2021-07-15 08:10:15 | İQTİSADİYYAT
Vətən müharibəsi qəhrəmanlarına gəlir vergisi üzrə əlavə güzəştlər verilib

.

Prezident İlham Əliyevin 2021-ci il 12 iyul tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq olunub.

Dövlət Vergi Xidmətindən bildirilib ki, həmin qanunla Vergi Məcəlləsinin 102-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, bundan sonra Azərbaycan Respublikasının Vətən müharibəsi qəhrəmanlarının aylıq muzdlu fəaliyyətdən əldə etdikləri gəlirlərinə münasibətdə gəlir vergisi üzrə güzəşt müəyyən edilib.

Belə ki, qanun qüvvəyə mindikdən sonrakı dövrdə Azərbaycan Respublikasının Vətən müharibəsi qəhrəmanlarının aylıq muzdlu fəaliyyətdən əldə etdikləri gəlirlərə münasibətdə Vergi Məcəlləsinin 102.1.6 maddəsində nəzərdə tutulmuş vergi güzəşti ilə yanaşı, əlavə olaraq həmin şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılacaq.

Hazırda Vətən müharibəsi qəhrəmanlarının bir qismi əmək fəaliyyətlərini davam etdirirlər. Bu baxımdan, son dəyişiklik dövlət və neft sektorunda çalışan belə şəxslərin muzdlu işdən gəlirləri üzrə vergi yükünün azalmasına gətirib çıxaracaq.

Bununla yanaşı, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışan və aylıq əməkhaqqı 8000 manatadək olan şəxslərin isə muzdlu işdən aylıq gəlirləri 2019-cu il yanvarın 1-dən 7 il müddətinə gəlir vergisindən ümumiyyətlə azaddırlar. Qanunvericilikdə təsbit edilmiş və Vətən müharibəsi qəhrəmanlarına müddətsiz olaraq verilən bu güzəşt Vergi Məcəlləsində muzdlu fəaliyyətdən əldə edilən gəlirlərə münasibətdə tətbiq olunan ən böyük vergi güzəştlərindən biridir.

Bu gün ölkəmizdə aparılan sosial siyasətin başlıca istiqamətlərindən biri şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdir. Vergi qanunvericiliyində edilmiş son dəyişiklik torpaqlarımızın işğaldan azad olunması uğrunda igidlik göstərən və tarixi missiyanın öhdəsindən uğurla gələn mübariz qəhrəmanlarımıza dəstək prosesinin bir hissəsidir.

Baxış sayı : 452
Azərbaycan Milli QHT Forumu X Qurultayı ilə əlaqədar tədbirlər davam edir Ölkəmizin hava məkanı etibarlı müdafiə olunur - Video Azərbaycanda arxiv işi ilə bağlı vahid elektron məlumat sistemi yaradılacaq "Dastana dönən şəhid" filminin təqdimatı olub YUXARI GÖVHƏRAĞA MƏSCİDİ: “Bərpa” vandalizm aktı idi (ikinci yazı) Türkiyə ilə Ukrayna arasında mühüm saziş imzalandı “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb