2021-10-11 09:35:13 | QHT VƏ MEDİA
Şəhid Ümüd Xəncəlov yad edildi!

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsinda Ölkəmizin şimalında yaşayan sakinlərin də xüsusi rolu oldu. Bu mənada Qusar rayon sakinləri öndə gedirlər, desək yanılmarıq. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən II Vətən savaşında düşmən üzərində tarixi qələbənin qazanılması naminə Qusar sakini Ümüd Radif oğlu Xəncəlov da öz dəstəyini göstərdi. O, 1994-cü ilin oktyabr ayında doğulmuşdu. Ümüd, 2020-ci il oktyabr ayının 10-da qanlı döyüşlərdən birində şəhid oldu.

"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin Humanitar Məsələlər şöbəsinin müdiri (ictimai əsaslarla), medonline.az və sabiroghlu.com saytlarının Redaksiya Şurasının üzvü, xeyirxah insan Hacıxanım Kifayət Bayramova, Birliyin üzvləri Qurban Bayramov, Sultan Qurbanova və Elnarə Paşayeva şəhidin ölümünün 1-ci ildönümü ilə əlaqədar Qusar rayonunda oldular.

K.Bayramovanın rəhbərliyi altında təşkil edilən anma mərasimi şəhid Ü.Xəncəlovun məzarını ziyarətlə başladı. Qusar rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilərin iştirak etdiyi tədbirdə Ordumuzun şəxsi heyəti arasında qusarlı gənclərin də xüsusi əhəmiyyətə malik olduğu qeyd edildi. Çıxışlarda vurğulandı ki, tarixi qələbə naminə əziz canlarından keçən ərənlər unudulmamalı, onların xatirələri daim əziz tutulmalıdır.

Daha sonra mərasim şəhid Ü.Xəncəlovun vaxtilə yaşadığı evdə davam etdirildi. "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyi tərəfindən Təşəkkürnamə Ümüdün valideynlərinə, həmçinin, anma mərasimində iştirak edən qazilərə təqdim edildi.

K.Bayramova, Q.Bayramov, E.Paşayeva, S.Qurbanova daha sonra Qusar rayonunda yaşayan qazilərdən-Radik Nurmətov, Ruslan Kübərov, İlkin Abıyev, Zamir Qədimov, Volodya Maverdiyev, Ceyhun Qasımov, Anar Ağamətov, Bünyad Sərkərov, həmçinin, Qusar rayon İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Tural Hüseynovla görüşdülər, onlara "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin İdarə Heyəti üzvlərinin ən xoş arzularını çatdırdılar.

Şamil Sabiroğlu,

Leyla Nadir qızı.

Baxış sayı : 129
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir - Video 2021-10-20 16:40:15 Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüşdən görüntülər paylaşıb 2021-10-20 10:30:58 Regional əməkdaşlıq formatının genişləndirilməsi zərurəti 2021-10-20 10:10:39 Zəngilanda radio və televiziya yayımı təmin olunub 2021-10-20 09:30:06 Zəngilanın işğaldan azad edilməsindən 1 il ötür 2021-10-20 09:05:53 Elxan Poluxovun Müstəqillik Günü ilə bağlı Braziliya mətbuatına müsahibə verib 2021-10-20 08:30:37 “Səhnədən səngərə: Qazilər” layihəsi 2021-10-19 19:05:54 Zəngəzur dəhlizi perspektivdə "Kəmər və Yol" layihəsinin strateji əhəmiyyətini artıracaq 2021-10-19 14:20:17 Ukraynalı deputatlar: Qarabağda gördüklərimizi unutmayacağıq 2021-10-19 09:35:41 Ermənistanın çaylarımızı çirkləndirməsi məsələsini müxtəlif səviyyələrdə gündəmdə saxlayırıq 2021-10-19 09:30:42 Zəfər xronikası 19 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin TASS informasiya agentliyinə videomüsahibəsi 2021-10-19 08:45:49 Türkiyə XİN: "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!" 2021-10-19 07:30:39 Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb 2021-10-18 21:10:08 Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19