2021-09-21 09:15:03 | AKTUAL
İƏT-in fəaliyyəti digər beynəlxalq təşkilatlar üçün nümunədir

Türkiyə mətbuatında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) faktaraşdırıcı missiyasının Qarabağda ermənilər tərəfindən dağıdılan mədəni mirasın bərpası ilə bağlı fəaliyyətini əks etdirən yazı dərc edilib.

Həmin yazının müəllifi Milli Məclisin deputatı Könül Nurullayeva İslam Əməkdaşlıq Təşkilatının faktaraşdırıcı missiyasının işğaldan azad olunmuş Qarabağa növbəti səfərinin ölkəmiz üçün əhəmiyyətdən danışıb. İƏT-in fəaliyyətinin digər beynəlxalq təşkilatlar üçün nümunə olduğunu vurğulayan deputat deyib: “İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti işğaldan azad olunmuş Azərbaycan torpaqlarında yerində araşdırmalar aparır, sübutlar toplayır və əldə edilən nəticələr əsasında hesabat hazırlayaraq beynəlxalq təşkilatlara göndərəcək. Qarabağda səfərdə olan Türkiyə ombudsmanı Şərəf Malkoç da bildirdi ki, ermənilərin uzaqmənzilli raketlərlə vurduğu Ağdam, Tərtər, Gəncə və Mingəçevirə səfər zamanı hesabatlar hazırlanıb. Faktaraşdırıcı missiya bütün faktları yerində araşdırıb, tarixi abidələrin yenidən bərpasının mümkün olub-olmadığına dair hesabat hazırlayacaq. Çünki söhbət 10-100 ilin deyil, bütün insanlığın məhsulu olan, yalnız Qafqazın, Azərbaycan xalqının deyil, bütün dünyanın mədəni mirası olan tarixi əsərlərin taleyindən gedir”.

Məqalədə o da vurğulanır ki, Ermənistanın 30 il ərzində dağıtdığı, məhv etməyə çalışdığı bu mədəni mirası bərpa etmək tarixə, mədəniyyətə xidmət etməkdir. İslam Əməkdaşlıq Təşkilatının insan haqları qurumunun hazırladığı hesabat bütün dünyaya, BMT-yə və insan haqlarını qoruyan qurumlara göndəriləcək ki, dünya əsl həqiqətin nədən ibarət olduğunu bilsin. Dünya bu həqiqətləri bilməlidir.

K.Nurullayeva digər beynəlxalq təşkilatların da məsuliyyətini xatırladıb, 30 illik işğal dövründə bu məsələyə ədalətsiz yanaşmaya diqqət çəkib: “Azərbaycan torpaqlarının 30 il işğal altında saxlanması işğal faktlarının beynəlxalq ictimaiyyətə lazımi səviyyədə çatdırılmasına mane olurdu. Əksər təşkilatlar xristian təəssübkeşliyi sərgiləyərək, Ermənistanı ifşa etməkdən yayınırdı. Bu da çox mənfi və təhlükəli presedent yaradırdı. Halbuki Qarabağ faktaraşdırıcı missiyaların səfərlərinin təşkilinə ən çox ehtiyacı olan ərazilər idi. Nəzarətsizlik və cəzasızlıq Ermənistanı vandallıq aktlarının miqyasını genişləndirməyə, qanunsuz məskunlaşma, qanunsuz iqtisadi fəaliyyətə daha da həvəsləndirirdi”.

Bu gün Qarabağda ən vacib məsələlərdən biri də işğaldan azad olmuş ərazilərin mina xəritələrinin bir hissəsinin hələ də Ermənistan tərəfindən verilməməsi olduğunu qeyd edən deputat əlavə edib ki, müharibə başa çatdıqdan sonra mina və digər partlayıcı qurğular insanların həyat və sağlamlığına ciddi təhlükə yaradıb, onlarla azərbaycanlı mina qurbanı olub. Ermənistan bu cür davranmaqla irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanı (ICERD) sistematik şəkildə pozur.

Baxış sayı : 172
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir - Video 2021-10-20 16:40:15 Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüşdən görüntülər paylaşıb 2021-10-20 10:30:58 Regional əməkdaşlıq formatının genişləndirilməsi zərurəti 2021-10-20 10:10:39 Zəngilanda radio və televiziya yayımı təmin olunub 2021-10-20 09:30:06 Zəngilanın işğaldan azad edilməsindən 1 il ötür 2021-10-20 09:05:53 Elxan Poluxovun Müstəqillik Günü ilə bağlı Braziliya mətbuatına müsahibə verib 2021-10-20 08:30:37 “Səhnədən səngərə: Qazilər” layihəsi 2021-10-19 19:05:54 Zəngəzur dəhlizi perspektivdə "Kəmər və Yol" layihəsinin strateji əhəmiyyətini artıracaq 2021-10-19 14:20:17 Ukraynalı deputatlar: Qarabağda gördüklərimizi unutmayacağıq 2021-10-19 09:35:41 Ermənistanın çaylarımızı çirkləndirməsi məsələsini müxtəlif səviyyələrdə gündəmdə saxlayırıq 2021-10-19 09:30:42 Zəfər xronikası 19 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin TASS informasiya agentliyinə videomüsahibəsi 2021-10-19 08:45:49 Türkiyə XİN: "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!" 2021-10-19 07:30:39 Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb 2021-10-18 21:10:08 Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19