2021-10-11 13:20:56 | MÜSAHİBƏ
Mənsur Bərxudarov: “Torpaqlarımızı erməni təcavüzündən azad etdikdən sonra Qarabağda innovativ iqtisadi mexanizmlərin tətbiqi zərurətə çevrildi”

Fact-info.az-ın suallarını Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad Məktəbinin direktoru Mənsur Bərxudarov cavablandırır:

-Mənsur müəllim, son dövrlər yeni iqtisadiyyata keçid, bu modelin bir çox proseslərə əhəmiyyətli təsiri ilə bağlı mülahizələr, müzakirələr aparılır. Sizin fikirləriniz bu barədə necədir?

-Yeni iqtisadiyyata keçid tarixi zərurətdən irəli gəlir. Cənubi Qafqazda yeni reallıq yaranıb. Bundan əlavə, dünya iqtisadiyyatı rəqəmsal iqtisadiyyata keçid şəraitində fəaliyyət göstərir. Rəqəmsal cəmiyyət şəraitində fəaliyyət göstərən ölkələr bu cəmiyyətin qoyduğu tələblərə uyğun olaraq dəyişməli və yeni daha səmərəli mexanizmlərin fəaliyyətinə əlverişli şərait yaratmalıdır. Elmi ədəbiyyatlarda bu sənaye inqilabi kimi qeyd olunur. Əslində isə bu inqilabi dəyişikliklər ictimai həyatın bütün sahələrini, elmi-mədəni, sosial-iqtisadi, hərbi-siyasi və hətta ictimai şüurda gedən dəyişiklikləri özündə ehtiva edir. Formalaşan yeni iqtisadiyyat yeni ideyalara, innovasiyalara, həm də modern texnologiyalara əsaslanan bilik iqtisadiyyatıdır. Zamanın çağrışlarını nəzərə alaraq, mövcud olan potensialın düzgün dəyərləndirilməsindən sonra bu istiqamətdə addımların atılması gözləniləndir.

-Belə iqtisadi mexanizmlərin Qarabağda tətbiqi haqqında fikirləriniz necədir?

-Onu qeyd edək ki, ötən il biz işğal altında qalan torpaqlarımızı erməni təcavüzündən azad etdikdən sonra Qarabağda innovativ iqtisadi mexanizmlərin tətbiqi zərurətə çevrildi. Azərbaycan dövləti artıq Qarabağda yeni iqtisadi mexanizmləri işə salmışdır və bu mexanizmlər hal-hazırda öz bəhrəsini verməkdədir. Bu prosesə dövlətlə bərabər yerli və xarici investorların cəlb olunması, quruculuq prosesində sahibkarlıq subyektlərinin töhfə verməsi çox əhəmiyyətlidir. Bu istiqamətdə ciddi addımların atılmasının effekti uzunmüddətli dövr üçün daha çox gözləniləndir.

-Bu iqtisadi yeni modelin tranzit layihələrə təsirini necə dəyərləndirirsiniz?

-Azərbaycan ərazisindən keçən və Avropa ilə Asiya arasında uzanan belə xəttlərin aktuallığı artmaqda davam edir. Bunun əhatə dairəsi genişlənir. Reallıq onu göstərir ki, bu layihələrə 3 üstəgəl 3 formatında əməkdaşlıq ideyasının reallaşdırma coğrafiyasına daxil olan ölkələrin (Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə, İran, Gürcüstan) yeni keyfiyyət səviyyəsində formalaşacaq iqtisadi əməkdaşlığına güclü bir təkan verəcək. Digər tərəfdən, belə mexanizmlər sülhə, sabitliyə yol açacaq. Bu amillərin müsbət təsir gücü Azərbaycan üçün çox önəmlidir. Çünki, ölkəımiz tranzit ölkə olaraq bu layihələrdən xeyli fayda götürəcək. Digər tərəfdən, müasir dövrdə dünya iqtisadiyyatının iqtisadi güc mərkəzi Asiya regionuna keçir. Çinin və digər dövlətlərin maraq dairəsindədir ki, Azərbaycan ərazisində keçən tranzit layihələr gerçəkləşsin. Ölkəmiz hər zaman olduğu kimi milli maraqları çərçivəsində belə layihələrə töhfəsini verməkdə davam edir. Yeni yaranan geosiyasi reallıqları nəzərə alaraq onu da qeyd etmək olar ki, belə regional əməkdaşlığın dərinləşməsi və Azərbaycanın bu proseslərə töhfəsi qaçılmazdır. Ermənistanın Azərbaycanla iqtisadi sahədə əməkdaşlıq etməsi həmin ölkənin yeganə çıxış yoludur. İndi söz Ermənistanındır. O istəsə də, istəməsə də bu formata qoşulacaqdır. Ermənistan istəsə regiona inteqrasiya, tərəqqi, inkişaf və sülh daha tez və problemsiz gələcəkdir. İstəməsə isə, bu proseslərdən kənarda qalacaq və sonda davamlı beynəlxalq təzyiqlər nəticəsində bu prosesə qoşulmaq məcburiyyətində qalacaqdır. Əks mövqe Ermənistana heç bir fayda gətirməyəcək. Ümumiyyətlə, müharibədən sonra aparılan quruculuq işlərinə nəzər salsaq, bir daha əminliklə deyə bilərik ki, Azərbaycanın Qarabağ bölgəsi inkşaf edəcək iqtisadi rayonlarımızdan biri olacaq.

