2021-08-09 08:30:46 | QHT VƏ MEDİA
Rəşad Mahmudov: Azərbaycan–Türkiyə dostluğu zamanın sınağından hər zaman uğurla çıxıb

.

Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir”, türk xalqının böyük öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əlaqələri sarsılmaz qardaşlıq münasibətləridir. Bu iki dövlət arasında qarşılıqlı bağlar, sıx münasibətlər xalqlarımızı, ölkələrimizi hər zaman bir-birinə doğmalaşdırıb, mehribanlaşdırıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Rəşad Mahmudov deyib: “Müstəqilliyimizin ilk vaxtlarından başlayaraq, iki ölkə arasında tarixi doğmalığa köklənən əməkdaşlıq qısa müddətdə möhkəmlənib, ikitərəfli münasibətlər bütün istiqamətlər üzrə getdikcə genişlənib. Hər iki ölkə regionda və beynəlxalq aləmdə baş verən bütün hadisə və proseslərə münasibətdə eyni mövqedən çıxış edib. Qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayıb, bütün sahələrdə əlaqələr möhkəmlənib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və TAP kimi qlobal layihələr Azərbaycanın və Türkiyənin dünyada söz sahibi olmasına, nüfuz qazanmasına imkan yaradıb.

Türkiyə Azərbaycanın əzəli, əbədi ərazisi olan Qarabağın işğal altında olduğu 30 illik bir zaman ərzində də Azərbaycanın haqlı, ədalətli mövqeyini müdafiə edib. Türk xalqı Qarabağ dərdini öz dərdi bilib, bu problemin, münaqişənin aradan qaldırılması üçün bütün siyasi, mənəvi dəstəyini göstərib. Beynəlxalq kürsülərdən, platformalardan məsələyə qəti münasibətini ifadə edib, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmasını nüfuzlu qurumların diqqətinə çatdırıb, region dövlətlərini, bu regionla tarixi əlaqələri olan bütün qonşu ölkələri problemin həlli istiqamətində fəallığı artırmağa yönəldib”.

Deputat bildirib ki, Türkiyə 44 günlük Vətən müharibəsinin ilk günlərindən haqq işimizi müdafiə etdi, qəti mövqe sərgilədi, ədalət savaşımıza tərəddüdsüz siyasi-mənəvi dəstək göstərdi və bu, həmrəyliyimizin bariz nümunəsinə çevrildi.

Azərbaycanın işğalçı Ermənistan üzərində parlaq Qələbəsindən sonra da qardaş ölkə respublikamıza dəstəyini əsirgəmədi, bölgəmizin sabitliyini qorumaq üçün önəmli rol oynayan Rusiya-Türkiyə Monitorinq Mərkəzində səmərəli fəaliyyət göstərməyə başladı. Eyni zamanda, azad edilən ərazilərimizin bərpası və yenidən qurulması, həmin ərazilərdə iqtisadi inkişafın formalaşması ilə bağlı sistemli və kompleks tədbirlərə fəal şəkildə qoşuldu.

Yeri gəlmişkən, hazırda türk şirkətləri Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşasında, eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə magistralın çəkilişində səmərəli fəaliyyət göstərirlər. Onlar digər infrastruktur layihələrinin icrasında və tarixi abidələrimizin bərpasında da Azərbaycana qardaşlıq köməyini əsirgəmirlər.

Rəşad Mahmudov Azərbaycan-Türkiyə qardaşlığından danışarkən bir məqamı da xüsusi vurğulayıb. O deyib: “Bu il iyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qəsbkar tapdağından azad edilən Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisi Şuşa şəhərinə səfər etdi və bu səfər çərçivəsində iki dost, qardaş dövlət arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. İki dövlət arasında mühüm tarixi hadisəyə çevrilən bu Bəyannamədə siyasi, iqtisadi-ticarət, mədəniyyət və digər bütün sahələri əhatə edən birgə əməkdaşlıq məsələləri öz əksini tapdı. Sənəd tarixi, siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş birgə fəaliyyəti şərtləndirdi. Bu Bəyannamənin imzalanması beynəlxalq aləmdə xüsusi diqqət çəkdi. Xüsusilə, işğalçı Ermənistan rəhbərliyi bu sənədin imzalanmasından ciddi narahatlıq hissi keçirdi və bir daha anladı, dərk etdi ki, Azərbaycan haqlı, ədalətli mübarizəsində tək deyil, arxasında Türkiyə kimi beynəlxalq nüfuza sahib olan bir dövlət dayanıb”.

Deputat sonda diqqətə çatdırıb ki, tarixboyu Türkiyə ilə Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri hökm sürüb. Hər iki xalq istər xoş günlərdə, istərsə də çətin, ağır vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevinc-fərəhini, kədərini bölüşüb, bir-birinin bütün sahələr üzrə beynəlxalq aləmdə qazandığı uğurlarına sevinib, qürur hissi keçirib.

Türkiyədə meşə yanğınlarının söndürülməsində yanğınsöndürənlərimizin fədakarlıq nümayiş etdirmələri bu yaxınlığın, doğmalığın daha bir nümunəsi kimi heç vaxt unudulmayacaq. Bu, başqa cür ola da bilməz. Axı, qardaş çətin, ağır gündə qardaşın yanında olmalı, köməyinə gəlməli, dəstək göstərməlidir. Azərbaycanın qardaşının dar gündə yanında olması da bunun bariz ifadəsidir.

Baxış sayı : 183
Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-26 09:45:27 Bərdədə ermənilərin raket atəşi nəticəsində dağıdılmış 215 tikili təmir olunub 2021-10-26 09:30:09 Azərbaycanda səfərdə olan isveçli jurnalistlər azad edilmiş rayonlara gedəcəklər 2021-10-26 09:25:33 Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi 2021-10-26 08:15:27 44 günlük Vətən müharibəsinin xronikası: 26 oktyabr 2021-10-26 07:40:55 Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı ictimaiyyətinin nümayəndələrilə görüşüblər 2021-10-25 21:10:21 “3T Modeli ilə regionlarda Könüllü Turizm Pr-ı” layihəsi çərçivəsində görülmüş işlər 2021-10-25 16:50:51 Cahangir Zeynaloğlunun “Şirvanşahlar yurdu” kitabı Azərbaycan dilinə tərcümə edilib 2021-10-25 09:55:30 Quram Marxuliya: Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayıb 2021-10-25 09:35:22 Zəfər xronikası 25 oktyabr 2020-ci il: Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib 2021-10-25 08:50:16 İranla Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanaraq davam edəcək 2021-10-25 07:30:25 Azərbaycan hərbi dənizçiləri Türkiyədə təcrübə kursunu başa vurublar 2021-10-25 07:10:30 Professor Surxay Musayev: “II Qarabağ müharibəsi zamanı həkimlərimiz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirdi” 2021-10-24 21:00:18 Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı 2021-10-24 10:10:57 Zəfər xronikası 24 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəs 2021-10-24 09:55:17 Türk Şurası mediaforumunda "Birlikdən doğan Zəfər: Qarabağ" paneli keçirilib 2021-10-24 09:25:20 Azərbaycan səfirinin müsahibəsi Fransada nəşr olunan “Revue conflits" jurnalında dərc olunub 2021-10-23 11:35:14 Vətən müharibəsinin 27-ci günü: Xronika 2021-10-23 10:55:35 QHT Oğuzda günərzi mərkəzin fəaliyyətini təşkil edib 2021-10-23 09:35:16 “Azərbaycanın məqsədi qisas deyil, gələcək sülhə çağırışdır” 2021-10-23 08:30:19 İcitmai Nəzarət Mərkəzi 6 aylıq fəaliyyəti haqqında hesabat verdi 2021-10-22 21:10:26 Zakir Həsənov hərbi obyektlərin açılışında 2021-10-22 21:00:16 Klassik Azərbaycan şairinin əsəri Almaniyada nəşr olunub 2021-10-22 11:30:42 Xudayar Yusifzadənin şəhid olmasından bir il ötdü 2021-10-22 11:00:39