2021-07-09 11:20:54 | MƏDƏNİYYƏT
Aşıq Ələsgər haqqında film çəkilir

Azərbaycan aşıq poeziyasını zirvələrə yüksəltmiş el sənətkarı, aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı, Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmiş Aşıq Ələsgərin anadan olmasının 200 illiyi ilə əlaqədar Mədəniyyət Nazirliyinin sifarişilə "Salnaməfilm studiyası" MMC-də "Aşıq Ələsgər 200" işçi adlı sənədli filmi istehsala buraxılıb.

Kinostudiyadan bildirilib ki, ProRes 4444 formatında çəkilən filmin xronometrajı 52 dəqiqədir. Aşıq Ələsgərin ana vətəni Göyçə mahalı bu gün düşmən əlində olsa da, onun həyatının və yaradıcılığının əhəmiyyətli bir hissəsi bu mahala qonşu Kəlbəcər ərazisi ilə bağlıdır.

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsindən sonra Kəlbəcər rayonunun işğaldan azad edilməsi, həm də rəmzi olaraq tarixi Oğuz yurdu Göyçə mahalına açılan qapı olub. Bu gün Azərbaycan əsgərlərinin dayandığı mövqelərdən Aşıq Ələsgərin doğma kəndi Ağkilsə arasındakı məsafə cəmi 7 kilometrdir. Elə filmin finalı da bu notlar üzərində qurulacaqdır.

Filmin çəkilişləri Bakı, Gəncə, Göygöl, Daşkəsən, Goranboy, Tovuz, Şəmkir, Gədəbəy, Qazax və işğaldan azad edilmiş Kəlbəcər ərazisində, o cümlədən, Türkiyə Cümhuriyyətinin Qars və İğdır vilayətlərində aparılacaq, arxiv foto və kino materiallarından, folklorşünas alimlərin və sənətkarların, eləcə də Aşıq Ələsgər ocağının nümayəndələrinin müsahibələri və kadrarxası diktor mətnindən istifadə ediləcəkdir. Filmə bədii səhnələrlə rəng qatılacaq. Filmin çəkilişləri artıq Gədəbəy, Qazax rayonlarında aparılıb. Hazırda filmin çəkilişləri davam edir.

Qeyd edək ki, filmin ssenari müəllifi Füzuli Sabiroğlu, quruluşçu rejissoru Nizami Abbas, quruluşçu operatoru Üzeyir Abbas, montaj rejissoru Mübariz Nağıyevdir. İcraçı prodüser Azad Axundov, prodüser Nazim Hüseynovdur.

Baxış sayı : 628
Azərbaycan Milli QHT Forumu X Qurultayı ilə əlaqədar tədbirlər davam edir Ölkəmizin hava məkanı etibarlı müdafiə olunur - Video Azərbaycanda arxiv işi ilə bağlı vahid elektron məlumat sistemi yaradılacaq "Dastana dönən şəhid" filminin təqdimatı olub YUXARI GÖVHƏRAĞA MƏSCİDİ: “Bərpa” vandalizm aktı idi (ikinci yazı) Türkiyə ilə Ukrayna arasında mühüm saziş imzalandı “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb