2021-09-13 14:30:42 | SİYASƏT
Azərbaycanda siyasi partiyaların siyasi və ictimai idarəetmədə iştirakı genişlənir

Siyasi partiyalar cəmiyyətdə demokratik prosesləri təşviq edən ən vacib qurumlardan biri hesab olunur. Dialoq isə bu və ya digər siyasi partiya rəhbərlərinin yaxud da üzvlərinin müəyyən məsələlərdə fikir ayrılıqları olsa belə ümummilli dəyərlər və dövlət maraqları uğrunda ortaq məxrəcə gəlməsi üçün əsas alternativ olaraq bir vasitə qismində çıxış edir.

Mübahisə anarxik, ya da qeyri-demokratik cəmiyyətlər üçün xasdırsa, mübahisədən fərqli olaraq dialoqun məqsədi bu və ya digər mövzu ətrafında qarşılıqlı anlaşmanı inkişaf etdirməkdir ki, bu da bilavasitə demokratik cəmiyyətlər üçün xarakterikdir. Heç şübhəsiz ki, siyasi partiyalar üçün müxtəlif təriflər və izahlar mövcuddur. Lakin zənnimcə, ən düzgün tərif siyasi nəzəriyyə üzrə ixtisaslaşmış alim Eddi Asirvathamın verdiyi tərifdir. O, siyasi partiyaları məhz “Atılan addımlar və həyata keçirilən fəaliyyət növü ilə birlikdə bütövlükdə ölkənin ümumi maraqlarının təmin olunması istiqamətində siyasi həyatda müəyyən prinsiplərin və konkret siyasi fəaliyyətin tərəfdarı olan mütəşəkkil insan qrupu” kimi xarakterizə edir. Burada əsas amil ondan ibarətdir ki, ölkənin mənafeyindən və dövlətin maraqlarından söhbət gedirsə, dövlətin milli təməl prinsiplərinin rəhbər tutulması barədə razılığa gəlinməsi ən ali və ümdə vəzifə kimi müəyyənləşdirilməlidir. Bu baxımdan da Azərbaycanda siyasi dialoq mühitinin daha da demokratikləşdirilməsi fonunda 44 günlük Vətən müharibəsi zamanı dövlətin təməl prinsiplərinin rəhbər tutularaq 43 siyasi partiyanın bəyanat qəbul edərək orduya və Ali Baş Komandana dəstək verməsi olduqca mühüm amil idi ki, bu da ictimaiyyət tərəfindən təqdirlə qarşılanaraq insanları daha həmrəy etdi, onların mübarizə əzmini artırdı. Siyasi partiyalar tərəfindən 8 birgə bəyanatın və 2 birgə müraciətin imzalanması bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı ən çətin məqamlarda da milli həmrəylik nümayiş etdirərək ümummilli məsələlərdə birləşməyə qadirdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib.

Politoloq deyib ki, Azərbaycan dövləti ərazilərinin 30 illik işğalına son qoymaqla, beynəlxalq təşkilatların icra etməli olduğu qətnamələri beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməklə özü yerinə yetirməklə Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni reallıq formalaşdırdı. Heç şübhəsiz, yaradılan yeni reallıq ölkə daxilində siyasi münasibətlərə də sirayət edir. Siyasi sistemin daha da təkmilləşməsi baxımından siyasi partiyalarla ardıcıl və silsilə görüşlərin keçirilməsi cəmiyyətdə siyasi proseslərə yeni bir baxış, yeni bir yanaşma formalaşdırıb ki, məhz bunun özü də ölkədə cəmiyyətdaxili inamın dərinləşməsi, xaricdən isə gələ biləcək təzyiqlərin qarşısının daha da qətiyyətli alınması məsələlərində özünü büruzə verir.

