2021-10-07 09:25:17 | İQTİSADİYYAT
"Qarabağda nəqliyyat infrastrukturunun bərpası Çindən Türkiyəyə ən qısa yolu təmin edəcək"

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti beynəlxalq 12-ci Nəqliyyat və Rabitə Şurasında iştirak məqsədilə Türkiyədə səfərdə olub.

Tədbirin əsas müzakirə mövzusunu COVID-19 pandemiyasından sonrakı dövrdə nəqliyyat və rabitə sistemlərinin inkişafı, rəqəmsallaşmanın genişləndirilməsi təşkil edir.

Səfər çərçivəsində Rəşad Nəbiyev Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu və sabiq Baş nazir, Ədalət və İnkişaf Partiyasının vitse-prezidenti Binəli Yıldırımla görüşüb. Görüş zamanı Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi haqqında fikir mübadiləsi aparılıb.

R.Nəbiyev 12-ci Nəqliyyat və Rabitə Şurasının “Logistika, Mobillik və Rəqəmsallaşma” mövzusunda Nazirlər Toplantısında iştirak edib. Toplantıda qlobal inkişafı dəstəkləmək üçün nəqliyyat və rabitə üzrə sərmayələrin qoyulması, rəqəmsallaşdırma yolu ilə nəqliyyat və logistika sistemlərindən səmərəli istifadə, dayanıqlı nəqliyyat sisteminin qurulması, müvafiq normativ-hüquqi bazanın təkmilləşdirilməsi mövzuları müzakirə predmeti olub.

Nazir Rəşad Nəbiyev çıxışında bildirib ki, post-COVID dövrü daha sıx regional əməkdaşlıq tələb edəcək və bu kontekstdə regional inteqrasiya mexanizmləri mühüm rol oynaya bilər. Nəqliyyat dəhlizləri vasitəsilə sərhədlərarası əlaqənin yaxşılaşdırılması istiqamətində işlər davam etməlidir. Tranziti asanlaşdırmaq, əməliyyatları rəqəmsallaşdırmaq, nəqliyyat və ticarət üçün tənzimləyici və prosedur maneələri aradan qaldırmaq üçün səyləri gücləndirmək vacibdir.

Qeyd edilib ki, 2015-ci ildə Azərbaycan tərəfdaşları ilə birlikdə “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” layihəsi vasitəsilə bu dəhlizə yeni həyat bəxş etdi. Dəhliz hazırda Çindən başlayır, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçir, Ukrayna, Bolqarıstan və Rumıniyaya qədər uzanır. 2020-ci ildə pandemiya ilə əlaqədar bütün çətinliklərə baxmayaraq “Şərq-Qərb” dəhlizi ilə 8,4 milyon ton yük daşınıb.

Diqqətə çatdırılıb ki, təkcə son bir neçə ildə Azərbaycan nəqliyyat infrastrukturuna milyardlarla dollar sərmayə qoyub. Dünya İqtisadi Forumunun məlumatına əsasən, bu addımlar sayəsində Azərbaycan hazırda yolların keyfiyyətinə görə dünyada 27-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə isə 12-ci yerdədir.

Əlavə edilib ki, 2017-ci ilin oktyabr ayında Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrini birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi. İllik 6,5 milyon ton yükdaşıma qabiliyyətinə malik olan dəmir yolu, Çin ilə Cənub-Şərqi Avropa arasında daşınma müddətini 70 faiz azaltmağa imkan verir.

“Azərbaycan erməni işğalından azad etdiyi Qarabağda kütləvi yenidənqurma işlərinə başlayıb. Nəqliyyat infrastrukturunun bərpası və dəmir yolu dəhlizlərinin yenidən qurulması nəinki Cənubi Qafqazda dəmir yolu şəbəkəsinin inteqrasiyasını genişləndirəcək, həm də Qərbi Çindən Türkiyənin Mersin limanına ən qısa yolu təmin edəcək”, – deyə vurğulanıb.

Baxış sayı : 150
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir - Video 2021-10-20 16:40:15 Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüşdən görüntülər paylaşıb 2021-10-20 10:30:58 Regional əməkdaşlıq formatının genişləndirilməsi zərurəti 2021-10-20 10:10:39 Zəngilanda radio və televiziya yayımı təmin olunub 2021-10-20 09:30:06 Zəngilanın işğaldan azad edilməsindən 1 il ötür 2021-10-20 09:05:53 Elxan Poluxovun Müstəqillik Günü ilə bağlı Braziliya mətbuatına müsahibə verib 2021-10-20 08:30:37 “Səhnədən səngərə: Qazilər” layihəsi 2021-10-19 19:05:54 Zəngəzur dəhlizi perspektivdə "Kəmər və Yol" layihəsinin strateji əhəmiyyətini artıracaq 2021-10-19 14:20:17 Ukraynalı deputatlar: Qarabağda gördüklərimizi unutmayacağıq 2021-10-19 09:35:41 Ermənistanın çaylarımızı çirkləndirməsi məsələsini müxtəlif səviyyələrdə gündəmdə saxlayırıq 2021-10-19 09:30:42 Zəfər xronikası 19 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin TASS informasiya agentliyinə videomüsahibəsi 2021-10-19 08:45:49 Türkiyə XİN: "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!" 2021-10-19 07:30:39 Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb 2021-10-18 21:10:08 Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19