2021-10-11 09:20:27 | SİYASƏT
Ombudsman Ermənistanın Gəncəni ikinci dəfə atəşə tutmasının ildönümü ilə bağlı bəyanat verib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini ikinci dəfə ağır artilleriya qurğularından atəşə tutması nəticəsində insan tələfatı və dağıntıların baş verməsinin ildönümü ilə bağlı bəyanat verib.

Fact-info.az-ın xəbərinə görə, bəyanatda deyilir: “11 oktyabr 2020-ci il tarixində gecə saat 02 radələrində Ermənistan silahlı qüvvələri ikinci dəfə Azərbaycanın hərbi əməliyyatların aparıldığı bölgədən uzaqda yerləşən Gəncə şəhərinin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını qadağan edilmiş, hədəfi seçə bilməyən silahlardan hesab edilən “Scud-B” ballistik raket sistemindən istifadə edərək Ermənistan ərazisindən atəşə tutub. Nəticədə uşaq, qadın, ahıllar da daxil olmaqla, onlarla insan həlak olub və yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Ermənistan məqsədli şəkildə mülki əhalini hədəf seçməklə beynəlxalq humanitar hüquq normalarını, xüsusilə də IV Cenevrə Konvensiyasının, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” Haaqa Konvensiyasının müddəalarını, eyni zamanda 2020-ci il 10 oktyabr tarixində elan edilmiş humanitar atəşkəs rejimini kobud şəkildə pozub.

Ombudsman olaraq, Gəncə şəhərinin mülki obyektlərinin Ermənistan silahlı qüvvələri tərəfindən mütəmadi olaraq atəşə məruz qalması, çoxsaylı insan tələfatı, insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması faktları ilə bağlı dərhal nüfuzlu beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə müraciət ünvanlanmışam.

Eyni zamanda, tərəfimdən Gəncə şəhərində növbəti faktaraşdırıcı missiya həyata keçirilib, Ermənistanın növbəti hərbi hücumu zamanı həlak olmuş, yaralanmış, dağıntılardan zərər çəkmiş şəxslərin pozulmuş hüquqlarına dair faktlar yerində araşdırılıb və müvafiq hesabat beynəlxalq təşkilatlara təqdim edilib”.

Bəyanatda vurğulanır ki, beynəlxalq təşkilatlara ünvanlanan etiraz bəyanatlarında və faktaraşdırıcı missiya hesabatlarında təkzibolunmaz sübutlar əks olunub: “Buna baxmayaraq, hərbi əməliyyatlar zamanı törədilmiş bu kimi insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması faktlarına hələ də beynəlxalq hüquqi qiymət verilməyib.

Gəncə şəhərinin ikinci dəfə ağır artilleriya qurğularından atəşə tutulması nəticəsində insan tələfatı və dağıntıların baş verməsinin birinci ildönümü ilə əlaqədar bir daha beynəlxalq ictimaiyyətə səslənir, beynəlxalq humanitar hüquququn norma və prinsiplərinin Ermənistan tərəfindən kobud şəkildə pozulması faktlarına beynəlxalq hüquqi qiymətin verilməsinə və bu cinayət əməllərinə görə məsuliyyət daşıyan Ermənistan hərbi-siyasi rəhbərliyinə qarşı müvafiq cəza tədbirlərinin görülməsinə çağırıram”.

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

Baxış sayı : 116
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir - Video 2021-10-20 16:40:15 Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüşdən görüntülər paylaşıb 2021-10-20 10:30:58 Regional əməkdaşlıq formatının genişləndirilməsi zərurəti 2021-10-20 10:10:39 Zəngilanda radio və televiziya yayımı təmin olunub 2021-10-20 09:30:06 Zəngilanın işğaldan azad edilməsindən 1 il ötür 2021-10-20 09:05:53 Elxan Poluxovun Müstəqillik Günü ilə bağlı Braziliya mətbuatına müsahibə verib 2021-10-20 08:30:37 “Səhnədən səngərə: Qazilər” layihəsi 2021-10-19 19:05:54 Zəngəzur dəhlizi perspektivdə "Kəmər və Yol" layihəsinin strateji əhəmiyyətini artıracaq 2021-10-19 14:20:17 Ukraynalı deputatlar: Qarabağda gördüklərimizi unutmayacağıq 2021-10-19 09:35:41 Ermənistanın çaylarımızı çirkləndirməsi məsələsini müxtəlif səviyyələrdə gündəmdə saxlayırıq 2021-10-19 09:30:42 Zəfər xronikası 19 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin TASS informasiya agentliyinə videomüsahibəsi 2021-10-19 08:45:49 Türkiyə XİN: "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!" 2021-10-19 07:30:39 Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb 2021-10-18 21:10:08 Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19