Ümumiyyətlə, modern çağımız yeni dünya nizamının gətirdiyi yeniliklərlə ayaqlaşmaq istiqamətində vaxtla yarışarkən, zamanın nəbzini tutaraq yeni reallıqlar yaratmaq və dünyanın qlobal çağırışlarına adekvat cavab vermək, demokratik dəyərlərin daha geniş vüsət almasında maraqlı olmaq kimi dəyərlər Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə Azərbaycan dövlətinin müəyyənləşdirdiyi prioritet istiqamətlərdən biridir. Bu gün Azərbaycan dövlətinin bir neçə meyar üzrə - mahiyyət, kəmiyyət və keyfiyyət baxımından gördüyü işlər, sadəcə, yerli və regional kontekstdə deyil, qlobal və ümumbəşəri anlamda da tarixdə iz qoyan işlərdir. Azərbaycanın dövlətçilik tarixində yeni bir səhifənin açıldığı və inkişaf mərhələsinin başladığı reallıqlar kontekstində sentyabrın 9-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin ölkədə fəaliyyət göstərən 45 siyasi partiyanın rəhbərləri ilə “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda keçirilən görüşü də məhz yaradılan yeni reallığın ölkə daxilində formalaşan müasir siyasi mühitə və siyasi münasibətlərə də sirayət etməsindən xəbər verir. Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin görüşdə iştirak edən siyasi partiya rəhbərlərinə Prezident İlham Əliyevin adından ölkədə milli həmrəylik, siyasi dialoq mühitinin təşviqinə xidmət edən müxtəlif səpkili layihələrdə fəal iştirak etdiklərinə görə təşəkkürünü çatdırması bir daha təsdiqləyir ki, Azərbaycanda siyasi partiyaların siyasi və ictimai idarəetmədə iştirakı genişləndirilir, onlar üçün bərabər imkanlar platforması təqdim olunur.

Siyasi dialoqun çox gərgin və çətin proses olmasına, onun baş verməsi üçün heç bir düstur və ya texnikanın mövcud olmamağına baxmayaraq, Azərbaycan dövləti bu işin də öhdəsindən gəldi. Bu gün Azərbaycanda müxalif siyasi partiyalar və fiqurlara düşüncələrini, fikirlərini sərbəst şəkildə ifadə etmək üçün geniş platformalar təqdim olunur. Siyasi partiya liderləri müxtəlif mətbuat orqanlarında və televiziya kanallarında çıxış etmək üçün dəvət olunurlar.

İqtidar-müxalifət dialoqunun yaradılması, qərargahı olmayan 22 siyasi partiya üçün ofislərin ayrılması, vaxtı ötürülmüş qurultaylarının keçirilməsi üçün bir sıra siyasi partiyaların yerlə təmin olunması üçün tədbirlər görülməsi və 25 siyasi partiyanın qurultaylarının keçirilərək nəticələrinin dövlət qeydiyyatına alınması, habelə uzun fasilədən sonra 7 yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması demokratik mühitin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi baxımından atılmış olduqca mühüm addımlardır. Heç şübhəsiz ki, yaradılan imkanlar iqtidarın hər hansı amilə görə ayrı-seçkilik qoymadan bütün siyasi partiyalar ilə dialoqa və əməkdaşlığa hazır olduğunu bəyan etməsi ümummilli məsələlərdə onların mütləq əksəriyyətinin xarici təhdidlərə qarşı birlik nümayiş etdirilməsi işinə də təkan verir.

Politoloq bildirib ki, ölkə daxilində müxtəlif siyasi partiyalar üçün bərabər və eyni imkanlar platformasının təqdim olunması ilə Azərbaycan hakimiyyəti geniş siyasi dialoq təşəbbüsü başladıb. Ölkəmizdə sosial, iqtisadi, mədəni, ictimai-siyasi sahədə aparılan islahatlar bəhrəsini verir. Xüsusi vurğulanmalı məsələ isə çoxpartiyalı sistemin inkişafı, iqtidarla müxalifət arasında qarşılıqlı anlaşma şəraitində keçən dialoq prosesidir. Siyasi partiyaların funksiyalarından biri də vətəndaş təşkilatlarının və maraq qruplarının geniş koalisiyaları arasında dövlətin təməl prinsipləri prioritet tutulmaqla dəstək səfərbər etmək və birləşdirməkdə əsaq rol oynamaq, cəmiyyətdə etibar yaratmaqdırsa təəssüf ki, demokratik Azərbaycan cəmiyyətində çoxluğun iradəsini pozmağa, təhrif etməyə və ya qəsb etməyə meyilli olan "məkirli maraqlar" a xidmət edən, ölkə daxilində və xaricdə bəzi siyasi partiyalar və qüvvələr mövcuddur ki, onlar da ümummilli dialoq platformasından kənarda qalır, dövlətimizin ümumi maraqlarına və hədəflərinə çatmaq istiqamətində atılan addımlardan uzaq davranırlar. Bu qüvvələrin fəaliyyəti ümummilli maraqların əksinə getdiyi üçün cəmiyyət tərəfindən də qəbul olunmur, ictimai rəyə və münasibətlərə təsir göstərmir.

“Müharibə bitsə də postmüharibə dövründə müxtəlif informasiya təxribatlarına rast gəlirik. Nəzərə alsaq ki, siyasi partiyalar vətəndaşın siyasi proseslərdə iştirakı üçün institusional zəmin yaradır və bu qurumlar olmadan siyasi və ictimai münasibətlərdə iştirak etmək xaotik, təsirsiz mənzərə və çoxlarının hesabına azlara ya da öz maraqlarının əsirinə çevrilən dar bir qrupa xidmət etmək fürsəti yaradırsa, siyasi partiyalar cəmiyyətin daha geniş spektrinin maraqlarını təmin etməyə çalışmalı, konkret həll variantları təklif etmələri baxımından digər siyasi və ya ictimai birliklərdən fərqlənməlidirlər. Məhz bu reallıqlar nəzərə alınmaqla dövlət və xalq naminə olan həssas məsələlərdə dövlətin təməl prinsiplərinə, ölkənin ümumi maraqlarına xidmət edərək birgə sinxron addımların atılması, ayıq-sayıq davranmaq, düşmənə qarşı mübarizədə daha da sərt mövqe tutmaq və birlik nümayiş etdirmək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında daha da sıx birləşmək bütün siyasi partiyaların ən ümdə vəzifəsi olmalıdır”, - deyə Ş.Həsənova əlavə edib.

Baxış sayı : 121
Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Ağdamda beynəlxalq konfrans keçirilir 2021-09-18 10:00:06 Azərbaycanda Milli Musiqi Günüdür 2021-09-18 08:45:47 “BBC News”: Keçmişlə gələcəyin astanasında olan Azərbaycan mədəniyyəti ziyarətçilərə unudulmaz təəssürat bəxş edir 2021-09-17 11:10:36 Əhməd İsmayılov: Avrasiya Media Forumu onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platformasıdır 2021-09-17 10:15:50 Əcnəbi media Oxçuçayın çirkləndirilməsindən yazdı 2021-09-17 10:10:00 "Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcəyik" 2021-09-17 09:45:10 Fəlsəfə doktoru Zəkulla Bayramlının polis özbaşınalığı ilə bağlı müraciəti 2021-09-17 09:05:17 Əlaqələndirmə Qərargahının iclasında bir sıra vacib məsələlər müzakirə olunub 2021-09-16 19:05:36 XİN Fransa Milli Assambleyası üzvünün Xankəndiyə qanunsuz səfərinə münasibət bildirib 2021-09-16 12:30:22 Oxçuçay problemi BMT iclasında müzakirəyə çıxarılıb 2021-09-16 09:20:59 Məcburi köçkünlərin xatirələri barədə videoçarxlar hazırlanır 2021-09-16 08:55:38 Sabir Rüstəmxanlı: Bu gün Azərbaycanın yürütdüyü siyasət Azərbaycan və Türkiyə vətəndaşlarının birliyini əks etdirir 2021-09-16 09:25:30 XVII Avrasiya Media Forumu keçirilib 2021-09-16 07:55:59 Ərdoğan Bakının işğaldan azad olunmasının ildönümünü təbrik edib 2021-09-15 18:05:27 Koronavirusun yeni ştamları yaranmağa davam edəcək - Baş infeksionist 2021-09-15 14:35:30 Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşkili ilə bağlı işlər aparılır 2021-09-15 10:35:31 Qafqaz-İslam Ordusu və Azərbaycanın xilası 2021-09-15 09:30:27 Hulusi Kılıç: Azərbaycan xalqı Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyasını hər zaman qan yaddaşında yaşadıb 2021-09-15 09:05:57 15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının tarixi sübutudur 2021-09-15 08:05:40 Prezident İlham Əliyev Cəlilabad və Şəmkirin yeni icra başçılarını videoformatda qəbul edib 2021-09-14 19:40:10 Şamil Ayrım: Azərbaycanla Türkiyə bir-birindən ayrılmaz iki hissədən ibarət bir Vətəndir 2021-09-14 11:30:25 Azərbaycanda turizm sahəsində yeniliklər gözlənilir 2021-09-14 10:25:00