2021-09-16 09:25:30 | AKTUAL
Sabir Rüstəmxanlı: Bu gün Azərbaycanın yürütdüyü siyasət Azərbaycan və Türkiyə vətəndaşlarının birliyini əks etdirir

Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun o vaxtlar yenicə formalaşan Azərbaycan Silahlı Qüvvələri ilə birgə Bakını erməni-daşnak və xüsusi olaraq silahlandırılan bolşevik quldur dəstələrindən təmizlənməsindən 103 il ötür. 1918-ci ilin bu ayında Qafqaz İslam Ordusu susuz çöllərdən - Müsüslüdən, Kürdəmirdən, Hacıqabuldan, Ələtdən dağlardan, dik yamaclardan aşıb erməni-daşnak və bolşevik dəstələrinin müqavimətini qıraraq sentyabrın 15-də səhər tezdən Bakıya daxil olmuşdur.

Qafqaz İslam Ordusunun Bakıya daxil olduğu zaman onun qarşısında duruş gətirə bilməyən erməni daşnaklar, bolşeviklər və ingilis qoşunları Bakı körfəzinə üz tutaraq dəniz limanı vasitəsilə qaçmağa başlamışdılar. Məhz bu gün biz belə bir qəhrəmanlıq tariximizi qeyd edirik.

Bu fikirləri Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı “Türk şəhidliyi” abidəsini ziyarət edərkən jurnalistlərə müsahibəsində söyləyib.

“Bilirik ki, Şamaxı yolunda da, Şəki yaxınlığında da türk əsgərlərinin məzarları var. Amma əsas məzarlıq hazırda durduğumuz yerdədir. Burada onlar Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş digər şəhidlərimizlə - 20 Yanvar və Qarabağ müharibəsi şəhidləri ilə bir məkanda uyuyurlar. Türk və Azərbaycan şəhidlərinin məzarları da, ruhları bir yerdədir. Bu gün Azərbaycan dövlətinin yürütdüyü siyasət bir millət olan Azərbaycan və Türkiyə vətəndaşlarının birliyini əks etdirir”, - deyə partiya sədri qeyd edib.

Sabir Rüstəmxanlı deyib ki, Azərbaycan xalqı bu bayramı Qarabağda qazandığı böyük Zəfərin sevinci ilə qeyd edir. “Bir il bundan əvvəl Azərbaycan Türkiyənin siyasi və mənəvi dəstəyi ilə öz torpaqlarını işğaldan azad etdi. O vaxt da Nuru paşa Qarabağın ermənilərdən azad edilməsi uğrunda mübarizə aparmış və həmin torpaqlar işğalçılardan təmizlənmişdir. Əfsuslar olsun ki,1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə həmin iş yarımçıq qalmışdır. Amma bu gün Azərbaycanın Müzəffər Ordusu Qarabağı işğaldan azad edib və əslində, burada uyuyan şəhidlərin ruhunu şad edib. Çünki onların niyyəti Azərbaycan torpaqlarının yadellilərdən təmizlənməsi idi. Bu gün Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə təlimləri bütün dünyaya birliyimizi nümayiş etdirməsi, bu müqəddəs məzarlıqda uyuyan insanların arzularının, niyyətlərinin həyata keçirilməsi yolunda böyük addımdır. Bu gün Azərbaycan birlik və bütövlük yolundadır, bu yol biz ideallarımıza çatanadək davam edəcək”, - deyə Sabir Rüstəmxanlı vurğulayıb.

Baxış sayı : 138
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir - Video 2021-10-20 16:40:15 Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüşdən görüntülər paylaşıb 2021-10-20 10:30:58 Regional əməkdaşlıq formatının genişləndirilməsi zərurəti 2021-10-20 10:10:39 Zəngilanda radio və televiziya yayımı təmin olunub 2021-10-20 09:30:06 Zəngilanın işğaldan azad edilməsindən 1 il ötür 2021-10-20 09:05:53 Elxan Poluxovun Müstəqillik Günü ilə bağlı Braziliya mətbuatına müsahibə verib 2021-10-20 08:30:37 “Səhnədən səngərə: Qazilər” layihəsi 2021-10-19 19:05:54 Zəngəzur dəhlizi perspektivdə "Kəmər və Yol" layihəsinin strateji əhəmiyyətini artıracaq 2021-10-19 14:20:17 Ukraynalı deputatlar: Qarabağda gördüklərimizi unutmayacağıq 2021-10-19 09:35:41 Ermənistanın çaylarımızı çirkləndirməsi məsələsini müxtəlif səviyyələrdə gündəmdə saxlayırıq 2021-10-19 09:30:42 Zəfər xronikası 19 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin TASS informasiya agentliyinə videomüsahibəsi 2021-10-19 08:45:49 Türkiyə XİN: "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!" 2021-10-19 07:30:39 Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb 2021-10-18 21:10:08 Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19