2021-08-12 07:40:01 | SİYASƏT
“The National Interest” jurnalı: Sərhəddə gərginlik Ermənistan üçün təhlükəli strategiyadır

.

ABŞ-ın “The National Interest” jurnalında Baltimor Universitetinin İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin icraçı direktoru İvan Saşa Şixanın Ermənistan rəhbərliyi və 2020-ci ilin payızında darmadağın olan erməni silahlı birləşmələri tərəfindən davam etdirilən təxribat xarakterli hərəkətlər barədə “Sərhəddə gərginlik Ermənistan üçün təhlükəli strategiyadır” sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə Ermənistanla Azərbaycan arasında 44 günlük müharibəyə son qoyan atəşkəs barədə Birgə Bəyanatın imzalanmasından cəmi 8 ay sonra iki qonşu dövlətlər arasında münasibətlərdə gərginliyin yenidən artdığı bildirilib. Qeyd olunub ki, dövlət sərhədində atəş səsləri davam edir.

Müəllif qeyd edir ki, ötən ilin iyulunda Ermənistanın təxribatçı əməlləri dövlət sərhədində silahlı toqquşmalara gətirib çıxardı. Nəticədə qısa müddət sonra genişmiqyaslı müharibə başladı. Məhz buna görə mövcud gərginliyi azaltmaq üçün yalnız sülhə mənasız çağırışlar etmək kifayət deyil, bu, dünya liderləri tərəfindən təcili diqqət tələb edir.

Ekspert yazır ki, regional gərginliyin azaldılmasının yeganə yolu Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsidir. Ermənistanla Azərbaycan arasında artan qarşıdurma demarkasiyanın Qafqaz bölgəsi üçün niyə bu qədər mühüm olduğunu göstərir.

Müəllif vurğulayır ki, Ermənistan 30 il ərzində işğal altında saxladığı Qarabağın azad edilməsi ilə barışmalı olacaq. Bu, baş nazir Nikol Paşinyanın hərəkətlərindən asılıdır. Paşinyan sələflərindən daha az millətçi olsa da, liberal deyil. Paşinyan müharibənin yenidən başlanmasının Ermənistan üçün dağıdıcı olacağının fərqindədir. Çünki Azərbaycan ötənilki müharibədə öz hərbi gücünü qətiyyətlə nümayiş etdirdi.

Beynəlxalq səviyyədə tanınmış sərhəd boyunca davam edən təxribatların böyük gərginliyə səbəb olduğunu bildirən müəllif diqqətə çatdırır ki, bu, Paşinyana Qarabağ məsələsini gündəmdə saxlamağa, erməni xalqını öz ətrafında toplayaraq ölkə ictimaiyyətinin diqqətini daxili problemlərdən yayındırmağa kömək edir. Paşinyan bilir ki, qış yaxınlaşdıqca Ermənistanda COVID-19-un yayılmasının və münaqişənin səbəb olduğu iqtisadi problemlər daha çox nəzərə çarpacaq. Buna görə də N.Paşinyan diqqəti yayındırmağa çalışır.

Müəllif hesab edir ki, indi fürsətdən istifadə edərək Azərbaycanla sülhü bərqərar etmək vaxtıdır. Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq və sərhədlərin demarkasiyası siyasətini yürütsə, bu, onun üçün faydalı olacaq.

Baxış sayı : 193
Strateji hədəflərə istiqamətlənmiş Füzuli Beynəlxalq Hava Limanı 2021-10-26 14:10:53 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-26 09:45:27 Bərdədə ermənilərin raket atəşi nəticəsində dağıdılmış 215 tikili təmir olunub 2021-10-26 09:30:09 Azərbaycanda səfərdə olan isveçli jurnalistlər azad edilmiş rayonlara gedəcəklər 2021-10-26 09:25:33 Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi 2021-10-26 08:15:27 44 günlük Vətən müharibəsinin xronikası: 26 oktyabr 2021-10-26 07:40:55 Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı ictimaiyyətinin nümayəndələrilə görüşüblər 2021-10-25 21:10:21 “3T Modeli ilə regionlarda Könüllü Turizm Pr-ı” layihəsi çərçivəsində görülmüş işlər 2021-10-25 16:50:51 Cahangir Zeynaloğlunun “Şirvanşahlar yurdu” kitabı Azərbaycan dilinə tərcümə edilib 2021-10-25 09:55:30 Quram Marxuliya: Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayıb 2021-10-25 09:35:22 Zəfər xronikası 25 oktyabr 2020-ci il: Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib 2021-10-25 08:50:16 İranla Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanaraq davam edəcək 2021-10-25 07:30:25 Azərbaycan hərbi dənizçiləri Türkiyədə təcrübə kursunu başa vurublar 2021-10-25 07:10:30 Professor Surxay Musayev: “II Qarabağ müharibəsi zamanı həkimlərimiz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirdi” 2021-10-24 21:00:18 Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı 2021-10-24 10:10:57 Zəfər xronikası 24 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəs 2021-10-24 09:55:17 Türk Şurası mediaforumunda "Birlikdən doğan Zəfər: Qarabağ" paneli keçirilib 2021-10-24 09:25:20 Azərbaycan səfirinin müsahibəsi Fransada nəşr olunan “Revue conflits" jurnalında dərc olunub 2021-10-23 11:35:14 Vətən müharibəsinin 27-ci günü: Xronika 2021-10-23 10:55:35 QHT Oğuzda günərzi mərkəzin fəaliyyətini təşkil edib 2021-10-23 09:35:16 “Azərbaycanın məqsədi qisas deyil, gələcək sülhə çağırışdır” 2021-10-23 08:30:19 İcitmai Nəzarət Mərkəzi 6 aylıq fəaliyyəti haqqında hesabat verdi 2021-10-22 21:10:26 Zakir Həsənov hərbi obyektlərin açılışında 2021-10-22 21:00:16 Klassik Azərbaycan şairinin əsəri Almaniyada nəşr olunub 2021-10-22 11:30:42