2021-09-20 10:30:56 | MƏDƏNİYYƏT
Los Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunmuş qısa film hazırlanıb

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu Üzeyir Hacıbəylinin 18 sentyabr doğum günü münasibətilə dahi bəstəkara həsr olunmuş ingilis dilində qısa film hazırlayıb.

Filmdə Ü.Hacıbəylinin 1885-ci ildə Qarabağda anadan olduğu və Azərbaycan musiqisinin beşiyi olan Şuşa şəhərində boya-başa çatdığı qeyd olunur. Onun məhz Şuşada muğam musiqisini öyəndiyi və gələcək bəstələrində bundan istifadə etdiyi vurğulanır. 1908-ci ildə o zaman 23 yaşı olan Ü.Hacıbəylinin müsəlman dünyasında ilk opera olan “Leyli və Məcnun” operasının Bakıda səhnəyə qoyulduğu diqqətə çatdırılır.

Ü.Hacıbəylinin 1913-cü ildə ilk dəfə səhnələşdirilən “Arşın Mal Alan” operettasının qadın hüquq və azadlıqlarını ön plana çəkərək təbliğ etdiyi və digər ölkələrdə də geniş rəğbət qazandığı bildirilir.

Həmçinin Azərbaycan Demokratik Respublikasının 1918-20-ci illərdəki qısamüddətli fəaliyyəti dövründə Ü.Hacıbəylinin Azərbaycanın müstəqilliyinin ən böyük tərəfdarlarından olduğu vurğulanır. Onun müstəqil Azərbaycanın Dövlət Himnini bəstələdiyi qeyd olunur. Filmdə Ü.Hacıbəylinin 1920-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının əsasını qoyduğu və ölkəmizin ən görkəmli bəstəkarlarını yetişdirdiyi qeyd olunur. Bu səpkidə həmin dövrə aid nadir şəkillər rəngli formatda nümayiş etdirilir.

1945-ci ildə “Arşın Mal Alan” operettasının əsasında ilk filmin hazırlandığı, daha sonra bu filmin 86 dilə tərcümə olunaraq, 136 ölkədə nümayiş etdirildiyi diqqətə çatdırılır. Heydər Əliyev Fondu tərəfindən rəngli formatda bərpa edilən “Arşın Mal Alan” filminin 2015-ci ildə Hollivudda premyerasının keçirildiyi, “Arşın Mal Alan” operettasının isə ABŞ-da tarixdə ən böyük nümayişinin 2013-cü ildə Los Ancelesdə baş tutduğu qeyd olunur. 2015-ci ildə Los Anceles merinin 18 sentyabr tarixini bu şəhərdə Ü.Hacıbəylinin anım günü kimi elan etməsi əks olunur və bununla bağlı imzalanmış bəyannamə nümayiş etdirilir. 2013-cü ildə Google şirkəti tərəfindən Ü.Hacıbəylinin doğum gününün qeyd olunduğu vurğulanır.

Filmdə Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Şuşanı işğal etdiyi, Ü.Hacıbəylinin ev muzeyini və abidələrini talan edərək dağıtdığı bildirilir. 2020-ci ildə Azərbaycanın Şuşanı işğaldan azad etdiyi, Ü.Hacıbəylinin abidələrini şəhərə geri qaytardığı və hazırda onun ev muzeyinin bərpa olunduğu diqqətə çatdırılır. Sonda Ü.Hacıbəylinin möhtəşəm irsinin Azərbaycanda və ölkəmizin hüdudları xaricində daim yaşadığı vurğulanır.

Filmi burada izləmək mümkündür: https://youtu.be/Sus4xeKfk-8

Qeyd edək ki, sosial şəbəkələrin inkişafı nəzərə alınaraq effektiv təbliğat işində son illərdə qısa filmlərin önəmi olduqca artıb. Bunu nəzərə alaraq, 2019-cu ildən başlayaraq, Los Ancelesdəki Baş Konsulluğumuz Azərbaycana dair müxtəlif mövzularda 27 film hazırlayaraq geniş şəkildə yayıb. Filmlərin bir çoxu dünyanın digər aparıcı dillərinə də tərcümə olunub.

Baxış sayı : 138
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir - Video 2021-10-20 16:40:15 Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüşdən görüntülər paylaşıb 2021-10-20 10:30:58 Regional əməkdaşlıq formatının genişləndirilməsi zərurəti 2021-10-20 10:10:39 Zəngilanda radio və televiziya yayımı təmin olunub 2021-10-20 09:30:06 Zəngilanın işğaldan azad edilməsindən 1 il ötür 2021-10-20 09:05:53 Elxan Poluxovun Müstəqillik Günü ilə bağlı Braziliya mətbuatına müsahibə verib 2021-10-20 08:30:37 “Səhnədən səngərə: Qazilər” layihəsi 2021-10-19 19:05:54 Zəngəzur dəhlizi perspektivdə "Kəmər və Yol" layihəsinin strateji əhəmiyyətini artıracaq 2021-10-19 14:20:17 Ukraynalı deputatlar: Qarabağda gördüklərimizi unutmayacağıq 2021-10-19 09:35:41 Ermənistanın çaylarımızı çirkləndirməsi məsələsini müxtəlif səviyyələrdə gündəmdə saxlayırıq 2021-10-19 09:30:42 Zəfər xronikası 19 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin TASS informasiya agentliyinə videomüsahibəsi 2021-10-19 08:45:49 Türkiyə XİN: "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!" 2021-10-19 07:30:39 Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb 2021-10-18 21:10:08 Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19