2021-10-11 10:05:18 | MƏDƏNİYYƏT
“Nizami Gəncəvinin əsərlərinin el variantları” və “Ölümü ömür seçənlər” kitabının təqdimatı keçirilib

.

Mədəniyyət Nazirliyinin təşkil etdiyi VII Beynəlxalq Bakı Kitab Sərgisində Kürdəmir Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə nəşr olunan “Nizami Gəncəvinin əsərlərinin el variantları” və müəllifin təşəbbüsü ilə yayımlanan “Ölümü ömür seçənlər” kitabının təqdimatı keçirildi.

Əvvəlcə redaktoru və tərtibçisi yazar, ədəbiyyat araşdırmaçısı Fərid Hüseyn olan “Nizami Gəncəvinin əsərlərinin el variantları” kitabı ictimaiyyətə təqdim edildi. Nəşrin layihə rəhbəri və ön sözün müəllifi Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı kitabın əsas ideyasını aşağıdakı kimi açıqlamaqdadır: “İlk növbədə bəzən haqsız yerə Nizami Gəncəvini mübahisəli şair hesab edir, onu yazdığı dilin xalqına mənsub şəxsiyyət kimi təqdim edirlər. Nəzərə alaq ki, insan fiziki varlıqdır, şairin doğulduğu yer Gəncə şəhəridir. Bu kitab əyani şəkildə göstərir ki, yad, əcnəbi şairin əsərləri folklora, milli ədəbiyyata bu qədər hopa, nağıllarda, dastanlarda bunca süjetlərdə özünə həyat qazana bilməz.

Yalnız xalqın həqiqi mənəvi övladı öz folkloruna bu qədər yaxın ola bilər, həmçinin də xalq yalnız öz əziz övladının əsərlərini öz mənəviyyatının carçısı bilərək onu öz şifahi yaddaşında əsrlər boyunca qoruyub-saxlaya bilər. Hansısa xalq yad düşüncəni, əxlaqı, dünyagörüşü tərzini özünə bu qədər yaxın buraxa bilərmi?! Bu kitab həm də onu göstərir ki, əlinizdəki nəşrlə bir daha Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu bariz örnəklərlə dünyaya çatdıraq. Bu kitab Nizami Gəncəvinin süjetlərinin folklorumuza nə qədər sirayət etdiyini, eyni zamanda dahi ədibin Azərbaycanın el yaddaşından, xalq ədəbiyyatından nə qədər məharətlə yararlandığını bir daha aydınlaşdırır. Sovet dövründə ayrı-ayrı nəşrlərdə yer alan bu əsərləri, folklor nümunələrini bir araya toplamaqla, Nizaminin xalq yaddaşını, eləcə də xalqımızın Nizami yaddaşını yenidən təzələməyə çalışdıq.”

Qeyd edək ki, “Nizami Gəncəvi İli”nə bir töhfə kimi nəşr olunan kitabın təqdimat yazısının müəllifi AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy, məsləhətçisi isə ədəbiyyatşünas Ramil Əhməddir.

Baxış sayı : 134
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir - Video 2021-10-20 16:40:15 Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüşdən görüntülər paylaşıb 2021-10-20 10:30:58 Regional əməkdaşlıq formatının genişləndirilməsi zərurəti 2021-10-20 10:10:39 Zəngilanda radio və televiziya yayımı təmin olunub 2021-10-20 09:30:06 Zəngilanın işğaldan azad edilməsindən 1 il ötür 2021-10-20 09:05:53 Elxan Poluxovun Müstəqillik Günü ilə bağlı Braziliya mətbuatına müsahibə verib 2021-10-20 08:30:37 “Səhnədən səngərə: Qazilər” layihəsi 2021-10-19 19:05:54 Zəngəzur dəhlizi perspektivdə "Kəmər və Yol" layihəsinin strateji əhəmiyyətini artıracaq 2021-10-19 14:20:17 Ukraynalı deputatlar: Qarabağda gördüklərimizi unutmayacağıq 2021-10-19 09:35:41 Ermənistanın çaylarımızı çirkləndirməsi məsələsini müxtəlif səviyyələrdə gündəmdə saxlayırıq 2021-10-19 09:30:42 Zəfər xronikası 19 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin TASS informasiya agentliyinə videomüsahibəsi 2021-10-19 08:45:49 Türkiyə XİN: "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!" 2021-10-19 07:30:39 Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb 2021-10-18 21:10:08 Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19