2021-08-10 09:30:45 | SİYASƏT
Politoloq: Ermənistanda ifadə azadlığı, sərbəst toplaşmaq, zorakılıq məsələləri hələ də ciddi problem olaraq qalır

Biz Ermənistanda insan haqları, söz azadlığı, sərbəst toplaşmaq və demokratiyanın müəyyən kateqoriyaları ilə bağlı danışarkən bəzi dairələr bunu doğru qəbul etmir. Məsələ burasındadır ki, bu gün Nikol Paşinyan dünya arenasında və Qərbə nisbətdə elə bir fikir formalaşdırmaq istəyir ki, guya Ermənistan onun hakimiyyətə gəlməsindən sonra sırf demokratikləşmə yolunu seçib. Lakin deyilənlər heç də həqiqətə uyğun deyil.

Dünyanın ayrı-ayrı aparıcı təşkilatlarının son hesabatlarına nəzər salsaq, bu istiqamətlərdə hadisələrin elə də ürəkaçan olmadığını görərik. Məsələn, 2019-2021-ci illər ərzində insan hüquqları və azadlıqlarını əks etdirən “Human Rights Watch”, “Amnesty İnternational”, “Freedom House”, “International Federation for Human Rights” və “Transparency International” kimi beynəlxalq qeyri-hökumət təşkilatlarının hazırladıqları hesabatlar əsasında demək olar ki, Ermənistanda ifadə azadlığı, sərbəst toplaşmaq, zorakılıq məsələləri hələ də ciddi problem kimi qalmaqdadır. Eyni zamanda, Amerika Dövlət Departamentinin 2020-ci il üzrə insan hüquqları hesabatı, Avropa İttifaqının 2020-ci il üzrə İnsan Hüquqları və Demokratiya hesabatı, Dünya İqtisadi Forumu və BMT-nin Roma qadın hüquqları ilə bağlı hesabatlarına nəzər salsaq görərik ki, Ermənistanda bu istiqamətlərdə ciddi şəkildə problemlər mövcuddur. Həmin problemlər xüsusilə 2020-ci ildə pandemiyanın dünyada tüğyan etdiyi zaman daha da genişlənib. Belə ki, həmin dövr ərzində pandemiya ilə mübarizəni əllərində bayraq tutan Ermənistan dövləti insanların hüquqlarını ciddi şəkildə daraldıb. Burada əsas söhbət insan hüquqlarının daralması, aktivistlərə qarşı zorakılığın artması, eyni zamanda, məhkəmə hüququ sisteminin onlara qarşı olmayan hər hansı bir cinayət və administrativ işlərinin qaldırılmasından gedir. Belə ki, 2020-ci ilin ikinci yarısında yerli qeyri-hökumət təşkilatı olan İfadə Azadlığının Müdafiəsi Komitəsi (CPFE) jurnalistlərə qarşı zorakılıq nəticəsində 6 xəsarət faktı qeydə alıb. Eyni zamanda, CPFE-nin məlumatlarına əsasən, təkcə bu ilin birinci yarısında jurnalistlərə qarşı zorakılıq halları artaraq 7 hadisə və 8 xəsarətlə nəticələnib. Eyni zamanda, ötən ilin oktyabrından başlayaraq həm də müharibə ilə əlaqədar olaraq bir çox insan haqlarının və hüquqlarının tapdalanması hallarının da şahidi olduq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri politoloq Zaur Məmmədov söyləyib.

Zaur Məmmədov deyib: “Bundan başqa, Ermənistandakı cəzaçəkmə və islah müəssisələrindəki vəziyyət haqqında danışarkən qeyd etmək istərdim ki, yerli qeyri-hökumət təşkilatları keçirdikləri monitorinqin nəticələrinə görə insan həyatına təhlükə yaradan vəziyyətlərlə bağlı öz narahatlıqlarını bildiriblər. Buna misal olaraq, həm ərzaq təminatı, həm də orada olan məişət şəraitini vurğulamaq lazımdır. Baxmayaraq ki, N.Paşinyan Qərbə özünü tamamilə başqa formada təqdim edib, Ermənistanda çirkli pulların yuyulması, rüşvətxorluq hələ də ən geniş yayılmış istiqamətlərdəndir. N.Paşinyanın rüşvətxorluq əleyhinə mübarizə adı altında siyasi rəqiblərinə qarşı mübarizə apardığı aydın görünür. Çünki onun yanında olan və onu dəstəkləyən nüfuzlu iş adamları, həmçinin digər dövlət məmurlarının adları Ermənistanda rüşvətxorluqla bərabər hallanır. Həmin şəxslərə qarşı çirkli pulların yuyulması və gəlir şəffaflığı istiqamətlərində heç bir tədbir görülməyib. Bu addım da öz növbəsində N.Paşinyanın rüşvətxorluğa qarşı nə qədər qeyri-şəffaf mübarizə apardığının göstəricisidir. Eyni zamanda, biz əgər 2020-ci ildə hökumət və polisin mediaya müdaxiləsi haqqında danışsaq, bu istiqamətlərdə də jurnalistlərə qarşı ciddi təzyiqlərin olduğunu deyə bilərik”.

