2021-07-22 16:00:47 | QHT VƏ MEDİA
Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu Milli Mətbuat günü münasibətilə təbrik edir

Zəngin tarixi ənənələrə malik Azərbaycan milli mətbuatı 146 il əvvəl əsası görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetindən başlayaraq bu günümüzə qədər böyük və şərəfli bir inkişaf yolu keçib.

Dəfələrlə təzyiqə, zorakılığa, məhrumiyyətlərə məruz qalan məbuat, tarixinin böyük kəsimini – əvvəlcə çar Rusiyası, daha sonra isə Sovetlər dönəmində – senzura altında yaşayıb. Qısa bir zaman, Azərbaycan Xalq Cümhuriyyəti dönəmi istisna olmaqla, 1875-ci ildən 1990-cı ilə qədər, az qala 115 illik dövr heç bir müstəqilliyi, azadlığı olmadan fəaliyyət göstərən Azərbaycan mətbuatı bütün ideoloji basqılara baxmayaraq həmişə sözünü deməyə çalışıb, mütərəqqi ideyaların və həqiqətin carçısı olub, sağlam, işıqlı fikirlərin təbliğində, milli-mədəni dəyərlərimizin qorunub saxlanılaraq nəsildən-nəslə ötürülməsində, xalqın maariflənməsində, düzgün, obyektiv informasiya ilə müntəzəm təmin edilməsində əvvəzsiz rol oynayıb.

Ümummilli lider Heydər Əliyev ölkəmizdə söz və mətbuat azadlığının təmin edilməsinə, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün zəruri şəraitin yaradılmasına daim xüsusi diqqət yetirib.

Ulu öndərin Azərbaycan mətbuatının inkişafına göstərdiyi böyük diqqət və qayğı bu gün ölkə prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılaraq uğurla davam etdirilir Müstəqil mətbuatımızın təşəkkül tapdığı bu 30 il ərzində mətbuat çox böyük nailiyyətlər qazandı. Milli azadliq hərəkatının, bütöv bir xalqın azadlıq ruhunun tribunasına çevrilən mətbuat Azərbaycan dövlətinin müstəqillik qazanmasında misilsiz xidmətlər göstərdi. Azərbaycanın mətbuat işçiləri, respublikamızda dövlət siyasətinin həyata keçirilməsində, gənclər arasında vətənpərvərlik ruhunun aşılanmasında, müstəqil ölkəmizin demokratikləşməsi, vətəndaş cəmiyyətinin qurulması prosesində və eləcdə Azərbaycan Silahlı Qüvələrini ilə Vətən Müharibəsində bilavastə yaxından iştirak edərək öz vəzifə borclarını vicdanla yerinə yetirirlər.

Əziz mətbuat işçiləri, dəyərli dostlar! Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun İdarə Heyətinin adından və şəxsən öz adımdan Sizləri 22 iyul – Milli mətbuatımızın yaranmasının 146-ci ildönümü, Milli Mətbuat və Jurnalistika günü münasibətilə kütləvi informasiya vasitələrinin bütün jurnalistlərini peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə yaradıcılığınzda abyektiv, ədalətli və vicdanla yazaraq yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

SƏRRAF ORUC,

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Prezidenti,

Azərbaycan Respublikasi Veteranlar Təşkilatın Rusiya Federasiyası üzrə təmsilçisi.

Moskva şəhəri 22 iyul 2021-ci il.

Baxış sayı : 584
Azərbaycan Milli QHT Forumu X Qurultayı ilə əlaqədar tədbirlər davam edir Ölkəmizin hava məkanı etibarlı müdafiə olunur - Video Azərbaycanda arxiv işi ilə bağlı vahid elektron məlumat sistemi yaradılacaq "Dastana dönən şəhid" filminin təqdimatı olub YUXARI GÖVHƏRAĞA MƏSCİDİ: “Bərpa” vandalizm aktı idi (ikinci yazı) Türkiyə ilə Ukrayna arasında mühüm saziş imzalandı “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb