2021-08-04 13:40:22 | SİYASƏT
Deputatın cəzalandırılması kimliyindən asılı olmayaraq, hamının qanun qarşısında bərabər olmasının göstəricisidir

Ölkəmizdə növbəti dəfə yüksək vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilərək həbs olunub. Həbs edilən şəxs ölkənin üç hakimiyyət qolundan biri olan Milli Məclisin deputatı, həm də Yeni Azərbaycan Partiyasının üzvü Eldəniz Səlimovdur.

Deputat vəzifə səlahiyyətlərini aşaraq sıravi polis əməkdaşını döydüyü üçün cəzalandırılıb. Bu əməl qanunda sadə vətəndaş tərəfindən törədildiyi halda iki aya qədər inzibati həbslə nəticələnirsə, vəzifəli şəxs üçün üç ildən səkkiz ilə qədər azadlıqdan məhrumetmə ilə qurtara bilər.

Bu fikirlər Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirovun “Biz hüquqi dövlət quruculuğunun yeni inkişaf mərhələsinə qədəm qoymaqdayıq” sərlöhvəli məqaləsində yer alıb.

Məqalədə deyilir: “Görünən odur ki, qanunla deputatın toxunulmazlıq hüququ olsa da, qanun hamı üçün birdir. Çünki, Azərbaycan hüquqi dövlətdir və qanun hamıdan yüksəkdə dayanır. Bəzən hüquqi dövlətdə elə olur ki, sadə vətəndaşın cinayət hesab olunmayan əməli, vəzifəli və hətta daha yüksək vəzifəli şəxs tərəfindən törədildiyi təqdirdə, ağır cinayət sayılır. Bu fakt Azərbaycanda vəzifəsindən, statusundan və mövqeyindən asılı olmayaraq, hamının qanun qarşısında bərabərliyinin göstəricisidir. Qanunların qəbulunda birbaşa iştirak edən və ona səs verən deputat günlərin birində onu pozmağa çalışırsa, təbii ki, məsuliyyətə cəlb olunmalıdır.

Ölkəmizdə vəzifəli şəxslərin törətdikləri qanun pozuntularına görə məsuliyyətə cəlb olunmaları ilk hal deyil. Xüsusilə də, son dövrlər cəmiyyət olaraq həm hüquqi, həm də siyasi tərəfləri olan bu kimi hadisələrin intensiv müşahidəçisinə çevrilməkdəyik. Sadəcə, digər vəzifəli şəxslərin həbs olunmasından fərqli cəhəti bu oldu ki, indiki halda cinayət edən bir deputat idi və onun toxunulmazlıq hüququ var idi. Bu toxunulmazlıq hüququ, bəzi vəzifəli şəxslərin yanlış anladığı kimi ona istədiyi qanun pozuntusunu və ya cinayət etmək imkanını vermir, sadəcə, onun məsuliyyətə cəlb edilməsinin fərqli prosedurunu diktə edir ki, demək olar bütün müasir dövlətlərdə oxşar qaydalar mövcuddur. Buna görə də, konstitusiyamızda nəzərdə tutulmuş qaydada məlum deputatın cinayət məsuliyyətinə cəlb edilməsi üçün əvvəlcə onun toxunulmazlıq hüququndan məhrum edilməsi prosedurlarına əməl etmək lazım idi. Bu məqsədlə Baş prokuror tərəfindən Milli Məclisə müraciət edildi. Parlamentin İntizam komissiyasında deputatın əməli ilə bağlı rəy müzakirə üçün Milli Məclisin plenar iclasına tövsiyə olundu. Milli Məclis Eldəniz Səlimovun deputat toxunulmazlığının ləğv edilməsi barədə qərar verdikdən sonra o, təqsirləndirilən şəxs qismində cəlb edilərək ibtidai istintaq müddətində barəsində məhkəmə qərarı ilə üç aylıq həbs müəyyən edildi. Təbii ki, hələ ibtidai araşdırma gedir və müvafiq obyektiv araşdırmadan sonra son sözü ədalət mühakiməsi deyəcək. Prosesin belə dəqiq incəliklə və mərhələli şəkildə davam etməsi də onu göstərir ki, cinayət törətməkdə təqsirli bilinsə belə, həmin şəxsin də hüquqları var və hüquqi dövlətdə istənilən şəxsin, hətta ən ağır cinayəti törətməkdə təqsirli bilinən insanın belə qanuni hüquqları qorunmalıdır”.

Ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində atılan bu cür addımların konstitusion əsaslar və qanunvericiliyin tələbləri baxımından ciddi təməl prinsipləri olduğunu bildirən politoloq yazıb: “Sadəcə, hər növ qanunsuzluqları konstitusiyamızın və mövcud qanunvericilik bazamızın qadağan etməsinə baxmayaraq, uzun illər ərzində bunu ciddiyə almayanlar olub. Hətta son illər, xüsusilə də son prezident seçkilərindən sonra dövlətimizin başçısı tərəfindən ciddi şəkildə xəbərdar edilmələrinə rəğmən bu kimi xoşagəlməz fəaliyyətlərini davam etdirənlər var. Ötən ilin əvvəlində, Altıncı çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı ölkəmizdə yeni siyasi konfiqurasiyaya keçidlə bağlı əhəmiyyətli məqamlara toxunan və bu prosesdə hər bir şəxsin, o cümlədən də vəzifəli şəxslərin yüksək məsuliyyət nümayiş etdirmələrinin vacibliyini qeyd edən Prezident İlham Əliyev kifayət qədər ciddi mesajlar verdi. Ancaq yenə də qanunsuz fəaliyyətlərini davam etdirən şəxslərin heç birinə fərq qoyulmadan törətdikləri qanunsuzluqlara görə adekvat şəkildə məsuliyyətə cəlb edilmələri bir daha təsdiq etdi ki, vəziyyət çox ciddidir. Nəzərə alsaq ki, verilən mesajlardan sonra Azərbaycan müqəddəs azadlıq müharibəsini apardı və uzun illərin işğalına son qoyaraq ərazi bütövlüyünü təmin etdi. İndiki bütöv və qalib Azərbaycanda dövlət və dövlətçilik əleyhinə olan qanunsuz hərəkətlərə, ümumiyyətlə, yer yoxdur və bu cür hallarla hazırkı kimi, ən ağır şəkildə mübarizə metodları tətbiq olunacaq”.

“Təəssüflər olsun ki, insan hüquq və azadlıqları uğrunda mübarizə apardıqları və cəmiyyətdə baş verən proseslərə obyektiv yanaşma tərzi ortaya qoyduqları iddiasında olan bəzi siyasi qüvvələr baş verən bu kimi proseslərə heç də ədalətli münasibət sərgiləmirlər. Bəzən özünü müxalif hesab edən şəxslərdən ən sıravisinin belə törətdiyi pozuntuya görə qanuni məsuliyyətə cəlb edilməsini tam fərqli şəkildə bütün dünyaya car çəkməyə çalışanlar indiki halda müəmmalı susqunluq nümayiş etdirir. Bu kimi qeyri-obyektiv mövqe sərgiləyən qüvvələrin çox rahat şəkildə gizlədə biləcəyi hadisəni, dövlətimiz və hüquq mühafizə orqanlarımız tam obyektiv olaraq ictimailəşdirib qanuni addımlar atdılar. Xüsusilə də, hakim partiyaya mənsub olan və yeni seçilmiş Milli Məclisdə təmsil olunan bir şəxsə münasibətdə bu cür qanuni addımların atılması siyasi baxışlarından və mövqeyindən asılı olmayaraq, hər bir əsl azərbaycanlı tərəfindən yalnız təqdir olunmalıdır. Bu, bir daha göstərir ki, biz Vətən müharibəsindən sonra təkcə regionda yeni reallığı müəyyən etməmişik, həm də ölkəmizin daxilində siyasi konfiqurasiyanın və hüquqi dövlət quruculuğunun yeni inkişaf mərhələsinə qədəm qoymaqdayıq”, - deyə məqalədə qeyd olunub.

Baxış sayı : 170
Strateji hədəflərə istiqamətlənmiş Füzuli Beynəlxalq Hava Limanı 2021-10-26 14:10:53 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-26 09:45:27 Bərdədə ermənilərin raket atəşi nəticəsində dağıdılmış 215 tikili təmir olunub 2021-10-26 09:30:09 Azərbaycanda səfərdə olan isveçli jurnalistlər azad edilmiş rayonlara gedəcəklər 2021-10-26 09:25:33 Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi 2021-10-26 08:15:27 44 günlük Vətən müharibəsinin xronikası: 26 oktyabr 2021-10-26 07:40:55 Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı ictimaiyyətinin nümayəndələrilə görüşüblər 2021-10-25 21:10:21 “3T Modeli ilə regionlarda Könüllü Turizm Pr-ı” layihəsi çərçivəsində görülmüş işlər 2021-10-25 16:50:51 Cahangir Zeynaloğlunun “Şirvanşahlar yurdu” kitabı Azərbaycan dilinə tərcümə edilib 2021-10-25 09:55:30 Quram Marxuliya: Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayıb 2021-10-25 09:35:22 Zəfər xronikası 25 oktyabr 2020-ci il: Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib 2021-10-25 08:50:16 İranla Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanaraq davam edəcək 2021-10-25 07:30:25 Azərbaycan hərbi dənizçiləri Türkiyədə təcrübə kursunu başa vurublar 2021-10-25 07:10:30 Professor Surxay Musayev: “II Qarabağ müharibəsi zamanı həkimlərimiz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirdi” 2021-10-24 21:00:18 Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı 2021-10-24 10:10:57 Zəfər xronikası 24 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəs 2021-10-24 09:55:17 Türk Şurası mediaforumunda "Birlikdən doğan Zəfər: Qarabağ" paneli keçirilib 2021-10-24 09:25:20 Azərbaycan səfirinin müsahibəsi Fransada nəşr olunan “Revue conflits" jurnalında dərc olunub 2021-10-23 11:35:14 Vətən müharibəsinin 27-ci günü: Xronika 2021-10-23 10:55:35 QHT Oğuzda günərzi mərkəzin fəaliyyətini təşkil edib 2021-10-23 09:35:16 “Azərbaycanın məqsədi qisas deyil, gələcək sülhə çağırışdır” 2021-10-23 08:30:19 İcitmai Nəzarət Mərkəzi 6 aylıq fəaliyyəti haqqında hesabat verdi 2021-10-22 21:10:26 Zakir Həsənov hərbi obyektlərin açılışında 2021-10-22 21:00:16 Klassik Azərbaycan şairinin əsəri Almaniyada nəşr olunub 2021-10-22 11:30:42