Politoloq diqqətə çatdırıb ki, Ermənistanda antisemitizm geniş şəkildə yayılıb. Buna nümunə olaraq, ötən ilin payızında 44 günlük müharibədə İsrailin ədalətin və beynəlxalq hüququn yanında olması səbəbindən Ermənistan hakimiyyəti və kütləvi informasiya vasitələrində yəhudilərə qarşı kifayət qədər ciddi şəkildə düşmənçilik addımlarının atılmasının da şahidi olduq. Nəticə etibarilə bu il ərzində iki dəfə İrəvandakı Holokost və Soyqırımı abidəsi ermənilər tərəfindən vandalizmə məruz qalıb.

Z.Məmmədov vurğulayıb: “Ümumilikdə, biz insan hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərən beynəlxalq təşkilatların hesabatlarını və rəylərini buraya əlavə etsək, aydın şəkildə görərik ki, sərbəst toplaşmaq, insan hüquqları və insan haqları, eyni zamanda, antisemitizm, irqçilik, həmçinin dözümsüzlük, rüşvətxorluq, çirkli pulların yuyulması kimi digər sahələrdə də Ermənistanda heç bir irəliləyiş olmayıb. 2018-ci ildə demokratik siyasətçi adı altında hakimiyyətə gələn N.Paşinyan bu illər ərzində sələflərindən heç nə ilə fərqlənmədiyini sübut etdi. Sadəcə olaraq, Qərbin Rusiya ilə geosiyasi mübarizəsi kontekstində təbii ki, N.Paşinyanın bir qədər fərqli mövqe nümayiş etdirdiyinin şahidiyik. Qərb Paşinyanın demokratik islahatlar adı altında apardığı siyasətə öz aləmində dəstəyini nümayiş etdirir. Əslində isə bu dəstək Ermənistanın Rusiyanın təzyiqi altından çıxmasına görə demokratiya pərdəsi altında yürüdülən bir siyasətdir. Təbii ki, bu gün Ermənistan əhalisi bütün müstəqillik illərində olduğu kimi, erməni siyasətinin işbazlarının alətinə çevrildiyini anlamağa başlayıb. Çünki bu illər ərzində onların iqtisadi, sosial vəziyyətində irəliləyiş olmayıb, əksinə olaraq Ermənistanda bütün sahələrdə ciddi böhranın şahidiyik”.

Baxış sayı : 196
Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19 Diplomatik korpus nümayəndələrinin Suqovuşana səfəri başlayıb 2021-10-16 09:20:02 ”Torpağı Vətənə çevirənlər”: AGF ilə Yeni Yazarlar və Sənətçilər İB-nin kreativ layihəsi 2021-10-15 18:40:30 “Azərbaycan iqtisadiyyatı müstəqillik illərində” mövzusunda respublika elmi konfransı keçirilib 2021-10-15 14:30:20 Prezident İlham Əliyev: "Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etmir" 2021-10-15 14:10:41 “Müstəqillik Günü haqqında” qanun layihəsi qəbul edildi 2021-10-15 11:05:49 QHT uşaqların sosial problemlərinin həllinə dəstək olur 2021-10-15 10:40:40 Misirli professor: Azərbaycan sübut etdi ki, qüdrətli Ordu ilə qəsbkarı cəzalandırıb, torpaqları azad etmək mümkündür 2021-10-15 09:30:56 "Törədilən bu təxribat bölgədəki vəziyyətin gərginləşdirilməsinə xidmət edir" 2021-10-15 08:45:21 44 günlük Vətən müharibəsinin xronikası: 15 oktyabr 2021-10-15 08:10:20 "Ermənistanın cinayət məsuliyyətinə cəlb olunmasını və təzminat ödəməsini istəyirik" 2021-10-14 18:45:24 Tehranın qorxulu yuxuları 2021-10-14 16:20:50 Dini liderlərdən birgə BƏYANAT 2021-10-14 09:55:28 Akkan Suver: Azərbaycan dövlətinin Qarabağda gördüyü işlər bu torpaqların əsl sahibinin kim olduğunu bir daha göstərdi 2021-10-14 09:35:05