2021-08-24 07:10:01 | QHT VƏ MEDİA
Xaçmazda şəhid Fərid Seyfullayevin xatirəsi anılıb

Vətən Müharibəsində qəhrəmancasına şəhid olan Seyfullayev Fərid Xeyrulla oğlunun doğum günü qeyd olunub. Şəhidin xatirəsi dəfn olunduğu Xaçmaz rayon Köhnəxaçmaz kənd qəbiristanlığında anılıb.

Şəhidin anım mərasimində şəhidin yaxınları, kənd sakinləri, şəhid anaları, Xaçmaz qaziləri, mədəniyyət işçiləri, təhsil aldığı orta məktəbin şagirdləri, müəllimləri və KİV nümayəndələri iştirak ediblər. Şəhidin ad günüylə bağlı məzarı ziyarət olunub, ruhuna dualar edilib.

Mərasimdə çıxış edənlər Fəridin keçdiyi qısa və şərəfli ömür yolundan danışıblar. Daha sonra Qaradağlı kənd orta məktəbinin şagirdi Ömərzadə Əzimə Şair Məmməd Qədirin ”Ey şəhid anaları” şeirini səsləndirib.

Qeyd eldək ki, Seyfullayev Fərid Xeyrulla oğlu (MAXE) 23 avqust 1991-ci ildə Xaçmaz rayonunun Hacıqurbanoba kəndində doğulub.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan Fərid Seyfullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qəhrəman döyüşçü noyabrın 6-sı Şuşa uğrunda gedən döyüşlərdə yaxınlığında mərmi partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Fərid Seyfullayev 2 il əvvəl ailə həyatı qurmuşdu. Ayla və Səma adında iki qız övladı var.

Prezident İlham Əliyevin Sərəncamı ilə şəhid Seyfullayev Fərid Xeyrulla oğlu (ölümündən sonra) “Vətən uğrunda”, ”Şuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Baxış sayı : 208
Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19 Diplomatik korpus nümayəndələrinin Suqovuşana səfəri başlayıb 2021-10-16 09:20:02 ”Torpağı Vətənə çevirənlər”: AGF ilə Yeni Yazarlar və Sənətçilər İB-nin kreativ layihəsi 2021-10-15 18:40:30 “Azərbaycan iqtisadiyyatı müstəqillik illərində” mövzusunda respublika elmi konfransı keçirilib 2021-10-15 14:30:20 Prezident İlham Əliyev: "Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etmir" 2021-10-15 14:10:41 “Müstəqillik Günü haqqında” qanun layihəsi qəbul edildi 2021-10-15 11:05:49 QHT uşaqların sosial problemlərinin həllinə dəstək olur 2021-10-15 10:40:40 Misirli professor: Azərbaycan sübut etdi ki, qüdrətli Ordu ilə qəsbkarı cəzalandırıb, torpaqları azad etmək mümkündür 2021-10-15 09:30:56 "Törədilən bu təxribat bölgədəki vəziyyətin gərginləşdirilməsinə xidmət edir" 2021-10-15 08:45:21 44 günlük Vətən müharibəsinin xronikası: 15 oktyabr 2021-10-15 08:10:20 "Ermənistanın cinayət məsuliyyətinə cəlb olunmasını və təzminat ödəməsini istəyirik" 2021-10-14 18:45:24 Tehranın qorxulu yuxuları 2021-10-14 16:20:50 Dini liderlərdən birgə BƏYANAT 2021-10-14 09:55:28 Akkan Suver: Azərbaycan dövlətinin Qarabağda gördüyü işlər bu torpaqların əsl sahibinin kim olduğunu bir daha göstərdi 2021-10-14 09:35:05