-Azərbaycan yalnız neft, qazla zəngin ölkə deyil. Artıq ölkəmizdə digər sahələrin, o cümlədən kənd təsərrüfatının inkişafı hədəflər sırasındadır.. Bu sahələrin inkişafını təmin etmək üçün daha nə etmək lazımdı?

-Onu qeyd edim ki, kənd təsərrüfatı ilə bağlı müxtəlif layihələrin həyata keçirilməsi ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edir. Regionlarda sosial iqtisadi inkişafı sürətləndirmək, infrastukturu yeniləmək məqsədilə Dövlət Proqramları icra olunmaqdadır. Artıq növbəti mərhələlərrdə Azərbaycanının kənd təsərrüfatı məhsullarının ixracı, xarici bazarların müəyyən edilməsi, marketinq və menecment işlərinin təşkili və digər məsələlər üzərində ciddi işlər aparılmalıdır. Xüsusilə, işğaldan azad olunan ərazilərimizdə aqrar bölmənin inkişafı hədəflər sırasındadır. Bütün bu məsələlər dövlətin dəstəyi ilə kompleks yanaşma nəticəsində öz həllini tapar. Təbii ki, görülən işlər Qarabağda və digər bölgələrimizdə aqrar sahənin inkişafı baxımından önəmli məqamlardır.

-Məlum məsələdir ki, 30 illik işğal dövründə Azərbaycanında bir çıx sahələrə o cümlədən iqtisadiyyata böyük ziyan dəyib. İqdisadi ziyanın müəyyən edilməsi Ermənistandan təzminatın alınması ilə bağlı fikirləriniz necədir?

-Mənim bildiyim qədər bu işlər davam edir. Bütün sahələrdə o cümlədən iqtisadi sahədə vurulmuş ziyanın qiymətləndirilməsi prosesi gedir. Bu araşdırmalara və qiymətləndirməyə xarici ekspertlər cəlb olunub. Çox nüfuzlu xarici mütəxəssislərin rəyi mühümdür. Düşünürəm Ermənistan 30 il ərzində Azərbaycana vurduğu iqtisadi ziyana görə, təzminat ödəyəcək.

Fact-info.az

Baxış sayı : 662
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir - Video 2021-10-20 16:40:15 Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüşdən görüntülər paylaşıb 2021-10-20 10:30:58 Regional əməkdaşlıq formatının genişləndirilməsi zərurəti 2021-10-20 10:10:39 Zəngilanda radio və televiziya yayımı təmin olunub 2021-10-20 09:30:06 Zəngilanın işğaldan azad edilməsindən 1 il ötür 2021-10-20 09:05:53 Elxan Poluxovun Müstəqillik Günü ilə bağlı Braziliya mətbuatına müsahibə verib 2021-10-20 08:30:37 “Səhnədən səngərə: Qazilər” layihəsi 2021-10-19 19:05:54 Zəngəzur dəhlizi perspektivdə "Kəmər və Yol" layihəsinin strateji əhəmiyyətini artıracaq 2021-10-19 14:20:17 Ukraynalı deputatlar: Qarabağda gördüklərimizi unutmayacağıq 2021-10-19 09:35:41 Ermənistanın çaylarımızı çirkləndirməsi məsələsini müxtəlif səviyyələrdə gündəmdə saxlayırıq 2021-10-19 09:30:42 Zəfər xronikası 19 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin TASS informasiya agentliyinə videomüsahibəsi 2021-10-19 08:45:49 Türkiyə XİN: "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!" 2021-10-19 07:30:39 Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb 2021-10-18 21:10:08 Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19