2021-08-05 08:45:12 | QHT VƏ MEDİA
Ağdamda bütöv bir şəhərin xarabalığa çevrildiyini görmək çox təsirləndirici idi - Fransalı deputat

Ağdamda bütöv bir şəhərin, kəndlərin xarabalığa çevrildiyini görmək çox təsirləndirici idi.

Fact-info.az-ın məlumatına görə bunu Trend-ə eksklüziv müsahibəsində Fransa Milli Assambleyasının deputatı xanım Karol Büro-Bonnar deyib.

O bildirib ki, Azərbaycana sonuncu səfərinin əsas məqsədi işğaldan azad edilmiş əraziləri görmək idi: "Bu ilin mart ayında digər bir nümayəndə heyətinin tərkibində Azərbaycan və Fransa arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri cənab Soltan Məmmədovla, daha sonra Azərbaycan parlamentinin sədri ilə görüşə gəldiyim zaman qarlı hava olması səbəbindən ermənilər tərəfindən dağıdılmış bu ərazilərə səfər edə bilməmişdim. Həmçinin, bu səfərin digər məqsədi fransız və azərbaycanlı parlamentarilərin arzu etdikləri əlaqələri davam etdirməkdir.

Onu da qeyd edim ki, səfərimiz çərçivəsində, biz Ağdama, Füzuliyə yollanaraq, bu regionların icra başçıları ilə görüşlər keçirdik. Həqiqətən, dağıdılmış kəndləri, hətta bütöv bir şəhərin xarabalığa çevrildiyini görmək çox təsirləndirici idi. Bunları görəndə belə bir sual yaranırdı: Axı bütün bunların səbəbi nədir?! Evləri, məscidləri dağıtmaq, hətta mədəni irsi belə məhv etmək heç nə ilə əsaslandırıla bilməz. Sizin də bildiyiniz kimi, fransızlar da həmçinin öz mədəni irslərinə xüsusi diqqət yetirirlər. Böyük tarixi olan kilsələr bərpa olunur və hesab edirəm ki, bu məntiqəuyğun bir işdir. Bu, Azərbaycanda da belədir. Fransa və Azərbaycan arasında bu sahə üzrə əməkdaşlıq da mövcuddur. Bir sözlə, bütün bunların şahidi olmaq bizi çox təsirləndirdi".

Fransalı deputat qeyd edib ki, Ermənistan tərəfinin bütün minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməsini bir fərd olaraq dərk edə bilmir: "Şəxsən mən bunu başa düşmürəm. Çünki burada insan həyatından söhbət gedir. Bu günə qədər xeyli insan məhz doğulduğu bu torpaqlara baş çəkmək istədiyi üçün həyatını itirib. İnsanlar həyatlarını itirmədən bu ərazilərə qayıda bilməlidirlər. Bir sözlə, mən Ermənistanın bu hərəkətini anlamıram. Hesab edirəm ki, bu xəritələrin Azərbaycana təhvil verilməsi həqiqətən zəruridir.

Azərbaycanla Fransa əlaqələrindən də danışan Karol Büro-Bonnar bildirib ki, hazırda iki ölkə arasındakı əlaqələrdə bir az gərginlik müşahidə olunur: "Düşünürəm ki, hər iki tərəf paralel işləməyə, birlikdə çalışmağa və bir-biri ilə danışıqlar aparmağa çalışır. Hamımızın bildiyi kimi, diplomatik və hökumətlərarası münasibətlərdə bir az gərginlik yaşanır. Fransa hökuməti bu münasibətlərin qaydaya salınması istiqamətində çalışır. Sizin də bildiyiniz kimi, Fransanın Avropa və Xarici İşlər nazirliyi yanında Dövlət katibi Jan Batist Lömuən bu ilin yanvar ayında Azərbaycana səfər edib. Bütün bunlar münasibətlərin bütövlükdə mümkün qədər yaxşı olmasını təmin etmək üçün hələ də kifayət deyil.

Deputat əlavə edib ki, ümumilikdə, fransızlar Avropanın ətrafında yerləşən ölkələr haqda çox da məlumatlı deyillər: "Buna görə də biz Azərbaycandan səfərdən qayıdan kimi ətrafımızdakılara bu ölkə haqqında danışırıq, siyasi dairəmizdə Azərbaycan haqqında bəhs edirik, deputatlar arasında bu ölkə haqqında müzakirə edirik. Budəfəki səfərimizdən sonra isə Milli Assambleyanın rəhbərinə bir məktub ünvanlayaraq mövcud olan ümumi Azərbaycan-Fransa əlaqələrindən bəhs edəcəyik. Eyni zamanda, bizim sizinlə olan bugünkü müsahibəmiz də müəyən mesajlar ötürmək üçün hesab edirəm ki, daha böyük əhəmiyyət kəsb edir. Mən özüm Milli Assambleyada iki il yarım beynəlxalq münasibətlər üzrə təmsil olunduqdan sonra, yəni 2017-ci ildən Azərbaycan haqqında məlumatlanmışam, bu ölkəni, onun tarixini tanımışam. Bu o demək deyil ki, mən Ermənistanın tarixini bilirdim, xeyr. Ancaq Ermənistan haqqında Fransada daha çox bəhs olunur, çünki Fransada onların sayı çoxdur. Bu gün isə Fransada münaqişə kontekstində hər iki ölkə haqqında danışılır. Burada əsas məqam Azərbaycanın necə bir ölkə olduğunu, necə fəaliyyət göstərdiyini nümayiş etdirmək, eləcə də heç bir ölkəyə tərəfkeşlik etməməkdir. Beləliklə, ölkəni kəşf etmək və tanımaq lazımdır".

Baxış sayı : 183
Strateji hədəflərə istiqamətlənmiş Füzuli Beynəlxalq Hava Limanı 2021-10-26 14:10:53 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-26 09:45:27 Bərdədə ermənilərin raket atəşi nəticəsində dağıdılmış 215 tikili təmir olunub 2021-10-26 09:30:09 Azərbaycanda səfərdə olan isveçli jurnalistlər azad edilmiş rayonlara gedəcəklər 2021-10-26 09:25:33 Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi 2021-10-26 08:15:27 44 günlük Vətən müharibəsinin xronikası: 26 oktyabr 2021-10-26 07:40:55 Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı ictimaiyyətinin nümayəndələrilə görüşüblər 2021-10-25 21:10:21 “3T Modeli ilə regionlarda Könüllü Turizm Pr-ı” layihəsi çərçivəsində görülmüş işlər 2021-10-25 16:50:51 Cahangir Zeynaloğlunun “Şirvanşahlar yurdu” kitabı Azərbaycan dilinə tərcümə edilib 2021-10-25 09:55:30 Quram Marxuliya: Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayıb 2021-10-25 09:35:22 Zəfər xronikası 25 oktyabr 2020-ci il: Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib 2021-10-25 08:50:16 İranla Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanaraq davam edəcək 2021-10-25 07:30:25 Azərbaycan hərbi dənizçiləri Türkiyədə təcrübə kursunu başa vurublar 2021-10-25 07:10:30 Professor Surxay Musayev: “II Qarabağ müharibəsi zamanı həkimlərimiz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirdi” 2021-10-24 21:00:18 Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı 2021-10-24 10:10:57 Zəfər xronikası 24 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəs 2021-10-24 09:55:17 Türk Şurası mediaforumunda "Birlikdən doğan Zəfər: Qarabağ" paneli keçirilib 2021-10-24 09:25:20 Azərbaycan səfirinin müsahibəsi Fransada nəşr olunan “Revue conflits" jurnalında dərc olunub 2021-10-23 11:35:14 Vətən müharibəsinin 27-ci günü: Xronika 2021-10-23 10:55:35 QHT Oğuzda günərzi mərkəzin fəaliyyətini təşkil edib 2021-10-23 09:35:16 “Azərbaycanın məqsədi qisas deyil, gələcək sülhə çağırışdır” 2021-10-23 08:30:19 İcitmai Nəzarət Mərkəzi 6 aylıq fəaliyyəti haqqında hesabat verdi 2021-10-22 21:10:26 Zakir Həsənov hərbi obyektlərin açılışında 2021-10-22 21:00:16 Klassik Azərbaycan şairinin əsəri Almaniyada nəşr olunub 2021-10-22 11:30:42