2021-07-31 09:25:50 | QHT VƏ MEDİA
Aşıq Ələsgər yaradıcılığında mərdlik etik kateqoriyası

Ələsgərəm cəm eylərəm dəftəri,

Mərdlərin vəsfidir dilim əzbəri.

Məqalədə məqsəd “mərdlik” etik dəyərinin Aşıq Ələsgər dilində necə səslənməsini oxucularımıza ünvanlamaqdır. Bu dəyər barəsində Peyğəmbərimiz və övliyalarımızın, eləcə də dahi şəxsiyyətlərin fikirlərini yada salmaq pis olmazdı.

Həzrəti Məhəmməd Peyğəmbər Ərəbistanda Səqif qəbiləsindən olan bir kişiyə deyir: “Ey Səqifli kişi, sizlərdə mərdlik nə ilə ölçülür? Cavabında ərz etdi: Ey Allahın Peyğəmbəri: İnsaflı olmaqla və islah etməklə. Həzrət buyurdu: Bizdə də belədir”. İmam Əli mərdliklə bağlı suala belə cavab verirdi: “Aşkarda görməyə xəcalət çəkdiyin işi gizlində də görməyəsən”. Qədim yunan filosofu Demokrit mərdliyə belə tərif verirdi: “Mərdlik təkcə düşməni enmək yox, həm də öz ehtirasılarını cilovlamağı bacarmaqdır”.

Mərdlik! Bu etik dəyər Aşıq Ələsgər dilində sözü üzə şax demək, örtülü ibarələrlə danışmamaq deməkdir. Mərdlik! Bu etik dəyər Ustadın dilində sözünün üstündə möhkəm dayanmaqdır:

Arif olan gəlin sizə söyləyim,

Igid sözü mərd - mərdana yaxşıdı.

Kişi gərək dediyindən dönməsin,

Biilqardan bir zənana yaxşıdı.

İslam Ələsgər mərdliklə bağlı yazırdı: “Kişiləri tərif edərkən Aşıq Ələsgər onları “mərd” adı ilə dinləyicilərə təqdim edir. Bu söz çox geniş məzmuna malikdir. Burada qorxmazlıq, qeyrət, etibar, səxavət, ədalət, namus ən başlıcası isə Vətənin, xalqın mənafeyi naminə canından – qanından keçməyə hazır dayanmaq kimi bir çox keyfiyyətlər vardır. Aşığın:

Süzəni götürüb, minəndə ata,

Fələk əhsən deyir boya, büsata.

Misralarından çox aydın şəkildə başa düşülür ki, tüfəng də, at da yaraşıq üçün deyildir; bu poetik tablo düşmənə qarşı amansız olan bir igidin döyüşə yollandığını göz önündə canlandırır.

Aşıq Ələsgər dilində mərdlik dava meydanı açmaq, həmin mərdlərin şəninə dastan qoşmaqdır:

Ələsgər mərd gördü, bir dastan aşdı,

Tərlan qaynaqlıdı, aslan savaşdı.

Igidlərdə Nəbi hamıdan başdı,

Gözəllərdə Nənəpəri yaxşıdı.

Aşıq Ələsgər dilində mərdliyin çox tərifləri var. Onun bir tərifi də çörək verib ad almaqdır. Namərdlərə isə mərdin sinisini gözləmək qalır:

Dost bağında bülbül qonmuş a dala,

Nazlı dilbər zülfün töküb a dala,

Mərd istər ki, çörək verib ad ala,

Namərd gözlər mərd iyidin sinisin.

Mərdlik bir etik kateqoriya kimi aşıq yaradıcılığında xüsusi çəkiyə malikdir. Mərdlik kateqoriyası adı altında ləyaqət, cəsarət, səxavət, nəciblik kimi dəyərlərin birgəliyi başa düşülür. Aşıq Ələsgər poeziyasında mərdlik “dünya cifəsini” unudub dini dəyərlərə sadiq olmaqdır. “Kimi” rədifli müxəmməsdə kişilik mərdliyin sinoniminə çevrilir:

O kişilik, o səltənət,

Halal olsun İsgəndərə,

Unudub dünya cifəsin,

Tabe olub peyğəmbərə,

Ibadəti var məscidin, Qareyi-Quranı kimi.

“Mərdlik çörəyə gəc baxmamalıdır” müddəası “Həmayıl eylə” təcnisində özünə yer alır:

Ələsgər, dər bağdan yaxşıca nana,

Mərd iyid gəc baxmaz yaxşıca nana,

Yaxşı can yetişsə yaxşı canana,

Həmi gün xoş keçər, həm ay-il eylə (s.96)

Aparır rədifli müxəmməsdə o dövr Çar-üsuli idarəsinə qarşı çıxan, öz sözünü deyən, qeyrətli, milli təəssübkeş mərd iyidləri tərənnüm edir:

Sözümün bir parasın,

Saxlamışam xəlvətdədi.

Zamana müxənnət olub. Sur indi müxənnətdədi,

Bir az namus gözdəyənin, Axır boynu kəmənddədi.

Dünyada iyidəm deyən,

Ölüb ya qəzəmətdədi.

Bu dünyanın ləzzətini,

Bilin biqıryat aparır.

Mərdliyə xas olan dəyərləri yoxsulluq vaxtı qorumağın çətin olgduğunu müşayiət edən Dədə “Çəkməyə” rədifli qoşmada öz şəxsi münasibətini bildirir və bu yoxsulluqdan çıxmağın yeganə yolunu səbrdə, mərdlərin mövlasına Həzrəti Əliyə sığınmaqda görür:

Xəstə könül gəzir bu təmannəda,

Mərdlərin Mövlası sən yetiş dada.

Mərd iyidə ölüm haqdı dünyada,

Yoxsul olub ahu-zarı çəkməyə.

Bu gün biz Dədə Ələsgərin 200 illik yubileyini qeyd edirik. Elə Ələsgər şan-şöhrətinin də kökündə Şeyx Nizami demiş onun öz mərdliyi dayanır:

Heç kəs gizlənə bilməz bu göy qübbə altında,

Hər kəs öz mərliyiylə çatır şöhrətə, ada,

Nağdəli Zamanov

Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru, AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı, AJB-nın üzvü

Baxış sayı : 1373
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir - Video 2021-10-20 16:40:15 Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüşdən görüntülər paylaşıb 2021-10-20 10:30:58 Regional əməkdaşlıq formatının genişləndirilməsi zərurəti 2021-10-20 10:10:39 Zəngilanda radio və televiziya yayımı təmin olunub 2021-10-20 09:30:06 Zəngilanın işğaldan azad edilməsindən 1 il ötür 2021-10-20 09:05:53 Elxan Poluxovun Müstəqillik Günü ilə bağlı Braziliya mətbuatına müsahibə verib 2021-10-20 08:30:37 “Səhnədən səngərə: Qazilər” layihəsi 2021-10-19 19:05:54 Zəngəzur dəhlizi perspektivdə "Kəmər və Yol" layihəsinin strateji əhəmiyyətini artıracaq 2021-10-19 14:20:17 Ukraynalı deputatlar: Qarabağda gördüklərimizi unutmayacağıq 2021-10-19 09:35:41 Ermənistanın çaylarımızı çirkləndirməsi məsələsini müxtəlif səviyyələrdə gündəmdə saxlayırıq 2021-10-19 09:30:42 Zəfər xronikası 19 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin TASS informasiya agentliyinə videomüsahibəsi 2021-10-19 08:45:49 Türkiyə XİN: "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!" 2021-10-19 07:30:39 Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb 2021-10-18 21:10:08 Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19