2021-08-19 09:15:04 | QHT VƏ MEDİA
Dədə Ələsgər irsini geniş ictimaiyyətə çatdırmaq məqsədilə yeni sayt yaradılıb

Prezident İlham Əliyev “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi” haqqında Sərəncam imzalaması böyük sənətkarın irsinin tədqiqində və dünyada təbliğində yeni mərhələnin başlanğıcı oldu.

Sərəncama əsasən ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı tədbirlər həyata keçirilməkdədir. Həmin tədbirlərin davamı və Aşıq Ələsgər irsini geniş ictimaiyyətə çatdırmaq məqsədilə Dədə Ələsgər saytı (http://dede-alesker.com) yaradılmışdır. Dədə Ələsgərin irsinin öyrənilməsi, geniş auditoriyaya çatdırılması, Aşıq Ələsgərin kitablarının elektron versiyasının, Ələsgər haqqında yazılmış məqalələrin sayta yerləşdirilməsi həmin elektron resursun əsas hədəfləri sırasındadır.

Bu yaxınlarda dede-alesker.com saytının təqdimatı keçirilərkən bir sıra zəruri məqamlara aydınlıq gətirildi. Saytın ideya müəllifi və yaradıcısı AMEA-nın müxbir üzvü, professor Nuru Yusif oğlu Bayramovdur. Saytın əsas strukturunun qurulmasında və zənginləşdirilməsində jurnalist Araz Yaquboğlunun, professor Ələddin Allahverdiyevin, tibb üzrə fəlsəfə doktoru Abbas Bağırovun, ələsgərşünas alim Fəxrəddin Salimin, “Dədə Ələsgər Ocağı” İctimai Birliyi Təşkilat Komitəsinin sədri Xətai Ələsgərovun fikir və təklifləri nəzərə alınmışdır. “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai İslam oğlu Ələsgərov saytın zəngin arxivinin formalaşmasında öz dəstəyini göstərir.

Onu da qeyd edək ki, Dədə Ələsgər saytının təqdimat mərasimində (http://dede-alesker.com) AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov bildirmişdir ki, sayt Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məlum sərəncamından sonra yaradılıb. Nuru müəllim saytın struktur-quruluşundan danışaraq, bu elektron resursun 8 əsas bölmədən və 50-yə yaxın altkateqoriyadan ibarət olduğunu açıqlamışdır. Məlumat üçün bildirmişdir ki, saytda təkcə Aşıq Ələsgər əsərlərini əhatə edən 7 dildə ümumilikdə müxtəlif illərdə çap olunan 20 kitab elektronlaşdırılaraq yerləşdirilmişdir. Nuru Bayramov həmçinin sərəncamın vacibliyindən danışmış, Ələsgərsevərlər adından Prezidentə təşəkkür etmişdir.

Dədə Ələsgər saytının təqdimatında Azərbaycan Respublikası Milli Məclisinin deputatları Əhliman Əmiraslanov, Sahib Alıyev, Naqif Həmzəyev, akademiklər Nizami Cəfərov, Muxtar İmanov, Rasim Əliquliyev, professorlar Surxay Musayev, İbadulla Ağayev, Vaqif Qələndər, Həsən Bayramov, Türkiyədən Prof. Dr. Yusif Bayraktar, Aşıq Ələsgər yaradıcılığının tədqiqatçıları Fəxrəddin Salim, tibb üzrə fəlsəfə doktorları, həkimlər Rasim Bayramov, Şirazi İbrahimov, Abbas Bağırov, Nağdəli Zamanov, “Dədə Ələsgər Ocağı” İctimai Birliyindən Xətai Ələsgərov, Güllü Eldar Tomarlı, şairlərdən Aqşin Hacızadə, Qılman İman, jurnalistlərdən Arif Məmmədli, Araz Yaquboğlu, və başqaları iştirak ediblər. Çıxış edən natiqlər Dədə Ələsgər yaradıcılığının araşdırılmasında, bu, söz xəzinəmizin təbliğində, elektron bazanın zənginləşməsində Dədə Ələsgər saytının mühüm mənbə olacağını qeyd etmişlər.

Onu da qeyd edək ki, bu sayt yalnız Aşıq Ələsgər yaradıcılığının tədqiqi və təbliğatı ilə fəaliyyətini yekunlaşdırmayacaq. Bu elektron resurs ümumilikdə Azərbaycan aşıq sənətinə, mədəniyyətimizə böyük töhfələr vermiş digər simaların yaradıcılığından bəhs edən mükəmməl bazaya çevriləcək.

Fact-info.az

Baxış sayı : 547
Strateji hədəflərə istiqamətlənmiş Füzuli Beynəlxalq Hava Limanı 2021-10-26 14:10:53 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-26 09:45:27 Bərdədə ermənilərin raket atəşi nəticəsində dağıdılmış 215 tikili təmir olunub 2021-10-26 09:30:09 Azərbaycanda səfərdə olan isveçli jurnalistlər azad edilmiş rayonlara gedəcəklər 2021-10-26 09:25:33 Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi 2021-10-26 08:15:27 44 günlük Vətən müharibəsinin xronikası: 26 oktyabr 2021-10-26 07:40:55 Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı ictimaiyyətinin nümayəndələrilə görüşüblər 2021-10-25 21:10:21 “3T Modeli ilə regionlarda Könüllü Turizm Pr-ı” layihəsi çərçivəsində görülmüş işlər 2021-10-25 16:50:51 Cahangir Zeynaloğlunun “Şirvanşahlar yurdu” kitabı Azərbaycan dilinə tərcümə edilib 2021-10-25 09:55:30 Quram Marxuliya: Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayıb 2021-10-25 09:35:22 Zəfər xronikası 25 oktyabr 2020-ci il: Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib 2021-10-25 08:50:16 İranla Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanaraq davam edəcək 2021-10-25 07:30:25 Azərbaycan hərbi dənizçiləri Türkiyədə təcrübə kursunu başa vurublar 2021-10-25 07:10:30 Professor Surxay Musayev: “II Qarabağ müharibəsi zamanı həkimlərimiz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirdi” 2021-10-24 21:00:18 Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı 2021-10-24 10:10:57 Zəfər xronikası 24 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəs 2021-10-24 09:55:17 Türk Şurası mediaforumunda "Birlikdən doğan Zəfər: Qarabağ" paneli keçirilib 2021-10-24 09:25:20 Azərbaycan səfirinin müsahibəsi Fransada nəşr olunan “Revue conflits" jurnalında dərc olunub 2021-10-23 11:35:14 Vətən müharibəsinin 27-ci günü: Xronika 2021-10-23 10:55:35 QHT Oğuzda günərzi mərkəzin fəaliyyətini təşkil edib 2021-10-23 09:35:16 “Azərbaycanın məqsədi qisas deyil, gələcək sülhə çağırışdır” 2021-10-23 08:30:19 İcitmai Nəzarət Mərkəzi 6 aylıq fəaliyyəti haqqında hesabat verdi 2021-10-22 21:10:26 Zakir Həsənov hərbi obyektlərin açılışında 2021-10-22 21:00:16 Klassik Azərbaycan şairinin əsəri Almaniyada nəşr olunub 2021-10-22 11:30:42