2021-07-16 09:35:14 | QHT VƏ MEDİA
"Dədə Ələsgər Ocağı" İctimai Birliyinin təqdimatı keçirilib

İyulun 15 də “Azərkitab” Kitab Təbliğatı Mərkəzində "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin təqdimatı keçirilib.

"Dədə Ələsgər Ocağı" İctimai Birliyinin sədri Xətai Ələsgərov qurumun fəaliyyətinin əsas məqsədlərindən danışdı. Bildirdi ki, Aşıq Ələsgər irsini və aşıq sənətinin təbliği, gənc nəslin milli ruhda tərbiyə olunması üçün milli dəyərlərimizin təbliği, beynəlxalq analoji qurumlarla əlaqələrin qurulması qarşıya qoyulan əsas vəzifələrdəndir.

Tədbirdə Aşıqlar birliyinin sədri Məhərrəm Qasımlı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əziz Ələkbərli, Milli Məclisinin deputatı Məlahət İbrahimqızı, Ələsgərşünas alim Fəxrəddin Salim, filologiya elmlər namizədi, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli, Ələsgər tədqiqatçıları Nağdəli Zamanov və Abbas Bağırov, Dədə Ələsgərin nəticəsi Şamama Ələsgərli, Dədə Ələsgər Ocağı ictimai birliyinin humanitar məsələlər üzrə sədr müşaviri Güllü Eldar Tomarlı, Səməd Vurğun poeziya evinin rəhbəri Zərəngiz Mansurova, sənətşünas aşıq Fəzail Miskinli çıxış edərək Dədə Ələsgər irsinin araşdırılmasında Azərbaycan Respublikası prezidenti Cənab İlham Əliyevin 18 fevral 2021 ci il sərəncamının böyük əhəmiyyətinin olduğunu vurğuladılar. Qurumun fəaliyyətində uğurlar arzuladılar.

Sonda "Dədə Ələsgər Ocağı" ictimai birliyinin sədri Xətai Ələsgərov gələn qonaqlara və Aşıq Ələsgərin 200 illiyinin keçirilməsi üçün imzalanan sərəncama görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə həm birliyin adından, həm də Dədə Ələsgərin qohumları adından dərin təşəkkürünü bildirdi.

Baxış sayı : 197
AŞ PA-da İkinci Qarabağ Müharibəsinin ildönümündə onun fəsadları müzakirə olunacaq 2021-09-22 09:50:34 Dövlət Nəzarəti İnformasiya Sistemi fəaliyyətə başlayıb 2021-09-22 09:25:21 Cəmiyyəti narahat edən məsələlərlə bağlı ictimai dinləmələr keçiriləcək 2021-09-22 09:05:34 Fərid Şəfiyev: Azərbaycan Oxçuçayda ekoloji fəlakətə səbəb olan şirkəti beynəlxalq məhkəməyə verəcək 2021-09-22 08:10:54 Ərdoğan BMT-dəki çıxışında Azərbaycandan danışdı 2021-09-22 07:15:21 "İslam irsimizi tanıyaq” - Şamaxı Cümə məscidi (Video) 2021-09-21 19:35:10 Şəhid Rəşid Həmidovun anım mərasimi keçirilib 2021-09-21 10:40:39 Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib 2021-09-21 09:25:20 İƏT-in fəaliyyəti digər beynəlxalq təşkilatlar üçün nümunədir 2021-09-21 09:15:03 QHT Agentliyi kiçik qrant müsabiqəsinin mövzularının ictimai müzakirəsini keçirib 2021-09-21 07:55:26 Generallar Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimini izləyib 2021-09-21 07:20:24 20 Yanvar hadisələrinin mahiyyətinin təbliği: YYSİB-nin kreativ vətənpərvərlik layihəsi 2021-09-20 21:35:05 Arzularımın şəhəri Şuşa! 2021-09-20 10:50:06 Los Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunmuş qısa film hazırlanıb 2021-09-20 10:30:56 Rauf Zeyni: “Əsrin müqaviləsi” Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi oldu 2021-09-20 09:50:37 Zəngəzur koridorunun açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək - Ərdoğan 2021-09-20 09:20:39 Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar keçirəcək 2021-09-20 08:00:42 BMT-nin Baş katibi çağırış etdi 2021-09-20 07:40:35 Qarabağın florası yeni dərman vasitələrinin hazırlanması üçün əlverişlidir 2021-09-19 10:10:22 Rusiya MN-in yaydığı məlumat təəccüb və təəssüf doğurur - Anar Eyvazov 2021-09-19 09:05:53 Birinci vitse-prezident Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib 2021-09-19 08:25:45 “Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib 2021-09-18 19:30:13 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11