2021-07-14 08:45:48 | AKTUAL
Ukraynalı jurnalist: Şuşa, həqiqətən də Qarabağın incisidir

Şuşa Qarabağın əsl incisidir və Azərbaycanın onun bərpasına göstərdiyi və hələ göstəriləcək bütün səylərə layiqdir. Şəhərin yenidən qurulacağı və yerli sakinlərin oraya qayıdacağı zaman bu şəhərə qayıtmaq çox istərdim. İnanıram ki, bu, tezliklə baş verəcək.

Bu sözləri AZƏRTAC-a Şuşanı ziyarət edən Ukraynanın “Kanal 5” telekanalının müxbiri Yevgeniya Kitayeva bildirib.

O qeyd edib ki, şəhərin bərpası üçün Azərbaycanın, əlbəttə ki, iddialı planları var: “Biz hələ hərbi əməliyyatların ilk günlərində sentyabr ayının sonunda işgüzar səfərə gələndə, mən insanlardan “Biz Şuşa şəhərini qaytarmalıyıq” cümləsini çox eşidirdim. O zaman mən bu şəhərin azərbaycanlılar üçün hansı məna kəsb etdiyini hələ tam anlamırdım, amma onsuz da jurnalist marağım mənə rahatlıq vermirdi. Mən Şuşa haqqında çox oxumağa başladım. 44 günlük müharibə bitdikdə və şəhərin artıq Azərbaycanın nəzarətində olduğu məlum olduqda, həqiqətən oraya getmək və hər şeyi öz gözlərimlə görmək çox istəyirdim. Fevral ayında Prezident İlham Əliyev mətbuat nümayəndələri ilə görüşəndə mən özümü saxlaya bilmədim və ondan jurnalistlər üçün Şuşaya səfərlə əlaqədar soruşdum. O, söz verdi. İyul ayının əvvəlində mən orda oldum. Dağıntılara baxmayaraq, şəhər çox gözəldir”, - deyə Yevgeniya Kitayeva bildirib.

Ukraynalı jurnalist orada çox sayda memarlıq və tarixi abidənin olduğunu vurğulayıb. “Biz şəhərdə hər şeyi mümkün qədər tez bərpa etməyə çalışan hərbiçiləri və inşaatçıları gördük. Ancaq həqiqətən orada çox iş var. 28 illik işğaldan sonra binaların əksəriyyəti dağıdılıb. Biz Şuşada olduğumuz zaman mən düşünürdüm ki, bir çox Şuşa sakini buraya gəlməyi xəyal edir, mən isə artıq bu küçələr boyu gəzirəm", - deyə o əlavə edib.

Baxış sayı : 177
AŞ PA-da İkinci Qarabağ Müharibəsinin ildönümündə onun fəsadları müzakirə olunacaq 2021-09-22 09:50:34 Dövlət Nəzarəti İnformasiya Sistemi fəaliyyətə başlayıb 2021-09-22 09:25:21 Cəmiyyəti narahat edən məsələlərlə bağlı ictimai dinləmələr keçiriləcək 2021-09-22 09:05:34 Fərid Şəfiyev: Azərbaycan Oxçuçayda ekoloji fəlakətə səbəb olan şirkəti beynəlxalq məhkəməyə verəcək 2021-09-22 08:10:54 Ərdoğan BMT-dəki çıxışında Azərbaycandan danışdı 2021-09-22 07:15:21 "İslam irsimizi tanıyaq” - Şamaxı Cümə məscidi (Video) 2021-09-21 19:35:10 Şəhid Rəşid Həmidovun anım mərasimi keçirilib 2021-09-21 10:40:39 Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib 2021-09-21 09:25:20 İƏT-in fəaliyyəti digər beynəlxalq təşkilatlar üçün nümunədir 2021-09-21 09:15:03 QHT Agentliyi kiçik qrant müsabiqəsinin mövzularının ictimai müzakirəsini keçirib 2021-09-21 07:55:26 Generallar Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimini izləyib 2021-09-21 07:20:24 20 Yanvar hadisələrinin mahiyyətinin təbliği: YYSİB-nin kreativ vətənpərvərlik layihəsi 2021-09-20 21:35:05 Arzularımın şəhəri Şuşa! 2021-09-20 10:50:06 Los Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunmuş qısa film hazırlanıb 2021-09-20 10:30:56 Rauf Zeyni: “Əsrin müqaviləsi” Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi oldu 2021-09-20 09:50:37 Zəngəzur koridorunun açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək - Ərdoğan 2021-09-20 09:20:39 Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar keçirəcək 2021-09-20 08:00:42 BMT-nin Baş katibi çağırış etdi 2021-09-20 07:40:35 Qarabağın florası yeni dərman vasitələrinin hazırlanması üçün əlverişlidir 2021-09-19 10:10:22 Rusiya MN-in yaydığı məlumat təəccüb və təəssüf doğurur - Anar Eyvazov 2021-09-19 09:05:53 Birinci vitse-prezident Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib 2021-09-19 08:25:45 “Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib 2021-09-18 19:30:13 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11