2021-08-07 09:10:53 | AKTUAL
Gədəbəy rayonunda Milli Qəhrəman Məzahir Rüstəmovun xatirəsi anılıb

29 il əvvəl, 1992-ci il avqustun 5-də təcavüzkar Ermənistanın silahlı qüvvələrinin hərbi birləşmələri minə yaxın canlı qüvvə, 4 tank, 14 zirehli maşın və hərbi texnika ilə Gədəbəy rayonunun Mutudərə kəndi istiqamətində hücuma keçirlər.

Xalqımızın igid oğlu baş leytenant Məzahir Rüstəmovun könüllülər dəstəsi düşmənin ilk zərbəsini öz üzərinə götürərək son nəfəsə, son gülləyədək vuruşur, düşmənin hücumunu ləngidərək Mutudərə əhalisinin kənddən sağ-salamat çıxmasına şərait yaradırlar. Bu döyüşdə düşmən mühasirəsində qalan Məzahir Rüstəmov erməni quldurlarını xeyli yaxınlığına buraxaraq qumbaranı sinəsinə sıxır, özü ilə bərabər xeyli düşməni də məhv edir.

Məzahirin ölümü döyüşçülərin qəzəb hissini daha da coşdurur, onlar and içərək polkovnik Cahangir Rüstəmovun başçılığı ilə hücuma keçərək avqustun 8-də Mutudərəni və Başkəndi işğalçılardan azad edirlər.

Həmin günlərdə indiki Bakı Dövlət Universitetinin yetirməsi olan Məzahir Rüstəmovun, professor İzzət Rüstəmovun şəhid oğlunun əfsanəvi qəhrəmanlıqları barədə xəbərlər bütün ölkəni dolaşır, ona Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilir.

Bir neçə il öncə Ermənistan-Azərbaycan dövlət sərhədinin Gədəbəy rayonu istiqamətində dislokasiya olunan hərbi hissənin döyüşçüləri polkovnik Abdulla Qurbaninin təşəbbüsü ilə şəhid baş leytenant M.Rüstəmovun qanı çilənmiş döyüş mövqeyində, Mutudərə yaxınlığındakı zirvədə qaya parçaları üzərinə onun portreti olan xatirə lövhəsi vururlar. Beləliklə, neçə illərdir ki, Məzahirin şəhid olduğu gün onun ailə üzvləri, hərbi hissənin və rayon ictimaiyyətinin nümayəndələri bu zirvəyə toplaşır və unudulmaz qəhrəmanımızın xatirəsinə həsr olunan tədbirlərlə onu və döyüşçü yoldaşlarını yad edirlər.

Xatirə lövhəsi qarşısına dağ çiçəklərindən hörülmüş çələng və qərənfillər düzüldükdən sonra şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. “Vətən, sənin şəhidlərin” elegiyası dağlarda əks-səda verib. M.Rüstəmovun 32 illik ömür və döyüş yoluna nəzər salınıb.

Bu il də Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani anım mərasimində çıxış edərək böyük fəxarət hissi ilə deyib: “Əgər əvvəlki illərdə şəhid qardaşımız Məzahir Rüstəmovun qanı çilənən bu zirvəyə gözükölgəli gəlirdiksə, bu gün qalib ölkənin qalib vətəndaşı, qalib ordunun qalib döyüşçüsü kimi Milli Qəhrəmanımızı yad etməyə gəlmişik. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin Hərbi Qənimətlər Parkında təltif olunan hərbi qulluqçularla görüşdə dediyi kimi, təsəllimiz odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı. Həm İkinci, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin qanını döyüş meydanında aldıq, o cümlədən günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını düşməndən döyüş meydanında aldıq. Biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik. Düşməni torpaqlarımızdan qovduq. Bu gün bütün şəhidlərimizin, eləcə də xalqımızın qəhrəman oğlu Məzahir Rüstəmovun ruhu şaddır”.

Anım tədbirində qeyd edilib ki, Məzahir Rüstəmov 1960-cı il martın 2-də Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Adı Böyük Vətən müharibəsi iştirakçısı, əfsanəvi təyyarəçi Məzahir Abasovun şərəfinə qoyulub. 1977-ci ildə Nizami rayonundakı 32 saylı orta məktəbi bitirib. 1978-ci ildə indiki Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub və 1983-cü ildə təhsilini fərqlənmə diplomu ilə başa vurub. Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri İnstitutunun Fəlsəfə kafedrasında əmək fəaliyyətinə başlayıb. 1990-cı ildə Dövlət Mətbuat Nazirliyində “Xarici ölkələrlə kitab əlaqəsi şöbəsi”nin müdiri vəzifəsində çalışıb. Azğınlaşmış erməni təcavüzkarlarının Azərbaycan torpaqlarını işğal etməsi, dinc sakinlərin min bir vəhşiliklərlə qətlə yetirilməsi, Xocalı faciəsi Məzahiri daha da hiddətləndirib. Daim Vətən, torpaq, qeyrət, namus hissləri ilə yaşayan Məzahir Rüstəmov 1992-ci il martın 23-də könüllü vəzifəsini tərk edərək Milli Orduya yazılıb və ata-baba yurdu olan Şınıx cəbhəsinə yollanaraq taqım komandiri kimi döyüşlərdə iştirak edib. Qısa müddət ərzində peşəkar kəşfiyyatçı, cəsur döyüşçü, igid komandir kimi fərqlənib. Ölümündən sonra haqqında kitablar yazılıb, filmlər çəkilib. Adı vaxtilə təhsil aldığı orta məktəbə, yaşadığı küçəyə verilib. Bakıda və Gədəbəy şəhərində tunc abidəsi ucaldılıb. Qızı Təhminə indi anadır. Murad və Məryəm adlı nəvələri babasının adına layiq tərbiyə edilir, boya-başa çatdırılır.

