2021-10-01 08:30:00 | QHT VƏ MEDİA
Ermənistan öz çirkin siyasi oyunlarını apardığı zaman Azərbaycan yüksək texnologiyalarla müasir ordusunu yaradıb - Riçardas Lapaitis

Ermənistan öz çirkin siyasi oyunlarını apardığı zaman Azərbaycan yüksək texnologiyalarla müasir ordusunu yaradıb.

Fact-info.az-ın məlumatına görə, bunu Trend-ə litvalı hərbi jurnalist Riçardas Lapaitis deyib.

O qeyd edib ki, 2020-ci il sentyabrın 27-i Azərbaycan tarixinə müasir dövrün ən vacib günü kimi düşüb:

"Dünyada dondurulmuş münaqişələrin həlli nümunələri çox azdır. İkinci Qarabağ müharibəsi ərəfəsində törədilən təxribatları, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağa qanunsuz səfərlərini onun təxribatçı çıxışlarını, Ermənistan tərəfindən atəşkəsin pozulması hallarını xatırlamaq lazımdır. ATƏT Minsk qrupu isə iş görmürdü və Ermənistanın bütün bu qanunsuzluqlarına göz yumurdu. Münaqişənin dinc yolla həlli üçün bütün vasitələr tükənmişdi".

Onun sözlərinə görə, müharibə dövründə Azərbaycanın bir sıra şəhərlərinə raket zərbələri endirmiş Ermənistan öz həqiqi simasını göstərib:

"Ermənistanın fəaliyyəti terror xarakteri daşıyırdı. Amma ən əsası isə, erməni təxribatçılarının hər belə təxribatından sonra Azərbaycan ordusu daha böyük qətiyyətlə irəliləyirdi. Bununla heyrətlənməmək mümkün deyil. Bütün dünya nəfəsini tutaraq hadisələri izləyirdi və artıq başa düşürdü ki, hansı tərəf Vətənini müdafiə edir, hansı tərəf isə təcavüzkardır. Ermənistan öz çirkin siyasi oyunlarını apardığı zaman Azərbaycan yüksək texnologiyalarla müasir ordusunu yaradıb. Bu, silahların atıb döyüş meydanınan qaçan erməni hərbçiləri üçün əsl sürpriz oldu. Azərbaycan əsgərlərinin döyüş əzmi o qədər yüksək idi ki, Ermənisanın kapitulyasiya edəcəyi şübhə doğurmurdu, və məhz 44 gündən sonra bu, baş verdi. Ermənistanın nüfuzu çökdü, Azərbaycanın nüfuzu isə gündən-gündən artır".

Jurnalist bildirib ki, Azərbaycan rəhbərliyinin səmərəli siyasəti təxminən 30 illik işğal tarixinə nöqtə qoydu:

"Beləliklə, gələcək nəsillərin qarşısında tamamilə fərqli perspektivlər açıldı. Sabitlik və sülhün təminatı təkcə Azərbaycanın deyil, həm də qonşu ölkələrin, Gürcüstanın və sağlam düşüncəyə əməl edəcəyi təqdirdə Ermənistanın iqtisadiyyatlarının inkişafına güclü təkan verəcək".

R.Lapaitis əlavə edib ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir:

"Mən bütün Azərbaycan xalqını Cənubi Qafqaza sülh gətirmiş qələbə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Biz Azərbaycan torpaqlarının işğalı müddətində törədilmiş erməni vandallığının fəsadlarını görürük. Ermənistan dinc həyat qurmağa hazırlaşmırdı, çünki bu torpaqlar heç vaxt onlara məxsus olmayıb. Mən Azərbaycanın gələcəyinə inanıram. Arzu edirəm ki, mənfur düşmənin səbəb olduğu bütün yaralar tezliklə sağalsın. Azərbaycan əsgərlərinə sülh və sabitliyə görə dərin minnətdarlığımı bildirirəm".

Baxış sayı : 190
Ermənistan işğaldan azad olunan digər ərazilərin mina xəritələrini Azərbaycana verib 2021-12-04 16:15:14 QHT Agentliyi 2021-ci il kiçik qrant müsabiqəsini elan etdi 2021-12-03 21:00:20 Hərbi qulluqçumuza hücum edən erməni əsilli şəxs zərərsizləşdirilib 2021-12-03 15:05:30 Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin artırılmasına ehtiyac var 2021-12-03 11:50:35 Agentlik QHT Evlərinin yaradılmasını BMT-nin ölkə əlaqələndiricisi ilə müzakirə etdi 2021-12-03 11:35:49 Xalq şairi Ramiz Rövşənin şeirlər kitabı ingilis dilində 2021-12-03 11:10:30 "Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb" 2021-12-03 09:35:40 Ermənistanın Azərbaycana məxsus mədəniyyət ocaqlarında törətdiyi dağıntılarla bağlı Hesabat 2021-12-02 19:00:01 Prezident İlham Əliyev Qrant müsabiqəsi ilə bağlı fərman imzaladı 2021-12-02 18:25:41 "UNESCO-nun azad edilmiş ərazilərə faktaraşdırıcı missiya göndərməsini gözləyirik” 2021-12-02 10:40:42 Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib 2021-12-02 10:10:59 Gələn il 45 milyona yaxın insan aclıqla üzləşə bilər - BMT 2021-12-02 09:45:06 Azərbaycan-İran əlaqələrinin tənzimləməsi ilə bağlı əldə olunan müsbət nəticələr Aşqabad Sammitinin ən maraqlı tərəflərindəndir 2021-12-02 09:20:24 Regionda yaranmış yeni geosiyasi vəziyyət Azərbaycanın gələcək inkişafı üçün yol açır - Səfir 2021-12-02 07:10:36 Nursultan Nazarbayev helikopter qəzasına görə Prezident İlham Əliyevə başsağlığı verib 2021-12-01 18:15:35 Türk Dövlətləri Təşkilatı helikopter qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib 2021-12-01 10:30:38 “Qalib sərkərdə” adlı kitab çapdan çıxıb 2021-12-01 09:30:53 Laçına suyun verilməsi təmin edilib 2021-12-01 09:10:30 Laçının işğaldan azad edilməsinin ildönümüdür 2021-12-01 08:30:33 Soçidə imzalanmış bəyanatda Azərbaycanın mövqeyi tam olaraq öz əksini tapdı 2021-12-01 07:15:53 Ermənistanın mina xəritələrini Azərbaycana tam verməməsi ciddi problem yaradır 2021-11-30 19:15:30 Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib 2021-11-30 19:10:12 BMT məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərarını dekabrın 7-də açıqlayacaq 2021-11-30 10:55:54 Kəlbəcərin Qılınclı kəndindən VİDEO 2021-11-30 10:25:03