2021-07-11 07:35:47 | AKTUAL
Beynəlxalq təşkilatlara Oxçuçay fəlakəti barədə məlumat verilib

Azərbaycan Diaspor Könüllülərinin təşəbbüsü əsasında "Karabakh is Azerbaijan!" Milli Platforması ilə birgə Ermənistan və Almaniya şirkətlərinin Azərbaycanın Zəngilan rayonu ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayı zəhərli tullantılarla çirkləndirməsinə etiraz əlaməti olaraq xüsusi aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə,pandemiya qaydaları çərçivəsində komitədə təşkil edilən aksiya zamanı könüllülər və platforma üzvləri öz şəxsi elektron ünvanlarından Avropanın müxtəlif ölkələrindəki parlamentarilərə, ABŞ konqresmenlərinə və nüfuzlu beynəlxalq təşkilatlara müraciət ediblər. Müraciətdə qeyd edilib ki, ekoterrora məruz qalan Oxçuçayın töküldüyü Araz çayı Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır. Lakin çaydakı suyun keyfiyyətinin ciddi dəyişikliyi səbəbindən onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi son dərəcə təhlükəlidir. Ekosistemə və bioresurslara ciddi ziyan vurulduğu, Ermənistanın 1992-ci ildə imzalanmış Helsinki konvensiyasına qoşulmadığı və öhdəliklərdən yayındığı barədə ətraflı məlumat verilib.

Azərbaycanlı gənclər Qərb siyasətçilərini və beynəlxalq qurumları bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməyə, Ermənistan hakimiyyətindən öz öhdəliklərini beynəlxalq hüquq çərçivəsində yerinə yetirməyi tələb etməyə çağırıblar.

Aksiya zamanı Qərb siyasətçilərinin və beynəlxalq təşkilatların elektron ünvanlarına ingilis dilində ümumilikdə 100 mindən artıq müraciət göndərilib. Eyni zamanda, sosial şəbəkələr üzərindən də 100-lərlə paylaşımlar edilib.

Baxış sayı : 224
AŞ PA-da İkinci Qarabağ Müharibəsinin ildönümündə onun fəsadları müzakirə olunacaq 2021-09-22 09:50:34 Dövlət Nəzarəti İnformasiya Sistemi fəaliyyətə başlayıb 2021-09-22 09:25:21 Cəmiyyəti narahat edən məsələlərlə bağlı ictimai dinləmələr keçiriləcək 2021-09-22 09:05:34 Fərid Şəfiyev: Azərbaycan Oxçuçayda ekoloji fəlakətə səbəb olan şirkəti beynəlxalq məhkəməyə verəcək 2021-09-22 08:10:54 Ərdoğan BMT-dəki çıxışında Azərbaycandan danışdı 2021-09-22 07:15:21 "İslam irsimizi tanıyaq” - Şamaxı Cümə məscidi (Video) 2021-09-21 19:35:10 Şəhid Rəşid Həmidovun anım mərasimi keçirilib 2021-09-21 10:40:39 Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib 2021-09-21 09:25:20 İƏT-in fəaliyyəti digər beynəlxalq təşkilatlar üçün nümunədir 2021-09-21 09:15:03 QHT Agentliyi kiçik qrant müsabiqəsinin mövzularının ictimai müzakirəsini keçirib 2021-09-21 07:55:26 Generallar Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimini izləyib 2021-09-21 07:20:24 20 Yanvar hadisələrinin mahiyyətinin təbliği: YYSİB-nin kreativ vətənpərvərlik layihəsi 2021-09-20 21:35:05 Arzularımın şəhəri Şuşa! 2021-09-20 10:50:06 Los Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunmuş qısa film hazırlanıb 2021-09-20 10:30:56 Rauf Zeyni: “Əsrin müqaviləsi” Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi oldu 2021-09-20 09:50:37 Zəngəzur koridorunun açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək - Ərdoğan 2021-09-20 09:20:39 Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar keçirəcək 2021-09-20 08:00:42 BMT-nin Baş katibi çağırış etdi 2021-09-20 07:40:35 Qarabağın florası yeni dərman vasitələrinin hazırlanması üçün əlverişlidir 2021-09-19 10:10:22 Rusiya MN-in yaydığı məlumat təəccüb və təəssüf doğurur - Anar Eyvazov 2021-09-19 09:05:53 Birinci vitse-prezident Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib 2021-09-19 08:25:45 “Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib 2021-09-18 19:30:13 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11