2021-09-16 19:05:36 | QHT VƏ MEDİA
Əlaqələndirmə Qərargahının iclasında bir sıra vacib məsələlər müzakirə olunub

Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı 2020-ci ilin 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib.

Fact-info.az xəbər verir ki, Prezident Administrasiyasının və Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarının icrasına dair son vəziyyət təhlil edilib, qısamüddətli və uzunmüddətli perspektivdə qarşıda duran məqsədlər və onların həyata keçirilməsi ilə bağlı qurumlararası əlaqələndirmə məsələləri müzakirə olunub.

İclası giriş sözü ilə açan Samir Nuriyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə sürətlə həyata keçirilən genişmiqyaslı quruculuq işləri dünya miqyasında nümunəvi xarakter daşıyır. Bununla yanaşı, müəyyən olunmuş vəzifələrin yüksək keyfiyyətlə və daha operativ yerinə yetirilməsi üçün Qərargahın, habelə İdarələrarası Mərkəzin nəzdində fəaliyyət göstərən hər bir işçi qrupunun fəaliyyətinin konkret nəticələrin əldə olunması istiqamətində səfərbər edilməsi zəruridir.

Ümummilli prioritetlərdən biri olan bərpa və yenidənqurma işləri ilə bağlı səmərəliliyin yüksəldilməsi üçün gündəlik qurumlararası sıx əlaqələndirmənin, kompleks yanaşmanın və vəzifə funksiyalarının dəqiq bölgüsünün mütləq şərt olduğunu qeyd edən Qərargahın rəhbəri bu sahədə məsuliyyətin davamlı şəkildə artırılmasının vacibliyini diqqətə çatdırıb.

İclasda şəhərsalma, enerji təminatı, tarix və mədəniyyət abidələrinin bərpası, təhsil və səhiyyə xidmətlərinin planlı təşkili ilə bağlı məsələlər ətraflı müzakirə edilib, vəzifələrin icrası ilə əlaqədar növbəti addımlar müəyyən olunub və müvafiq tapşırıqlar verilib.

Baxış sayı : 161
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir - Video 2021-10-20 16:40:15 Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüşdən görüntülər paylaşıb 2021-10-20 10:30:58 Regional əməkdaşlıq formatının genişləndirilməsi zərurəti 2021-10-20 10:10:39 Zəngilanda radio və televiziya yayımı təmin olunub 2021-10-20 09:30:06 Zəngilanın işğaldan azad edilməsindən 1 il ötür 2021-10-20 09:05:53 Elxan Poluxovun Müstəqillik Günü ilə bağlı Braziliya mətbuatına müsahibə verib 2021-10-20 08:30:37 “Səhnədən səngərə: Qazilər” layihəsi 2021-10-19 19:05:54 Zəngəzur dəhlizi perspektivdə "Kəmər və Yol" layihəsinin strateji əhəmiyyətini artıracaq 2021-10-19 14:20:17 Ukraynalı deputatlar: Qarabağda gördüklərimizi unutmayacağıq 2021-10-19 09:35:41 Ermənistanın çaylarımızı çirkləndirməsi məsələsini müxtəlif səviyyələrdə gündəmdə saxlayırıq 2021-10-19 09:30:42 Zəfər xronikası 19 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin TASS informasiya agentliyinə videomüsahibəsi 2021-10-19 08:45:49 Türkiyə XİN: "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!" 2021-10-19 07:30:39 Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb 2021-10-18 21:10:08 Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19