2021-07-09 11:40:31 | SİYASƏT
Qubadlı və Laçında DSX-nin yeni hərbi hissələri istifadəyə verilib

İyul ayının 8-də Qubadlı və Laçın rayonları ərazisində Dövlət Sərhəd Xidmə­tinin (DSX) 2 yeni hərbi hissəsi xidməti istifadəyə verilib.

DSX-dən Fact-info.az-a verilən məlumata görə, bununla əlaqədar təşkil olunmuş mərasimlərdə çıxış edən DSX-nin rəisi general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş əraziləri­mizdə yeni hərbi hissə komplekslərinin xidməti-döyüş fəaliy­yə­tinə başlaması münasibətilə şəxsi heyəti təb­­rik edib.

Çıxışda ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından və dövlət sər­həd­lərimizin iş­ğaldan azad edilməsindən sonra Azərbaycan Respublika­sının Pre­zidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçu­ların xidməti şəraitinin və sosial təminatının yaxşılaş­dırılması üzrə ardıcıl təd­birlərin həyata ke­çirilməsi qeyd olunmuş, görülən işlər çərçi­vəsində yeni hər­bi hissələrin xidməti-döyüş fəaliyyətinə başlama­sının dövlət sər­hədinin müha­fi­zə­si məsə­lə­lərinə ali diqqətin növbəti təzahürü olması bildirilib.

Ermənistanla dövlət sərhədinin əhəmiyyətli hissəsinin mühafizə­sinə cavabdeh olacaq yeni hərbi hissələrin fəaliyyətə başlamasının xü­susi əhəmiyyət kəsb etməsi qeyd edilib, Vətən Mühari­bə­sində döyüş tapşırıqlarını uğurla icra edərək şücaət göstərən, bu gün də düşmən tapda­­ğından azad olunmuş müqəddəs sərhəd­lərimizin toxu­nul­mazlı­ğı­nı təmin edən Azərbaycan sərhədçilərinin ölkə­mizin ərazi hüdudlarının mühafizəsi vəzifəsini hər zaman layiqincə ye­rinə yetirəcəkləri vurğulan­ıb.

Tədbir çərçivəsində Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstə­rə­rək Xocəvənd, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının və Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə Azərbay­can Res­pub­likasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı İlham Əliyev tərəfindən təltif edil­miş hərbi qulluqçulara orden və medallar təqdim olunub. Açılış mərasimindən sonra hərbi qulluqçuların xidməti fəaliy­yə­tinin təşkili üçün yaradılmış şəraitlə tanış olunub, o cümlədən zəru­ri avadanlıqlar, mebel, məişət əşyaları, istilik sistemi ilə təmin edilmiş xid­mə­ti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana komp­lek­sinə, anbarlara, döyüş texni­kası­na, silah və texniki vasitələrə baxış keçirilib.

Tədbirin sonunda şəxsi heyətlə birgə nahar edilmiş, xatirə foto­şə­killəri çəkilib, DSX-nin nümunəvi orkestrinin və rəqs ansamblının ifasında konsert proqramı şəxsi heyətə təqdim olun­ub. Tədbirdən sonra “Qubadlı” əlahiddə sərhəd divi­zi­yasının rəhbər heyətinin iştirakı ilə xidməti mü­şa­virə keçirilmiş, Azərbaycan Respub­likasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin verdiyi tapşırıq­ların icra vəziyyəti, xidməti ərazidə möv­cud olan əməliy­yat şəraiti və görülən təd­birlər haqqında və­zifəli şəxs­lərin məruzələri dinlənilmiş, dövlət sərhədinin müdafiəsi və mühafizəsi isti­qamətində həyata keçirilən tədbirlər yüksək qiymətlən­dirilib.

Hərbi hissə və bölmələrin döyüş ha­zır­lığının daha da yük­səl­dil­məsi və şəxsi heyətin təh­lükə­siz­liyinin təmin edil­məsi üzrə görülən işlər yoxlanılmış, sərhəd-döyüş məntəqə­lərində xid­mət aparan sər­hədçilərlə görüşül­müş, hərbi qulluqçuların xid­məti-döyüş və məişət şərait­lə­rinə baxış keçirilib.

Baxış sayı : 227
AŞ PA-da İkinci Qarabağ Müharibəsinin ildönümündə onun fəsadları müzakirə olunacaq 2021-09-22 09:50:34 Dövlət Nəzarəti İnformasiya Sistemi fəaliyyətə başlayıb 2021-09-22 09:25:21 Cəmiyyəti narahat edən məsələlərlə bağlı ictimai dinləmələr keçiriləcək 2021-09-22 09:05:34 Fərid Şəfiyev: Azərbaycan Oxçuçayda ekoloji fəlakətə səbəb olan şirkəti beynəlxalq məhkəməyə verəcək 2021-09-22 08:10:54 Ərdoğan BMT-dəki çıxışında Azərbaycandan danışdı 2021-09-22 07:15:21 "İslam irsimizi tanıyaq” - Şamaxı Cümə məscidi (Video) 2021-09-21 19:35:10 Şəhid Rəşid Həmidovun anım mərasimi keçirilib 2021-09-21 10:40:39 Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib 2021-09-21 09:25:20 İƏT-in fəaliyyəti digər beynəlxalq təşkilatlar üçün nümunədir 2021-09-21 09:15:03 QHT Agentliyi kiçik qrant müsabiqəsinin mövzularının ictimai müzakirəsini keçirib 2021-09-21 07:55:26 Generallar Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimini izləyib 2021-09-21 07:20:24 20 Yanvar hadisələrinin mahiyyətinin təbliği: YYSİB-nin kreativ vətənpərvərlik layihəsi 2021-09-20 21:35:05 Arzularımın şəhəri Şuşa! 2021-09-20 10:50:06 Los Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunmuş qısa film hazırlanıb 2021-09-20 10:30:56 Rauf Zeyni: “Əsrin müqaviləsi” Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi oldu 2021-09-20 09:50:37 Zəngəzur koridorunun açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək - Ərdoğan 2021-09-20 09:20:39 Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar keçirəcək 2021-09-20 08:00:42 BMT-nin Baş katibi çağırış etdi 2021-09-20 07:40:35 Qarabağın florası yeni dərman vasitələrinin hazırlanması üçün əlverişlidir 2021-09-19 10:10:22 Rusiya MN-in yaydığı məlumat təəccüb və təəssüf doğurur - Anar Eyvazov 2021-09-19 09:05:53 Birinci vitse-prezident Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib 2021-09-19 08:25:45 “Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib 2021-09-18 19:30:13 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11