2021-08-14 10:35:20 | QHT VƏ MEDİA
Vaksinasiyanın effektivliyi əhalinin maksimum peyvənd olunması ilə mümkündür

Təəssüf ki, son bir ayda ölkəmizdə COVİD-19 infeksiyasına yeni yoluxma hallarının sayında yenidən artım müşahidə olunmaqdadır. Əlbəttə ki, bunun müxtəlif səbəbləri var v karantin rejimi qaydalarının yumşaldılması şəraitində əksər vətəndaşların yenidən pandemiyasız həyatda olduğu kimi davranmaları da bu səbəblərdən biridir.

Lakin dünyada gedən proseslər də göstərir ki, pandemiyanın sona çatmasından danışmaq hələ çox tezdir. Əksinə, mütəmadi olaraq bu və ya digər ölkədə virusun yeni, modifikasiya olunmuş ştamı meydana çıxır ki, bu da infeksiyanın daha sürətlə yayılmasına yol açır. Etiraf etmək lazımdır ki, bu günə COVİD-19 infeksiyası ilə mübarizənin ən effektiv üsulu vaksinasiyadır. Hazırda COVİD-19 peyvəndi insanın immun sistemini virusla qarşılaşdıqda daha güclü mübarizə aparmasını təmin edə biləcək yeganə vasitədir. Lakin bir məqamı da nəzərə almaq lazımdır ki, bu effektivliyi yalnız cəmiyyətin kifayət qədər böyük bir hissəsi peyvənd olunduqda əldə etmək olar. Yalnız bu halda xəstəliyin başqalarına keçməsi halları azalar və çox sayda həyat xilas ola bilər.

Bunu açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin üzvü Kamaləddin Qafarov deyib.

Millət vəkili COVİD-19 peyvəndinin bəzi hallarda təhlükəli ola biləcəyi barədə dolaşan şayiələrə münasibət bildirərək, bu fikirlərin tamamilə yanlış olduğunu xüsusi olaraq vurğulayıb: “Ümumiyyətlə, peyvəndlər son dərəcədə təhlükəsiz tərkibə malik olan maddələrdir. Əlbəttə ki, peyvənd olunan insanın orqanizminin konkret xüsusiyyətləri fonunda nadir hallarda peyvəndlərin əks təsirləri müşahidə oluna bilər. Lakin bu hal təkcə COVİD-19 peyvəndinə aid deyil. Bu gün apteklərdən minlərlə insanın gündəlik reseptsiz əldə etdiyi və hamı üçün tam təhlükəsiz hesab olunan bir çox ağrıkəsici, hərarətsalıcı və digər dərman preparatlarının da nadir hallarda konkret insanlarda kəskin reaksiyalar yaratma halları olur. Bu halların qarşısını almaq üçün hər kəs peyvənd olmadan öncə hamiləlik, immuniteti zəiflədən xəstəliklər, allergiya və allergik xəstəliklər haqqında mütləq məlumat verməlidir. Peyvənd vurulan hissədə qızartı və temperaturun qalxması kimi hallar isə peyvəndin əks təsirləridir və bu təsirlər sağlamlıq üçün təhlükəli deyil. Ümumilikdə isə məhz peyvəndlər sayəsində milyonlarla insanın ölümünün və əlilliyinin qarşısı alınır. Peyvəndlər xəstəliklərin qarşısını almağa və ya daha yüngül gedişatına şərait yaradır. Əgər biz bir tərəfdən peyvəndlərin verdiyi immunitetin faydalarını və digər tərəfdən də COVİD-19 infeksiyasının mövcud risklərini obyektiv qiymətləndirsək, bu zaman görərik ki, ən qısa müddətdə peyvənd olunmaq bu gün qəbul edə biləcəyimiz yeganə düzgün qərardır. Tibbi maska taxmaq, məsafə saxlamaq və gigiyenik təmizlik qaydalarına riayət etmək xəstəliyin yayılmasının qarşısını almaq üçün çox vacib profilaktik tədbirlərdir. Lakin bütün dünya təcrübəsi göstərir ki, bu tədbirlər xəstəliyin ağır gedişinin və ölüm hallarının cəmiyyətdə yayılmasının qarşısını almaq üçün kifayət deyil.

Kamaləddin Qafarov bu gün ölkəmizdə vaksin qıtlığının olmamasını, əksinə, əhalinin hətta 4 vaksindən birini seçmək imkanı olmasını dövlətimizin uğurlu siyasətinin daha bir nəticəsi olduğunu qeyd edərək deyib:

“Azərbaycan COVİD-19 pandemiyası ilə mübarizənin ilk günlərindən dünyada daha effektiv nəticələrlə diqqəti cəlb edən qabaqcıl ölkələr sırasında olub. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti pandemiyanın fəsadlarını minimuma endirmək üçün bütün zəruri qabaqlayıcı tədbirləri vaxtında və yüksək effektivliklə həyata keçirib. O cümlədən, möhtərəm dövlət başçımızın böyük uzaqgörənliklə ölkəmiz üçün vaxtında işlənib hazırlanmış vaksinasiya platforması bu gün öz bəhrəsini verir və hazırda dünyada peyvənd preparatlarının süni defisiti yaşandığı halda, ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var.

Onu da qeyd etmək istərdim ki, hazırda vətəndaşların ən çox üstünlük verdikləri Çinin “Sinovac” şirkəti tərəfindən istehsal edilən “Coronavac” peyvəndidir. “Coronavac” illərdir istifadə olunan ənənəvi bir yolla alınır. Əvvəlcə virus çoxaldılır. Sonra isə inaktiv vəziyyətə salınır. Sadə dillə desək, öldürülür. Bu yolla əldə olunan peyvəndləri ənənəvi və yaxud da ölü peyvəndlər adlandırırlar və onlar təxminən 4 həftə ara verməklə 2 dəfə vurulmalıdır. Vaksin olunan orqanizm ölü virus ilə qarşılaşan zaman onu həqiqi təhlükə olaraq qəbul edir və onu tanıyır. Beləliklə də orqanizmdə əks cisimlər yaranır və digər qoruma mexanizmləri aktivləşir. Bütün bunları deməkdə isə məqsədimiz odur ki, bəzi insanlar tamamilə yanlış olaraq peyvənd olunmaqdan deyil, COVİD-19 infeksiyasının növbəti, daha təhlükəli ola biləcək yayılma dalğasından ehtiyat etməlidirlər. Bu təhlükənin qarşısını ala biləcək yeganə vasitə isə məhz peyvənddir.”

Baxış sayı : 191
Strateji hədəflərə istiqamətlənmiş Füzuli Beynəlxalq Hava Limanı 2021-10-26 14:10:53 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-26 09:45:27 Bərdədə ermənilərin raket atəşi nəticəsində dağıdılmış 215 tikili təmir olunub 2021-10-26 09:30:09 Azərbaycanda səfərdə olan isveçli jurnalistlər azad edilmiş rayonlara gedəcəklər 2021-10-26 09:25:33 Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi 2021-10-26 08:15:27 44 günlük Vətən müharibəsinin xronikası: 26 oktyabr 2021-10-26 07:40:55 Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı ictimaiyyətinin nümayəndələrilə görüşüblər 2021-10-25 21:10:21 “3T Modeli ilə regionlarda Könüllü Turizm Pr-ı” layihəsi çərçivəsində görülmüş işlər 2021-10-25 16:50:51 Cahangir Zeynaloğlunun “Şirvanşahlar yurdu” kitabı Azərbaycan dilinə tərcümə edilib 2021-10-25 09:55:30 Quram Marxuliya: Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayıb 2021-10-25 09:35:22 Zəfər xronikası 25 oktyabr 2020-ci il: Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib 2021-10-25 08:50:16 İranla Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanaraq davam edəcək 2021-10-25 07:30:25 Azərbaycan hərbi dənizçiləri Türkiyədə təcrübə kursunu başa vurublar 2021-10-25 07:10:30 Professor Surxay Musayev: “II Qarabağ müharibəsi zamanı həkimlərimiz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirdi” 2021-10-24 21:00:18 Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı 2021-10-24 10:10:57 Zəfər xronikası 24 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəs 2021-10-24 09:55:17 Türk Şurası mediaforumunda "Birlikdən doğan Zəfər: Qarabağ" paneli keçirilib 2021-10-24 09:25:20 Azərbaycan səfirinin müsahibəsi Fransada nəşr olunan “Revue conflits" jurnalında dərc olunub 2021-10-23 11:35:14 Vətən müharibəsinin 27-ci günü: Xronika 2021-10-23 10:55:35 QHT Oğuzda günərzi mərkəzin fəaliyyətini təşkil edib 2021-10-23 09:35:16 “Azərbaycanın məqsədi qisas deyil, gələcək sülhə çağırışdır” 2021-10-23 08:30:19 İcitmai Nəzarət Mərkəzi 6 aylıq fəaliyyəti haqqında hesabat verdi 2021-10-22 21:10:26 Zakir Həsənov hərbi obyektlərin açılışında 2021-10-22 21:00:16 Klassik Azərbaycan şairinin əsəri Almaniyada nəşr olunub 2021-10-22 11:30:42