2021-08-22 10:30:11 | QHT VƏ MEDİA
Qarabağa səfərlərin təşkili müsbət addımdır

Şuşaya və Ermənistanın işğalından azad edilən digər torpaqlara səfərləri diqqətlə izləyirəm. Videolara maraqla baxıram, materialları oxuyuram. Dostlarımla söhbətlərdə onların da belə etdiyinin şahidi oluram.

Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib. Onun sözlərinə görə, bu səfərlərlə bağlı mətbuatda və sosial şəbəkələrdə müsbət rəylərin yazılması da diqqəti cəlb edir:

"Xüsusilə də xaricdə yaşayan həmvətənlərimizin Qarabağa səfərlərinin təşkilini çox müsbət qiymətləndirirəm. Bu istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsi çox böyük və faydalı iş görür. Nəinki oradan olub xaricdə yaşayan qarabağlıların, hətta onların xaricdə anadan olmuş övladlarının işğaldan azad edilmiş torpaqlara səfərlərinin təşkili o insanları vətənlə daha sıx bağlayır. Bu səfərlər onların geri qayıtdıqdan sonra yaşadıqları ölkə icitmaiyyətini daha dolğun məlumatlandırılmasına xidmət edir. Polşada təhsil alan Nigar Cəfərova Cıdır düzünə atasının şəklini gətirərək onun ruhunu andı, Çexiyanın Plzen Konservatoriyasında təhsil alan gənc azərbaycanlı skripkaçı Canel Nəcəfli Cıdır düzündə skripkada “Ay Laçın” xalq mahnısını ifa etdi. Şərait imkan verdikcə, torpaqlar minalardan təmizlənib, gediş təhlükəsiz olduqdan sonra belə səfərlərin sayı daha da artmalıdır. Füzuli aeroportu işə düşdükdən, Zəfər yolu hazır olduqdan sonra isə Şuşaya, Qarabağın bütün bölglərinə səfərlərin sayı daha da artacaqdır".

Baxış sayı : 200
Strateji hədəflərə istiqamətlənmiş Füzuli Beynəlxalq Hava Limanı 2021-10-26 14:10:53 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-26 09:45:27 Bərdədə ermənilərin raket atəşi nəticəsində dağıdılmış 215 tikili təmir olunub 2021-10-26 09:30:09 Azərbaycanda səfərdə olan isveçli jurnalistlər azad edilmiş rayonlara gedəcəklər 2021-10-26 09:25:33 Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi 2021-10-26 08:15:27 44 günlük Vətən müharibəsinin xronikası: 26 oktyabr 2021-10-26 07:40:55 Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı ictimaiyyətinin nümayəndələrilə görüşüblər 2021-10-25 21:10:21 “3T Modeli ilə regionlarda Könüllü Turizm Pr-ı” layihəsi çərçivəsində görülmüş işlər 2021-10-25 16:50:51 Cahangir Zeynaloğlunun “Şirvanşahlar yurdu” kitabı Azərbaycan dilinə tərcümə edilib 2021-10-25 09:55:30 Quram Marxuliya: Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayıb 2021-10-25 09:35:22 Zəfər xronikası 25 oktyabr 2020-ci il: Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib 2021-10-25 08:50:16 İranla Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanaraq davam edəcək 2021-10-25 07:30:25 Azərbaycan hərbi dənizçiləri Türkiyədə təcrübə kursunu başa vurublar 2021-10-25 07:10:30 Professor Surxay Musayev: “II Qarabağ müharibəsi zamanı həkimlərimiz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirdi” 2021-10-24 21:00:18 Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı 2021-10-24 10:10:57 Zəfər xronikası 24 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəs 2021-10-24 09:55:17 Türk Şurası mediaforumunda "Birlikdən doğan Zəfər: Qarabağ" paneli keçirilib 2021-10-24 09:25:20 Azərbaycan səfirinin müsahibəsi Fransada nəşr olunan “Revue conflits" jurnalında dərc olunub 2021-10-23 11:35:14 Vətən müharibəsinin 27-ci günü: Xronika 2021-10-23 10:55:35 QHT Oğuzda günərzi mərkəzin fəaliyyətini təşkil edib 2021-10-23 09:35:16 “Azərbaycanın məqsədi qisas deyil, gələcək sülhə çağırışdır” 2021-10-23 08:30:19 İcitmai Nəzarət Mərkəzi 6 aylıq fəaliyyəti haqqında hesabat verdi 2021-10-22 21:10:26 Zakir Həsənov hərbi obyektlərin açılışında 2021-10-22 21:00:16 Klassik Azərbaycan şairinin əsəri Almaniyada nəşr olunub 2021-10-22 11:30:42