Şəhidin atası şəhid övladının da intiqamının alındığından böyük təsəlli tapdığını, Azərbaycan əsgərinin xalqımıza bəxş etdiyi qələbə sevincindən fərəhləndiyini qürur hissi ilə dilə gətirib. Ulu öndər Heydər Əliyevlə görüşlərini xatırlayıb. Ölkəmizdə şəhidlərə göstərilən böyük ehtiramdan, şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına diqqət və qayğıdan ağızdolusu danışıb. Dövlət sərhədində hər an ayıq-sayıq dayanan Vətən əsgərlərinə ata məsləhətini verib, onlara şərəfli xidmətlərində bundan sonra da uğurlar arzulayıb.

Şəhidin anası Rəfiqə xanım hər bir Vətən əsgərinin timsalında şəhid oğlunu gördüyünü və onların xidmətlərini başa vuraraq sağ-salamat ailələrinin yanına qayıdacaqlarına əminliyini bildirib.

Hərbi qulluqçular Rasim Manafov, İlqar Abdulxalıqov, Sərxan Bayramov çıxış edərək yeni yaranmaqda olan Azərbaycan Ordusuna Məzahir kimi igid zabit, Vətənimizə Məzahir kimi ləyaqətli, vətənpərvər oğul bəxş edən İzzət ataya, Rəfiqə anaya minnətdarlıq ediblər. Bu gün rəşadətli Azərbaycan Ordusunda Məzahir kimi yüzlərlə, minlərlə igid zabitlərin xidmət etdiyini və onların Müzəffər Ali Baş Komandanın əmrlərinə hər an hazır olduqlarını bildiriblər.

Şəhidin döyüşçü dostu İmran Rüstəmov Məzahirin yüksək mənəvi və iradi keyfiyyətlərindən, peşəkarlığından, Mutudərə uğrunda döyüşlərdə göstərdiyi fədakarlıqlardan danışaraq onunla bir səngərdə vuruşduqlarını iftixar hissi ilə yada salıb.

Respublikanın Əməkdar artisti, Akademik Opera və Balet Teatrının solisti, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin zabiti Cahangir Qurbanovun ifa etdiyi Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin sözlərinə yazdığı “Sənsiz” romansı tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Anım tədbirləri Gədəbəy şəhərində davam etdirilib. Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun şəhərin mərkəzində ucaldılan tunc abidəsinin önünə Müdafiə Nazirliyinin adından çələng qoyulub, qızılgüllər düzülüb. Abidə qarşısında keçirilən tədbirdə Müdafiə Nazirliyinin rəsmiləri, şəhidin ailə üzvləri, hərbi qulluqçularla yanaşı, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev və veteranlar iştirak ediblər. Burada Vətənə, Müzəffər Ali Baş Komandana və rəşadətli Azərbaycan Ordusuna həsr edilən Zəfər nəğmələri ifa olunub.

Baxış sayı : 193
Strateji hədəflərə istiqamətlənmiş Füzuli Beynəlxalq Hava Limanı 2021-10-26 14:10:53 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-26 09:45:27 Bərdədə ermənilərin raket atəşi nəticəsində dağıdılmış 215 tikili təmir olunub 2021-10-26 09:30:09 Azərbaycanda səfərdə olan isveçli jurnalistlər azad edilmiş rayonlara gedəcəklər 2021-10-26 09:25:33 Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi 2021-10-26 08:15:27 44 günlük Vətən müharibəsinin xronikası: 26 oktyabr 2021-10-26 07:40:55 Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı ictimaiyyətinin nümayəndələrilə görüşüblər 2021-10-25 21:10:21 “3T Modeli ilə regionlarda Könüllü Turizm Pr-ı” layihəsi çərçivəsində görülmüş işlər 2021-10-25 16:50:51 Cahangir Zeynaloğlunun “Şirvanşahlar yurdu” kitabı Azərbaycan dilinə tərcümə edilib 2021-10-25 09:55:30 Quram Marxuliya: Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayıb 2021-10-25 09:35:22 Zəfər xronikası 25 oktyabr 2020-ci il: Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib 2021-10-25 08:50:16 İranla Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanaraq davam edəcək 2021-10-25 07:30:25 Azərbaycan hərbi dənizçiləri Türkiyədə təcrübə kursunu başa vurublar 2021-10-25 07:10:30 Professor Surxay Musayev: “II Qarabağ müharibəsi zamanı həkimlərimiz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirdi” 2021-10-24 21:00:18 Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı 2021-10-24 10:10:57 Zəfər xronikası 24 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəs 2021-10-24 09:55:17 Türk Şurası mediaforumunda "Birlikdən doğan Zəfər: Qarabağ" paneli keçirilib 2021-10-24 09:25:20 Azərbaycan səfirinin müsahibəsi Fransada nəşr olunan “Revue conflits" jurnalında dərc olunub 2021-10-23 11:35:14 Vətən müharibəsinin 27-ci günü: Xronika 2021-10-23 10:55:35 QHT Oğuzda günərzi mərkəzin fəaliyyətini təşkil edib 2021-10-23 09:35:16 “Azərbaycanın məqsədi qisas deyil, gələcək sülhə çağırışdır” 2021-10-23 08:30:19 İcitmai Nəzarət Mərkəzi 6 aylıq fəaliyyəti haqqında hesabat verdi 2021-10-22 21:10:26 Zakir Həsənov hərbi obyektlərin açılışında 2021-10-22 21:00:16 Klassik Azərbaycan şairinin əsəri Almaniyada nəşr olunub 2021-10-22 11:30:42