2021-10-06 09:30:05 | AKTUAL
“Diplomat Magazine” jurnalında mədəniyyətlərarası dialoqun təşviq edilməsində xüsusi rol oynayan ölkəmiz haqqında məlumat verilir

Azərbaycan Respublikasının Almaniyadakı səfiri Ramin Həsənovun “Diplomat Magazine” jurnalında “Azərbaycan - müstəqilliyin bərpasından 30 il sonra” (Azerbaijan – 30 years after regaining independance) başlığı altında (https://diplomatmagazine.eu/2021/10/03/azerbaijan-30-years-after-regaining-independence/) məqaləsi dərc olunub.

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, oxucu kütləsinin geniş olduğu jurnaldakı məqalədə səfir tərəfindən sivilizasiyaların kəsişməsində yerləşən, etnik və dini müxtəliflik ilə zəngin olan və mədəniyyətlərarası dialoqun təşviq edilməsində xüsusi rol oynayan ölkəmiz haqqında ümumi məlumat verilir, müsəlman dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinə və Sovet İttifaqının süqutundan sonra müstəqilliyimizin bərpasına, habelə Ermənistanın silahlı təcavüzünün nəticəsində yaranmış vəziyyətə qısaca nəzər salınır.

Müstəqilliyimizin ilk illərində üzləşdiyimz çətinliklərə baxmayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin nəticəsində ölkəmizin əldə etdiyi nailiyyətlərdən, beynəlxalq münasibətlər sistemində qazandığı özünəməxsus vacib mövqedən və Cənubi Qafqaz regionunun inkişafına müsbət təsirindən bəhs edilir. Bu kontekstdə, Şərqlə Qərb arasındakı əlaqəliliyin inkişafı, beynəlxalq infrastruktur layihələrinin gerçəkləşdirilməsi, regional iqtisadi və enerji layihələrininin həyata keçirilməsinə Azərbaycanın töhfəsinə diqqət çəkilir.

ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Ermənistanla 30 il ərzində aparılmış sülh danışıqlarının heç bir nəticə verməməsi, Ermənistanın Azərbaycana qarşı yeni ərazi iddialarına əsaslanan təcavüzkarlıq siyasətinin növbəti müharibəyə gətirib çıxarması vurğulanaraq, bu müharibənin nəticəsində Prezident İlham Əliyevə istinadən Azərbaycanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin edərək öz ərazi bütövlüyünü bərpa etdiyi və bununla da Ermənistan-Azərbaycan münaqişəsinin tarixə qovuşduğu, iki ölkə arasında sülh sazişinin bağlanması istiqamətində iş aparılması və regional əməkdaşlığın inkişafı üçün yeni fürsətlərin yarandığı barədə məlumat verilir.

Baxış sayı : 234
Ermənistan işğaldan azad olunan digər ərazilərin mina xəritələrini Azərbaycana verib 2021-12-04 16:15:14 QHT Agentliyi 2021-ci il kiçik qrant müsabiqəsini elan etdi 2021-12-03 21:00:20 Hərbi qulluqçumuza hücum edən erməni əsilli şəxs zərərsizləşdirilib 2021-12-03 15:05:30 Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin artırılmasına ehtiyac var 2021-12-03 11:50:35 Agentlik QHT Evlərinin yaradılmasını BMT-nin ölkə əlaqələndiricisi ilə müzakirə etdi 2021-12-03 11:35:49 Xalq şairi Ramiz Rövşənin şeirlər kitabı ingilis dilində 2021-12-03 11:10:30 "Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb" 2021-12-03 09:35:40 Ermənistanın Azərbaycana məxsus mədəniyyət ocaqlarında törətdiyi dağıntılarla bağlı Hesabat 2021-12-02 19:00:01 Prezident İlham Əliyev Qrant müsabiqəsi ilə bağlı fərman imzaladı 2021-12-02 18:25:41 "UNESCO-nun azad edilmiş ərazilərə faktaraşdırıcı missiya göndərməsini gözləyirik” 2021-12-02 10:40:42 Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib 2021-12-02 10:10:59 Gələn il 45 milyona yaxın insan aclıqla üzləşə bilər - BMT 2021-12-02 09:45:06 Azərbaycan-İran əlaqələrinin tənzimləməsi ilə bağlı əldə olunan müsbət nəticələr Aşqabad Sammitinin ən maraqlı tərəflərindəndir 2021-12-02 09:20:24 Regionda yaranmış yeni geosiyasi vəziyyət Azərbaycanın gələcək inkişafı üçün yol açır - Səfir 2021-12-02 07:10:36 Nursultan Nazarbayev helikopter qəzasına görə Prezident İlham Əliyevə başsağlığı verib 2021-12-01 18:15:35 Türk Dövlətləri Təşkilatı helikopter qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib 2021-12-01 10:30:38 “Qalib sərkərdə” adlı kitab çapdan çıxıb 2021-12-01 09:30:53 Laçına suyun verilməsi təmin edilib 2021-12-01 09:10:30 Laçının işğaldan azad edilməsinin ildönümüdür 2021-12-01 08:30:33 Soçidə imzalanmış bəyanatda Azərbaycanın mövqeyi tam olaraq öz əksini tapdı 2021-12-01 07:15:53 Ermənistanın mina xəritələrini Azərbaycana tam verməməsi ciddi problem yaradır 2021-11-30 19:15:30 Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib 2021-11-30 19:10:12 BMT məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərarını dekabrın 7-də açıqlayacaq 2021-11-30 10:55:54 Kəlbəcərin Qılınclı kəndindən VİDEO 2021-11-30 10:25:03