2021-09-18 19:30:13 | QHT VƏ MEDİA
“Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib

İctimai Nəzarət Mərkəzinin təşəbbüsü ilə 17 sentyabr 2021-ci il tarixində “Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib.

Müzakirədə bir sıra dövlət qurumları, Bakı və regional QHT-lər və KİV nümayəndələri iştirak edib. MQF-nin prezidenti, İctimai Nəzarət Mərkəzinin sədri Rauf Zeyni tədbir iştirakçılarını salamlayaraq Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı islahatlara dəstək olmaq məqsədilə yaradılan İctimai Nəzarət Mərkəzinin fəaliyyəti barədə məlumat verib və dünyada və ölkəmizdə ağ ölümə çevrilən narkomaniya ilə mübarizə istiqamətində aparılan tədbirlərin əhəmiyyətini diqqət mərkəzinə çatdırıb.

Daha sonra Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçı qrupunun sədr müavini Tanrıverdi Aydınov salamlama çıxışını edərək ölkədə narkomaniya ilə bağlı mövcud vəziyyət barədə məlumat verib və qeyd edib ki, narkomaniya bəşəriyyəti düşündürən və narahat edən ən ağrılı problemlərdən biridir. O, ölkədə tüğyan edən narkomanlığa qarşı mübarizənin həllinə nail olunması üçün bu cür müzakirələrin təşkil olunmasını yüksək qiymətləndirib.

Daha sonra Daxili İşlər Nazirliyinin nümayəndəsi polis polkovniki Ədalət Vəliyev narkomaniya ilə mübarizə istiqamətində Daxili İşlər Nazirliyinin, o cümlədən Baş Narkotiklərlə Mübarizə İdarəsinin apardığı tədbirlər barəsində geniş informasiyanı iştirakçıların nəzərinə çatdırıb.

Tədbirin gedişatında bir sıra dövlət qurumları və QHT nümayəndələri - Biosfer İB-nin sədri, İctimai Nəzarət Mərkəzi İdarə Heyətinin üzvü - Qorxmaz İbrahimli, Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İB-nin sədri - Əhməd Abbasbəyli, ATXƏM-in sədri- İlham İsmayılov, İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nin sədri- Ziba Nəbiyeva, MQF-nin Lənkəran rayonu üzrə koordinatoru- Vamiq Babayev, Əbdülrəhimbəy Haqverdiyev Mərkəzinin sədri - Eldar Məlik Abbasov, Qadın və Uşaqların təhsilinə dəstək İB-nin sədri - Sevinc Fədai, Zərərli vərdişlərə qarşı mübarizə İB-nin sədri - Zaur Orucov, Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi - Sona Məmmədova, Mədəniyyət Nazirliyinin nümayəndəsi - Lalə Kərimova, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi - İzzət Talıbov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi -Rəhim Rəhimli, Dövlət Statistika Komitəsinin nümayəndəsi - Fərid Əhmədov, Kiçik və Orta Biznesin İnkişafı üzrə Agentliyin nümayəndəsi - Firəngiz Ağayeva, Vətəndaşların sosial rifahı naminə İB-nin sədri -İradə Rizazadə, Ailələrə Sosial Dəstək İB-nin sədri - Esmira Rəhimova, Şirvan QHT Resurs və Təlim Mərkəzinin sədri - Əli Mirzəyev, Quba QHT Resurs və Təlim Mərkəzinin sədri- Eynulla Xeyrullayev, Şəhid Ailələri və Veteranları Cəmiyyətinin sədri- Mehdi Mehdiyev çıxış edərək məsələlərə dair öz təklif və fikirlərini bildirib.

Yekunda Ədalət Əliyev və Tanrıverdi Aydınov təklif və fikirlərə öz münasibətlərini bildirib. Sonda Rauf Zeyni iştirakçılara öz minnətdarlığını bildirib və vətəndaş cəmiyyətinin inkişafı, ictimai nəzarətin gücləndirilməsi naminə bu tədbirlərin davamlı keçiriləcəyini qeyd edib.

Baxış sayı : 213
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir - Video 2021-10-20 16:40:15 Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüşdən görüntülər paylaşıb 2021-10-20 10:30:58 Regional əməkdaşlıq formatının genişləndirilməsi zərurəti 2021-10-20 10:10:39 Zəngilanda radio və televiziya yayımı təmin olunub 2021-10-20 09:30:06 Zəngilanın işğaldan azad edilməsindən 1 il ötür 2021-10-20 09:05:53 Elxan Poluxovun Müstəqillik Günü ilə bağlı Braziliya mətbuatına müsahibə verib 2021-10-20 08:30:37 “Səhnədən səngərə: Qazilər” layihəsi 2021-10-19 19:05:54 Zəngəzur dəhlizi perspektivdə "Kəmər və Yol" layihəsinin strateji əhəmiyyətini artıracaq 2021-10-19 14:20:17 Ukraynalı deputatlar: Qarabağda gördüklərimizi unutmayacağıq 2021-10-19 09:35:41 Ermənistanın çaylarımızı çirkləndirməsi məsələsini müxtəlif səviyyələrdə gündəmdə saxlayırıq 2021-10-19 09:30:42 Zəfər xronikası 19 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin TASS informasiya agentliyinə videomüsahibəsi 2021-10-19 08:45:49 Türkiyə XİN: "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!" 2021-10-19 07:30:39 Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb 2021-10-18 21:10:08 Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19