2021-08-18 12:40:37 | TƏDQİQATLAR-ANALITIKA
Qarabağ münaqişəsinin unudulmuş humanitar problemi: itkin düşmüş şəxslərin taleyi

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Fuad Çıraqovun “Əlcəzirə” telekanalının İctimai Azadlıqlar və İnsan Hüquqları Mərkəzində “Qarabağ münaqişəsinin unudulmuş humanitar problemi: itkin düşmüş şəxslərin taleyi” başlıqlı məqaləsi dərc olunub.

Mərkəzdən Trend-ə bildiriblər ki, məqalədə İctimai Televiziyanın hazırladığı “Alça ağacının altındakı məzar” adlı sənədli filmi və filmin qəhrəmanı keçmiş məcburi köçkün Xəqaninin ailə faciəsi giriş kimi təqdim edilərək, bu faciənin 1990-cı illərin əvvəllərində minlərlə insanın başına gəldiyi vurğulanır. Məqalədə göstərilir ki, filmin süjetləri Qərb izləyicilərinə həmin dövrdə baş vermiş Srebreniça faciəsini xatırlatsa da, Birinci Qarabağ müharibəsindəki mülki insanların başına gələn faciələr eyni şəkildə dünya ictimaiyyətinin diqqətini özünə cəlb edə bilməyib. Qeyd edilir ki, İkinci Qarabağ müharibəsi daha çox iki nizami ordunun qarşıdurması kimi dünya ictimaiyyətinin diqqətini cəlb etsə də, Birinci Qarabağ müharibəsi mülki insanlara qarşı daha amansız olub.

“Xocalı faciəsi beynəlxalq KİV-lər və insan hüquqları təşkilatları tərəfindən qeydə alınsa da, bir çox digər cinayətlərə məhəl qoyulmayıb. Birinci Qarabağ müharibəsi dövründən indiyə qədər 3890 nəfər itkin şəxsin taleyi hələ də məlum deyil”, - deyə müəllif yazır.

Diqqətə çatdırılır ki, 2020-ci il noyabrın 9-da imzalanan üçtərəfli Bəyannamənin 8-ci bəndinə əsasən tərəflər əsirlər və həlak olmuş şəxslərin cəsədlərini dəyişdirməlidirlər. Azərbaycan indiyə qədər 1600-dən çox erməni hərbi qulluqçusunun qalıqlarını qarşı tərəfə təqdim etsə də, Ermənistan hələ də itkin düşən 3890 nəfərin taleyi və ya onların harada dəfn edilməsi haqqında məlumat təqdim etmir. Qeyd edilir ki, Kəlbəcər rayonu işğal edildikdən sonra Başlıbeldə qətlə yetirilmiş mülki şəxslərin aşkar edilmiş kütləvi məzarlığı Ermənistanın Birinci Qarabağ müharibəsi zamanı törətdiyi cinayətin miqyasını göstərir.

Baxış sayı : 183
Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Ağdamda beynəlxalq konfrans keçirilir 2021-09-18 10:00:06 Azərbaycanda Milli Musiqi Günüdür 2021-09-18 08:45:47 “BBC News”: Keçmişlə gələcəyin astanasında olan Azərbaycan mədəniyyəti ziyarətçilərə unudulmaz təəssürat bəxş edir 2021-09-17 11:10:36 Əhməd İsmayılov: Avrasiya Media Forumu onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platformasıdır 2021-09-17 10:15:50 Əcnəbi media Oxçuçayın çirkləndirilməsindən yazdı 2021-09-17 10:10:00 "Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcəyik" 2021-09-17 09:45:10 Fəlsəfə doktoru Zəkulla Bayramlının polis özbaşınalığı ilə bağlı müraciəti 2021-09-17 09:05:17 Əlaqələndirmə Qərargahının iclasında bir sıra vacib məsələlər müzakirə olunub 2021-09-16 19:05:36 XİN Fransa Milli Assambleyası üzvünün Xankəndiyə qanunsuz səfərinə münasibət bildirib 2021-09-16 12:30:22 Oxçuçay problemi BMT iclasında müzakirəyə çıxarılıb 2021-09-16 09:20:59 Məcburi köçkünlərin xatirələri barədə videoçarxlar hazırlanır 2021-09-16 08:55:38 Sabir Rüstəmxanlı: Bu gün Azərbaycanın yürütdüyü siyasət Azərbaycan və Türkiyə vətəndaşlarının birliyini əks etdirir 2021-09-16 09:25:30 XVII Avrasiya Media Forumu keçirilib 2021-09-16 07:55:59 Ərdoğan Bakının işğaldan azad olunmasının ildönümünü təbrik edib 2021-09-15 18:05:27 Koronavirusun yeni ştamları yaranmağa davam edəcək - Baş infeksionist 2021-09-15 14:35:30 Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşkili ilə bağlı işlər aparılır 2021-09-15 10:35:31 Qafqaz-İslam Ordusu və Azərbaycanın xilası 2021-09-15 09:30:27 Hulusi Kılıç: Azərbaycan xalqı Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyasını hər zaman qan yaddaşında yaşadıb 2021-09-15 09:05:57 15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının tarixi sübutudur 2021-09-15 08:05:40 Prezident İlham Əliyev Cəlilabad və Şəmkirin yeni icra başçılarını videoformatda qəbul edib 2021-09-14 19:40:10 Şamil Ayrım: Azərbaycanla Türkiyə bir-birindən ayrılmaz iki hissədən ibarət bir Vətəndir 2021-09-14 11:30:25 Azərbaycanda turizm sahəsində yeniliklər gözlənilir 2021-09-14 10:25:00