2021-07-17 11:30:38 | AKTUAL
“Biz bir millət, 3 dövlətik” - Ersin Tatar

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti Şimali Kipr Türk Respublikasına səfər edib.

Fact-info.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Şimali Kiprin Prezidenti Ersin Tatar nümayəndə heyətini qəbul edib.

Ersin Tatar Türkiyənin Azərbaycanla yaxınlığından məmnunluq duyduğunu ifadə edib.

“Biz bir millət, 3 dövlətik”, - deyə o vurğulayıb.

Ersin Tatar Azərbaycandan ilk dəfə olaraq nümayəndə heyətinin ölkəsinə səfər etdiyinə diqqət çəkib və əlavə edib ki, azərbaycanlı deputatlar Şimali Kiprə gələrək tarix yazıblar.

Azərbaycandan Şimali Kiprə ilk dəfə bir siyasi heyətin gəldiyini vurğulaya Səməd Seyidov qeyd edib ki, bundan sonra səfərlər davamlı olacaq: “Biz Şimali Kiprin güclü olmasını istəyirik. Türk dünyası yüksələcək. Bunun üçün Türkiyə, Azərbaycan və Şimali Kipr birlikdə olmalıdır”.

Milli Məclisin nümayəndə heyəti Şimali Kipr Türk Respublikasının parlament sədri Öndər Sennaroğlu və Baş nazir Ersan Saner tərəfindən də qəbul edilib.

Qeyd edək ki, iyulun 13-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə deputatlar Asim Mollazadə, Nigar Arpadarai, Nəsib Məhəməliyev və Erkin Qədirli Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın dəvəti ilə Ankaraya səfər edib.

Baxış sayı : 165
AŞ PA-da İkinci Qarabağ Müharibəsinin ildönümündə onun fəsadları müzakirə olunacaq 2021-09-22 09:50:34 Dövlət Nəzarəti İnformasiya Sistemi fəaliyyətə başlayıb 2021-09-22 09:25:21 Cəmiyyəti narahat edən məsələlərlə bağlı ictimai dinləmələr keçiriləcək 2021-09-22 09:05:34 Fərid Şəfiyev: Azərbaycan Oxçuçayda ekoloji fəlakətə səbəb olan şirkəti beynəlxalq məhkəməyə verəcək 2021-09-22 08:10:54 Ərdoğan BMT-dəki çıxışında Azərbaycandan danışdı 2021-09-22 07:15:21 "İslam irsimizi tanıyaq” - Şamaxı Cümə məscidi (Video) 2021-09-21 19:35:10 Şəhid Rəşid Həmidovun anım mərasimi keçirilib 2021-09-21 10:40:39 Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib 2021-09-21 09:25:20 İƏT-in fəaliyyəti digər beynəlxalq təşkilatlar üçün nümunədir 2021-09-21 09:15:03 QHT Agentliyi kiçik qrant müsabiqəsinin mövzularının ictimai müzakirəsini keçirib 2021-09-21 07:55:26 Generallar Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimini izləyib 2021-09-21 07:20:24 20 Yanvar hadisələrinin mahiyyətinin təbliği: YYSİB-nin kreativ vətənpərvərlik layihəsi 2021-09-20 21:35:05 Arzularımın şəhəri Şuşa! 2021-09-20 10:50:06 Los Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunmuş qısa film hazırlanıb 2021-09-20 10:30:56 Rauf Zeyni: “Əsrin müqaviləsi” Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi oldu 2021-09-20 09:50:37 Zəngəzur koridorunun açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək - Ərdoğan 2021-09-20 09:20:39 Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar keçirəcək 2021-09-20 08:00:42 BMT-nin Baş katibi çağırış etdi 2021-09-20 07:40:35 Qarabağın florası yeni dərman vasitələrinin hazırlanması üçün əlverişlidir 2021-09-19 10:10:22 Rusiya MN-in yaydığı məlumat təəccüb və təəssüf doğurur - Anar Eyvazov 2021-09-19 09:05:53 Birinci vitse-prezident Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib 2021-09-19 08:25:45 “Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib 2021-09-18 19:30:13 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11