilərlər. Ümumilikdə, hər bir daxili bazar araşdırmasının aparılmasına görə KOB subyektlərinə ödənilən dəstək məbləği 20 min manata qədərdir. İndiyədək sahibkarların müraciəti əsasında 12, KOBİA-nın təşəbbüsü ilə 9 daxili bazar araşdırması aparılıb.

Baxış sayı : 111
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir - Video 2021-10-20 16:40:15 Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüşdən görüntülər paylaşıb 2021-10-20 10:30:58 Regional əməkdaşlıq formatının genişləndirilməsi zərurəti 2021-10-20 10:10:39 Zəngilanda radio və televiziya yayımı təmin olunub 2021-10-20 09:30:06 Zəngilanın işğaldan azad edilməsindən 1 il ötür 2021-10-20 09:05:53 Elxan Poluxovun Müstəqillik Günü ilə bağlı Braziliya mətbuatına müsahibə verib 2021-10-20 08:30:37 “Səhnədən səngərə: Qazilər” layihəsi 2021-10-19 19:05:54 Zəngəzur dəhlizi perspektivdə "Kəmər və Yol" layihəsinin strateji əhəmiyyətini artıracaq 2021-10-19 14:20:17 Ukraynalı deputatlar: Qarabağda gördüklərimizi unutmayacağıq 2021-10-19 09:35:41 Ermənistanın çaylarımızı çirkləndirməsi məsələsini müxtəlif səviyyələrdə gündəmdə saxlayırıq 2021-10-19 09:30:42 Zəfər xronikası 19 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin TASS informasiya agentliyinə videomüsahibəsi 2021-10-19 08:45:49 Türkiyə XİN: "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!" 2021-10-19 07:30:39 Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb 2021-10-18 21:10:08 Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19