2021-09-14 11:30:25 | SİYASƏT
Şamil Ayrım: Azərbaycanla Türkiyə bir-birindən ayrılmaz iki hissədən ibarət bir Vətəndir

Türkiyə ilə Azərbaycan əsrlər boyu adları daim yan-yana çəkilən iki qardaş ölkə olub. Bütün dünya üçün nümunə olan bu qardaşlıq hər iki dövlətin ən çətin günlərində özünü daha çox büruzə verib.

Bu, türk və dünya tarixində ən qanlı müharibələrdən biri kimi iz qoyan Çanaqqala savaşında da, Azərbaycan tarixinə unudulmaz səhifə kimi həkk olunmuş Bakının erməni-bolşevik işğalından azad edilməsində də, dünya hərb tarixinə qızıl hərflərlə yazılan Azərbaycanın 44 günlük Vətən müharibəsində də belə olub.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım ifadə edib.

Azərbaycanla Türkiyənin bir-birindən ayrılmaz iki hissədən ibarət bir Vətən olduğunu vurğulayan Ş.Ayrım deyib: “Bu iki ölkə, iki Vətən tarixin ən çətin dövrlərindən daim çiyin-çiyinə birgə keçib. Azərbaycan 44 günlük Vətən müharibəsində Qələbə qazanaraq Ermənistanın 30 ildən bəri davam edən təcavüzkar siyasətinə son qoydu, torpaqlarını işğaldan azad etdi, tarixi ədalətin zəfər çalmasını və beynəlxalq hüququn bərpa olunmasını təmin etdi. Türkiyə bu savaşda da siyasi baxımdan daim qardaşının yanında oldu. Bu, 1918-ci ildə Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etməsini xatırlatdı. Burada Türkiyənin Çanaqqala savaşı zamanı düşünmədən canını qurban verən Azərbaycan oğullarını yada salmasaq olmaz. Bu qardaşlıq Türkiyədə tüğyan edən meşə yanğınları zamanı növbəti dəfə nümayiş etdirildi. İki qardaş ölkənin igid oğulları bu yanğınların söndürülməsində də əsl qardaşlıq nümunəsi göstərdilər”.

Ş.Ayrım bildirib ki, bütün dünya üçün nümunəyə çevrilən və analoqu olmayan bu birliyin ən gözəl təcəssümü Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadələridir.

Baxış sayı : 115
Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Ağdamda beynəlxalq konfrans keçirilir 2021-09-18 10:00:06 Azərbaycanda Milli Musiqi Günüdür 2021-09-18 08:45:47 “BBC News”: Keçmişlə gələcəyin astanasında olan Azərbaycan mədəniyyəti ziyarətçilərə unudulmaz təəssürat bəxş edir 2021-09-17 11:10:36 Əhməd İsmayılov: Avrasiya Media Forumu onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platformasıdır 2021-09-17 10:15:50 Əcnəbi media Oxçuçayın çirkləndirilməsindən yazdı 2021-09-17 10:10:00 "Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcəyik" 2021-09-17 09:45:10 Fəlsəfə doktoru Zəkulla Bayramlının polis özbaşınalığı ilə bağlı müraciəti 2021-09-17 09:05:17 Əlaqələndirmə Qərargahının iclasında bir sıra vacib məsələlər müzakirə olunub 2021-09-16 19:05:36 XİN Fransa Milli Assambleyası üzvünün Xankəndiyə qanunsuz səfərinə münasibət bildirib 2021-09-16 12:30:22 Oxçuçay problemi BMT iclasında müzakirəyə çıxarılıb 2021-09-16 09:20:59 Məcburi köçkünlərin xatirələri barədə videoçarxlar hazırlanır 2021-09-16 08:55:38 Sabir Rüstəmxanlı: Bu gün Azərbaycanın yürütdüyü siyasət Azərbaycan və Türkiyə vətəndaşlarının birliyini əks etdirir 2021-09-16 09:25:30 XVII Avrasiya Media Forumu keçirilib 2021-09-16 07:55:59 Ərdoğan Bakının işğaldan azad olunmasının ildönümünü təbrik edib 2021-09-15 18:05:27 Koronavirusun yeni ştamları yaranmağa davam edəcək - Baş infeksionist 2021-09-15 14:35:30 Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşkili ilə bağlı işlər aparılır 2021-09-15 10:35:31 Qafqaz-İslam Ordusu və Azərbaycanın xilası 2021-09-15 09:30:27 Hulusi Kılıç: Azərbaycan xalqı Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyasını hər zaman qan yaddaşında yaşadıb 2021-09-15 09:05:57 15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının tarixi sübutudur 2021-09-15 08:05:40 Prezident İlham Əliyev Cəlilabad və Şəmkirin yeni icra başçılarını videoformatda qəbul edib 2021-09-14 19:40:10 Şamil Ayrım: Azərbaycanla Türkiyə bir-birindən ayrılmaz iki hissədən ibarət bir Vətəndir 2021-09-14 11:30:25 Azərbaycanda turizm sahəsində yeniliklər gözlənilir 2021-09-14 10:25:00