2021-10-01 18:10:29 | MÜSAHİBƏ
Dr. Nuranə Quliyeva: “Azərbaycanda əsas hədəf bu xəstəliyin qarşısının alınması və tamamilə yox edilməsidir”

Bakı Sağlamlıq Mərkəzinin baş həkimin müavini Dr. Nuranə Quliyeva Fact-info.az saytının suallarını cavablandırır:

-Azərbaycanda COVID-19 əleyhinə peyvəndləmə prosesi davam edir. Bu gün pandemiya ilə bağlı proseslər hansı mərhələdədir? Bu proses sizcə nə zaman bitə bilər?

-Azərbaycanda COVID-19 əleyhinə peyvəndləmə prosesi müvəffəqiyyətlə başlamış və hal-hazırda davam edir. Dünyanı narahat edən, xeyli sayda insanın həyatlna son qoyan bu xəstəlikdən qurtulmaq üçün ən məqbul vasitə kütləvi vaksinləşdirmədir. Gündəlik verilən informasiyalara əsasən onu demək olar ki, peyvənd olunanların sayı artmaqda davam etdikcə, vaksinləşmə öz müsbət təsirini göstərir və göstərəcək. Qaldı kı, COVID-19-la bağlı prosesin nə zaman bitəcəyinə bu barədə nə isə demək çətindir. Dünyada olduğu kimi, Azərbaycanda da bütün qüvvələr bu xəstəliyin qarşısının alınmasına və tamamilə yox olmasına hədəflənib. Ümid edirik ki. zaman keçdikcə bizim gözləntilərimiz müsbət nəticələr verəcək. Hər kəs bu prosesin sona çatmasına, xəstəliyin aradan qaldırılmasına peyvənd olunaraq öz köməkliyini etməlidir.

-Bəzi insanlarda COVID-19-a qarşı tətbiq olunan vaksinlərlə bağlı narahatlıqlar qalmaqdadır. Bu barədə sizin fikirlərinizi bilmək istərdik?

- Peyvəndləmə o demək deyil ki, insan bu xəstəliyə yoluxmayacaq. Peyvəndləmə xəstəliyin ağırlaşma və ölüm riskini azaldır. Peyvəndləmədən sonrakı dövrdə də insanlar bütün qiqienik qaydalara əməl etməlidirlər. Əgər normal həyat tərzinə qayıtmaq istəyiriksə, insanlarımız üzərlərinə düşən məsuliyyəti düzgün dərk etməlidilər. Kifayət qədər effektli olan vaksinlərdən hər kəsin istifadə etməsi çox zəruridir. Xəstəliyin geniş yayılmasına baxmayaraq, hələ də bu virusa inanmayanlar var, ancaq reallıq, faktlar göz qabağındadır. Ona görə həkimlərimizin tövsiyələrinə əməl etmək, peyvənd olunmaq lazımdır. Maska, məsafə və təmizliyə riayət etmək bizim həyat tərzimizə çevrilməlidir. Əlbəttə, bütün bunlara əməl etsək, xəstəliyin yayılmasını müəyyən qədər qarşısını ala bilərik.

-Məlum olduğumuz kimi, mövcud vaksinlərlə bağlı elmi tədqiqatlar aparılır. Bu işlər xarici tibb mərkəzləri ilə hansı formada əlaqələndirilir? Tədqiqatlar nəticəsində əldə olunmuş nəticələr, yekun rəylər beynəlxalq ekspertlər tərəfindən necə qiymətləndirilir?

- Bakı Sağlamlıq Mərkəzində bir müddət əvvəl belə bir tədqiqata 100 könüllü qoşularaq başlanıldı. Həmin şəxslərin bəziləri öncə korona virusa yoluxub sağalmış, bəziləri bu xəstəliyə heç zaman yoluxmayanlar idi. Bu şəxslər üzərində vaksinləşmə aparıldı və nəticələrə əsasən onu deyə bilərəm ki, heç bir xoşagəlməz hal baş vermədi. Ümumiyyətlə, əvvəlki dövrlərdə də ( Covid-19-dan əvvəl) istənilən peyvəndləmə zamanı insanlarda müəyyən hal dəyişiklikləri, halsızlıqlar, hipertermiya və s. kimi keçici olan hallar qeydə alınıb. Yəni indiki vaksinləşmə dövründə də belə hallar rast gəlinə bilir. Pandemiya dövrünün qaydalarına ən ciddi şəkildə əməl etmək hər bir vətəndaşın borcudur. Unutmaq lazım deyil ki, bu dəhşətli bəşəri bəladan qoruyan yeganə bir qüvvə varsa, o da hər kəsin özü və onun sosial məsuliyyət hissidir.

-Belə dəhşətli pandemiyaların gələcəkdə yenidən yaranması ehtimalı varmı? Səhiyyə sistemi bunun qarşısını almağa nə dərəcədə hazırdır?

-Qabaqcadan bu barədə nə isə söyləmək çətindir. Bütün zamanlarda yeni-yeni xəstəliklər yaranıb. Tibb elmi isə daim axtarışdadır, inkişafdadır. Məhz ona görə, yaranan xəstəliklərin qarşısı alınır. Gələcəkdə COVİD-19 tipli xəstəliklərin hər hansı yeni formada yaranması haqqında indidən proqnoz vermək çətindir. Səhiyyə sistemi isə bütün baş verənlərdən nəticə çıxararaq müəyyən təcrübə qazanıb. Belə tibbi təcrübə müxtəlif formalı pandemiyaların qarşısının alınmasında mühüm bazadır.

-Sosial məsuliyyətin düzgün dərk olunması, hər kəsin səhiyyə mədəniyyətinə yiyələnməsi hər zaman olduğu kimi, indi də zəruridir. Bu barədə sizin fikirlərinizi bilmək istərdik?

-Sosial məsuliyyətin düzgün şəkildə dərk olunması üçün insanlarda tibbi təfəkkür formalaşmalıdır. Bu sahənin inkişafı çox zəruri məsələdir. Tibbi təfəkkürü inkişaf etdirmək üçün tibbi maarifləndirmə prosesi geniş vüsət almalıdır. Bütün hallarda tibbi, ekoloji maarifçilik işi genişlənməlidir. Bu işlər evdə, ailədə, təhsil ocaqlarında, internet medaiada və digər məkanlarda geniş aparılmalıdır. Səhiyyə mədəniyyətini inkişaf etdirmək üçün ümumilikdə bütün media səmərəli iş görməlidir. Mənim qənaətimcə, bu pandemiya ünsiyyət mədəniyyətində də yeni çalarlar, yeni davranış qaydaları gətirməkdədir. Bəzi zərərli vərdişlərdən qurtulmağın zamanıdır.

-Səhiyyə mədəniyyətini inkişaf etdirmək və tibbi maarifləndirməni genişləndirmək üçün daha nə etmək lazımdır?

-Tibbi təfəkkür vacib məsələdir. Bunun üçün insanlar daha çox oxumalıdır, maariflənməlidir. Mütaliə mədəniyyəti genişləndikcə tibbi təfəkkür genişlənəcək, dərinləşəcək. Bu prosesə hər kəs vətəndaş olaraq öz töhfəsini verməlidir. Xüsusilə, maarifçilik işi geniş yayılmalıdır. Media, telekanallar, internet resursları bu məlumatlandırma işində fəallıq göstərməlidir. Orta və ali məktəblərdə tibbi maarifçilik işi genişlənməlidir. Telekanallarda əsas hədəf tibbi təfəkkürün formalaşması olmalıdır. Müxtəlif aspektlərdən yanaşaraq maarifçilik işi peşəkar səviyyədə genişlənməlidir.

Fact-info.az

Baxış sayı : 674
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir - Video 2021-10-20 16:40:15 Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüşdən görüntülər paylaşıb 2021-10-20 10:30:58 Regional əməkdaşlıq formatının genişləndirilməsi zərurəti 2021-10-20 10:10:39 Zəngilanda radio və televiziya yayımı təmin olunub 2021-10-20 09:30:06 Zəngilanın işğaldan azad edilməsindən 1 il ötür 2021-10-20 09:05:53 Elxan Poluxovun Müstəqillik Günü ilə bağlı Braziliya mətbuatına müsahibə verib 2021-10-20 08:30:37 “Səhnədən səngərə: Qazilər” layihəsi 2021-10-19 19:05:54 Zəngəzur dəhlizi perspektivdə "Kəmər və Yol" layihəsinin strateji əhəmiyyətini artıracaq 2021-10-19 14:20:17 Ukraynalı deputatlar: Qarabağda gördüklərimizi unutmayacağıq 2021-10-19 09:35:41 Ermənistanın çaylarımızı çirkləndirməsi məsələsini müxtəlif səviyyələrdə gündəmdə saxlayırıq 2021-10-19 09:30:42 Zəfər xronikası 19 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin TASS informasiya agentliyinə videomüsahibəsi 2021-10-19 08:45:49 Türkiyə XİN: "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!" 2021-10-19 07:30:39 Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb 2021-10-18 21:10:08 Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19