2021-07-15 09:25:01 | QHT VƏ MEDİA
Zəfərinin 103-cü ildönümünə həsr olunmuş elmi vebinar keçirilib

Kürdəmirin Tədqiqi və Təbliğinə Dəstək İctimai Birliyinin və Kürdəmir Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Kürdəmir Zəfərinin 103-cü ildönümünə həsr olunmuş elmi vebinar keçirilmişdir

Elmi Vebinarı KTTD İB-nin sədri, tarix elmləri doktoru, professor Habil Məmmədov açaraq onlayn tədbir iştirakçılarından soyqırım qurbanlarının, Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini rica etdi. Şəhidlər və soyqırım qurbanlarının xatirəsi anıldıqdan sonra moderator H. Məmmədov Elmi Vebinarın Azərbaycan dövlətçiliyi tarixində mühüm hadisələrdən birinə həsr olunduğunu bildirdi. O, Qafqaz İslam ordusunun şanlı qələbələri arasında mühüm yer tutan Kürdəmir Zəfərinin əhəmiyyətindən bəhs etdi və sözü AMEA Tarix İnstitunun aparıcı elmi işçisi, t.ü.f.doktoru, dosent Vasif Qafarova verdi.

Vasif Qafarov 1918-ci ilin mart-aprel aylarından erməni quldurlarının Bakıda, Qubada, Şamaxıda, Kürdəmirdə, Salayanda və digər yerlərdə törətdikləri qətllərdən,dağıntılardan bəhs etdi. O, Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən Kürdəmir mahalından Osmanlı hökümətinə yardım müraciətləri barədə Türkiyə arxivlərində çoxlu sənədlərin aşkar olduğunu bildirərək, erməni daşnak- bolşevik alyansının Gəncəyə hərbi yürüşünü, Qafqaz İdlam Ordusunun bu hücumun qarşısını almasını və əks-hücum əməliyyatlarında Kürdəmir Zəfərinin mühüm yer tutduğunu tarixi faktlar əsadında dinləyicilərin nəzərinə çatdırdı.

Daha sonra Türkiyə və Azərbaycanda tanınan məşhur ermənişünas alim, siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Çaxmaqlı çıxış edərək 1918-ci il soyqımı, Qafqaz İslam ordusun hərbi uğurları, Kürdəmir döyüşləri, armenizm, erməni faşizmi, uydurma "erməni soyqırımı" və digər məsələlər haqqında ətraflı məlumat verdi. Məruzəçi, eyni zamanda, İrəvan Türk Cümhuriyyətinin qurulması zərurətindən və fəaliyyətindən bəhs etdi.

Məruzəçilər vebinar iştirakçılarının suallarını cavablandırdılar. Məruzələr ətrafında Yaqut Bahadurqızı, Rəfail Məmmədov, Ceyran Yəhyayeva və digərləri çıxış edərək, Kürdəmir döyüşləri haqqında yaşlı nəsillərdən eşitdikləri əlavə faktları səsləndirdilər.

Elmi Vebinarda Kürdəmir döyüşlərində, ümumiyyətlə, Qafqaz İslam Ordusunun bütün döyüşlərində həlak olmuş şəhidlərin xatirəsinin əbədiləşdirilməsinin, uğurlu döyüş əməliyyatlarının baş verdiyi yerlərə xatirə lövhələrinin vurulmasının vacibliyini bildirdilər.

Baxış sayı : 201
AŞ PA-da İkinci Qarabağ Müharibəsinin ildönümündə onun fəsadları müzakirə olunacaq 2021-09-22 09:50:34 Dövlət Nəzarəti İnformasiya Sistemi fəaliyyətə başlayıb 2021-09-22 09:25:21 Cəmiyyəti narahat edən məsələlərlə bağlı ictimai dinləmələr keçiriləcək 2021-09-22 09:05:34 Fərid Şəfiyev: Azərbaycan Oxçuçayda ekoloji fəlakətə səbəb olan şirkəti beynəlxalq məhkəməyə verəcək 2021-09-22 08:10:54 Ərdoğan BMT-dəki çıxışında Azərbaycandan danışdı 2021-09-22 07:15:21 "İslam irsimizi tanıyaq” - Şamaxı Cümə məscidi (Video) 2021-09-21 19:35:10 Şəhid Rəşid Həmidovun anım mərasimi keçirilib 2021-09-21 10:40:39 Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib 2021-09-21 09:25:20 İƏT-in fəaliyyəti digər beynəlxalq təşkilatlar üçün nümunədir 2021-09-21 09:15:03 QHT Agentliyi kiçik qrant müsabiqəsinin mövzularının ictimai müzakirəsini keçirib 2021-09-21 07:55:26 Generallar Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimini izləyib 2021-09-21 07:20:24 20 Yanvar hadisələrinin mahiyyətinin təbliği: YYSİB-nin kreativ vətənpərvərlik layihəsi 2021-09-20 21:35:05 Arzularımın şəhəri Şuşa! 2021-09-20 10:50:06 Los Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunmuş qısa film hazırlanıb 2021-09-20 10:30:56 Rauf Zeyni: “Əsrin müqaviləsi” Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi oldu 2021-09-20 09:50:37 Zəngəzur koridorunun açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək - Ərdoğan 2021-09-20 09:20:39 Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar keçirəcək 2021-09-20 08:00:42 BMT-nin Baş katibi çağırış etdi 2021-09-20 07:40:35 Qarabağın florası yeni dərman vasitələrinin hazırlanması üçün əlverişlidir 2021-09-19 10:10:22 Rusiya MN-in yaydığı məlumat təəccüb və təəssüf doğurur - Anar Eyvazov 2021-09-19 09:05:53 Birinci vitse-prezident Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib 2021-09-19 08:25:45 “Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib 2021-09-18 19:30:13 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11