2021-09-13 07:30:42 | SİYASƏT
Qarabağa yüklərin İrandan daşınması Ermənistanın maraqlarına xidmət edir

11 iyul - 8 avqust tarixlərində İrana aid yük maşınlarının Qarabağa qanunsuz keçməsi ilə bağlı Azərbaycan tərəfinin İrana nota verməsinə baxmayaraq, təxribatların yenə də davam etdiyi məlum olub. Məlumata görə, avqustun 11-dən sentyabrın 10-dək Xankəndiyə müxtəlif təyinatlı, əsasən, yanacaq-sürtkü materialları daşıyan 58 yük maşını daxil olub.

Bunlardan 55-i daha sonra oranı tərk edib. Bu qanunusuz keçmələri gizlətmək üçün hətta müxtəlif hiylələrə də əl atılır. Belə ki, avtomobillər rusiyalı sülhməramlların yerləşdirildiyi zonalara çatdıqda İran maşınlarına erməni qeydiyyat nömrələri yerləşdirilir. Hətta eyni nömrənin müxtəlif maşınlara qoyulması halları da müşahidə olunur.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən politoloq Elxan Şahinoğlu da İrandan Qarabağa yüklərin daşındığını təsdiq edib: "Bu, Ermənistanın da maraqlarına xidmət edir. Ermənistan çalışır ki, qanunsuz yükdaşıma olsun və bununla da Azərbaycan-İran münasibətləri gərginləşsin. Əslində, İran qərar verməlidir ki, Azərbaycan ərazisində bu cür təxribatlara yol vermək olmaz. O hansı şirkətlər, hansı maşınlardır ki, İran hakimiyyətinin istəyi xaricində bu cür pozuntulara yol verir? Bu, mümkün deyil. Deməli, təlimat yoxdur və ticarət naminə belə yükdaşımalar davam edir. Əgər notalara fikir vermirlərsə, Azərbaycanın çağırışlarını qulaqardına vururlarsa, biz də İranla bağlı siyasətimizə düzəliş etmək məcburiyyətində qala bilərik".

Politoloq qeyd edib ki, Azərbaycan dost-qonşuluq münasibətlərinin tərəfdarıdır, bu, dəfələrlə bildirilib: "Amma görürük ki, belə hallar baş verir. İran bir fakt deyə bilməz ki, Azərbaycan İranın ərazi bütövlüyünə hörmət etməyib və ya hansısa təxribata yol verib".

E.Şahinoğlu bu məsələdə sülhməramlıların da fəaliyyətsizliyinə diqqət çəkib.

Baxış sayı : 90
Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Ağdamda beynəlxalq konfrans keçirilir 2021-09-18 10:00:06 Azərbaycanda Milli Musiqi Günüdür 2021-09-18 08:45:47 “BBC News”: Keçmişlə gələcəyin astanasında olan Azərbaycan mədəniyyəti ziyarətçilərə unudulmaz təəssürat bəxş edir 2021-09-17 11:10:36 Əhməd İsmayılov: Avrasiya Media Forumu onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platformasıdır 2021-09-17 10:15:50 Əcnəbi media Oxçuçayın çirkləndirilməsindən yazdı 2021-09-17 10:10:00 "Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcəyik" 2021-09-17 09:45:10 Fəlsəfə doktoru Zəkulla Bayramlının polis özbaşınalığı ilə bağlı müraciəti 2021-09-17 09:05:17 Əlaqələndirmə Qərargahının iclasında bir sıra vacib məsələlər müzakirə olunub 2021-09-16 19:05:36 XİN Fransa Milli Assambleyası üzvünün Xankəndiyə qanunsuz səfərinə münasibət bildirib 2021-09-16 12:30:22 Oxçuçay problemi BMT iclasında müzakirəyə çıxarılıb 2021-09-16 09:20:59 Məcburi köçkünlərin xatirələri barədə videoçarxlar hazırlanır 2021-09-16 08:55:38 Sabir Rüstəmxanlı: Bu gün Azərbaycanın yürütdüyü siyasət Azərbaycan və Türkiyə vətəndaşlarının birliyini əks etdirir 2021-09-16 09:25:30 XVII Avrasiya Media Forumu keçirilib 2021-09-16 07:55:59 Ərdoğan Bakının işğaldan azad olunmasının ildönümünü təbrik edib 2021-09-15 18:05:27 Koronavirusun yeni ştamları yaranmağa davam edəcək - Baş infeksionist 2021-09-15 14:35:30 Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşkili ilə bağlı işlər aparılır 2021-09-15 10:35:31 Qafqaz-İslam Ordusu və Azərbaycanın xilası 2021-09-15 09:30:27 Hulusi Kılıç: Azərbaycan xalqı Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyasını hər zaman qan yaddaşında yaşadıb 2021-09-15 09:05:57 15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının tarixi sübutudur 2021-09-15 08:05:40 Prezident İlham Əliyev Cəlilabad və Şəmkirin yeni icra başçılarını videoformatda qəbul edib 2021-09-14 19:40:10 Şamil Ayrım: Azərbaycanla Türkiyə bir-birindən ayrılmaz iki hissədən ibarət bir Vətəndir 2021-09-14 11:30:25 Azərbaycanda turizm sahəsində yeniliklər gözlənilir 2021-09-14 10:25:00