2021-10-04 13:40:53 | AKTUAL
Gəncədə sükut da danışır

Əzəl torpaqlarımızın işğaldan azad edilməsi və dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda 44 günlük Vətən müharibəsindən bir il ötür.

Haqq və ədalətin bərqərar olması naminə yaşanmış və xalqımızın zəfər tarixinə əbədi həkk olmuş bu müqəddəs savaşın ən qanlı səhifələrindən biri də erməni faşistlərinin Gəncə şəhərinin dinc əhalisinə qarşı törətdikləri terror aktı olub. Həmin günlərdə keçirdiyimiz hisslər hər bir kəsə bəllidir və sözlə ifadə olunası mümkün deyil.

Bu dəhşətli terror aktı ilə bağlı efirdən eşitdiklərimi bir zaman gözlərimlə görəcəyimə inanmırdım. Amma gördüm... Və gördüklərim məni sözün həqiqi mənasında sarsıtdı...

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə bir qrup QHT rəhbərləri və jurnalistlərin Gəncə şəhərinə baş tutmuş səfərində insan donuna girmiş vəhşilərin – erməni işğalçılarının dinc, günahsız və silahsız həmvətənlərimə qarşı xüsusi qəddarlıq və amansızlıqla törətdikləri ağılasığmaz cinayətin şahidi oldum. Dağıdılmış və viran olmuş yaşayış binalarının qalıqlarına, hadisənin baş verdiyi əraziyə səpələnmiş ev əşyalarına, qalaq-qalaq yığılmış uşaq oyuncaqlarına nəzər yetirdikcə bu mənzərənin təbii fəlakətin yox, insanın insana qarşı törətdiyi vəhşi əməlin nəticəsi olduğuna kədər, nifrət və qisas hissi ilə təəccüblənirsən.

İgid əsgərlərimizlə üz-üzə dayanmağa cəsarəti çatmayan mənfur ermənilərin qocaları və qadınları, uşaqları və körpələri hədəfə alması - ən qatı cinayətdir. Bu cinayəti görüb susmaq isə - ikiqat cinayətdir. Bu bölgəyə dəfələrlə səfər etmiş, faciənin yaratdığı mənzərəni öz gözləri ilə görmüş, şəhid analarının fəryadını qulaqları ilə eşitmiş xarici ölkə nümayəndələrinin, beynəlxalq təşkilatların təmsilçilərinin mövqeyi ən azından təəccüb doğurur. Birmənalı qarşılanan olaya ikili standartlarla yanaşmaqmı olar? Təəssüf ki, susanlar danışanlardan, gördüklərini bölüşüb haqq səsini ucaldanlardan azdır. Beynəlxalq qurumların sivil dövlət kimi tanınmaq haqqı olmayan Ermənistana qarşı heç bir sanksiya tətbiq etməməsi, dövlət siyasətinə çevrilmiş erməni faşizmini beynəlxalq səviyyədə ifşa etməməsi - acınacaqlıdır. Bu həm də bizim haqq və ədalət uğrunda mücadiləmizin hələ uzun müddət davam edəcəyini, bu mübarizəyə hər zaman hazır olmağımızın vacibliyini göstərir.

Gəncə şəhərinin terror aktına məruz qalmış məhəllələrində sükut hökm sürür. Yalnız ilk baxışdan... Əslində isə burada qətlə yetirilmiş insanların göz yaşına və qanına bulaşmış daşlar da, bir vaxtlar körpələri sevindirən əzilmiş və sınmış oyuncaqlar da, dağıntılar üzərinə səpələnmiş güllər də danışır. Bu faciənin səsini dünyaya çatdırmaq, gələcək nəsillərə ötürmək hər birimizin borcudur.

Ruhiyyə Məmmədova

“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri

Baxış sayı : 261
ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü keçirməyə hazırdır 2021-12-04 19:20:58 Ermənistan işğaldan azad olunan digər ərazilərin mina xəritələrini Azərbaycana verib 2021-12-04 16:15:14 QHT Agentliyi 2021-ci il kiçik qrant müsabiqəsini elan etdi 2021-12-03 21:00:20 Hərbi qulluqçumuza hücum edən erməni əsilli şəxs zərərsizləşdirilib 2021-12-03 15:05:30 Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin artırılmasına ehtiyac var 2021-12-03 11:50:35 Agentlik QHT Evlərinin yaradılmasını BMT-nin ölkə əlaqələndiricisi ilə müzakirə etdi 2021-12-03 11:35:49 Xalq şairi Ramiz Rövşənin şeirlər kitabı ingilis dilində 2021-12-03 11:10:30 "Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb" 2021-12-03 09:35:40 Ermənistanın Azərbaycana məxsus mədəniyyət ocaqlarında törətdiyi dağıntılarla bağlı Hesabat 2021-12-02 19:00:01 Prezident İlham Əliyev Qrant müsabiqəsi ilə bağlı fərman imzaladı 2021-12-02 18:25:41 "UNESCO-nun azad edilmiş ərazilərə faktaraşdırıcı missiya göndərməsini gözləyirik” 2021-12-02 10:40:42 Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib 2021-12-02 10:10:59 Gələn il 45 milyona yaxın insan aclıqla üzləşə bilər - BMT 2021-12-02 09:45:06 Azərbaycan-İran əlaqələrinin tənzimləməsi ilə bağlı əldə olunan müsbət nəticələr Aşqabad Sammitinin ən maraqlı tərəflərindəndir 2021-12-02 09:20:24 Regionda yaranmış yeni geosiyasi vəziyyət Azərbaycanın gələcək inkişafı üçün yol açır - Səfir 2021-12-02 07:10:36 Nursultan Nazarbayev helikopter qəzasına görə Prezident İlham Əliyevə başsağlığı verib 2021-12-01 18:15:35 Türk Dövlətləri Təşkilatı helikopter qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib 2021-12-01 10:30:38 “Qalib sərkərdə” adlı kitab çapdan çıxıb 2021-12-01 09:30:53 Laçına suyun verilməsi təmin edilib 2021-12-01 09:10:30 Laçının işğaldan azad edilməsinin ildönümüdür 2021-12-01 08:30:33 Soçidə imzalanmış bəyanatda Azərbaycanın mövqeyi tam olaraq öz əksini tapdı 2021-12-01 07:15:53 Ermənistanın mina xəritələrini Azərbaycana tam verməməsi ciddi problem yaradır 2021-11-30 19:15:30 Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib 2021-11-30 19:10:12 BMT məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərarını dekabrın 7-də açıqlayacaq 2021-11-30 10:55:54