2021-07-07 07:40:29 | QHT VƏ MEDİA
“The Telegraph”: Azərbaycan işğaldan azad olunmuş ərazilərdə mədəniyyət nümunələrini bərpa edir

Böyük Britaniyanın “The Telegraph” saytında Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə mədəniyyət nümunələrini bərpa etməsi ilə bağlı məqalə dərc olunub.

Məqalədə 1990-cı illərin əvvəllərində Qarabağın ermənilərin nəzarətinə keçməsindən sonra dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin büstünün silahlı şəxslər tərəfindən hədəf kimi istifadə edildiyi bildirilib. Qeyd olunub ki, həmin büst azərbaycanlılar tərəfindən xilas edilib və uzun illər ərzində qorunub saxlanılıb. 2020-ci ilin sentyabrında başlayan hərbi əməliyyatların gedişində Şuşa şəhəri Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edildikdən sonra Üzeyir Hacıbəylinin, həmçinin Xurşidbanu Natəvanın və Bülbülün illərdir Azərbaycan İncəsənət Muzeyində saxlanılan güllələnmiş büstləri öz yerlərinə qaytarılıb.

Məqalədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisinə istinadla bildirilib ki, bu abidələr Birinci Qarabağ müharibəsindən əvvəl Şuşada yerləşirdi, lakin ermənilər Azərbaycan mədəniyyətinə olan münasibətlərini göstərərək onları gülləbaran etmişdilər.

Müəllif vurğulayıb ki, ötən ilin sonlarında altı həftə davam edən müharibə zamanı Azərbaycan Ordusu erməni silahlı birləşmələrini darmadağın edib. Ermənistan Rusiyanın vasitəçiliyi ilə atəşkəs razılaşması imzalamağa məcbur olub. Azərbaycan Prezidenti İlham Əliyev yüz minlərlə məcburi köçkünü Azərbaycanın işğaldan azad edilmiş və beynəlxalq səviyyədə tanınmış ərazilərə qaytarmağı planlaşdırır. Prezident İlham Əliyev, eyni zamanda, işğaldan azad olunmuş Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan edib.

“The Telegraph”ın müxbiri vurğulayır ki, Prezident İlham Əliyev ağır döyüşlərdən sonra azad olunan Şuşaya artıq bir neçə dəfə səfər edib və orada infrastruktur obyektlərinin açılışında iştirak edib. Azərbaycan Prezidenti, həmçinin on illər boyu erməni vəhşiliyinə məruz qalan Şuşanın turizm cənnətinə çevriləcəyini vəd edib. Bildirib ki, Şuşa təkcə Azərbaycanın və bölgənin deyil, həm də dünyanın mədəniyyət paytaxtlarından biri olacaq.

Məqalədə vurğulanıb ki, hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Zəfər yolu tikilir, böyük yenidənqurma layihələri həyata keçirilir. İnfrastruktur layihələri çərçivəsində bölgədə bir neçə yeni elektrik stansiyası inşa edilib. Şuşada köhnə binaların sökülməsi, muzeylərin və mədəniyyət obyektlərinin bərpası işləri aparılır. Şuşa qalası təmir olunub, şəhərin mərkəzindəki erməni kilsəsində bərpa işləri davam edir.

Müəllif Azərbaycan rəsmilərinə istinadla bildirir ki, uzun illərdir doğma yurdlarından məcburi köçkün düşmüş Azərbaycan vətəndaşları bu ərazilərə qaytarılacaq, eyni zamanda, Qarabağ erməniləri də bu bölgədə yaşaya bilərlər.

Baxış sayı : 219
AŞ PA-da İkinci Qarabağ Müharibəsinin ildönümündə onun fəsadları müzakirə olunacaq 2021-09-22 09:50:34 Dövlət Nəzarəti İnformasiya Sistemi fəaliyyətə başlayıb 2021-09-22 09:25:21 Cəmiyyəti narahat edən məsələlərlə bağlı ictimai dinləmələr keçiriləcək 2021-09-22 09:05:34 Fərid Şəfiyev: Azərbaycan Oxçuçayda ekoloji fəlakətə səbəb olan şirkəti beynəlxalq məhkəməyə verəcək 2021-09-22 08:10:54 Ərdoğan BMT-dəki çıxışında Azərbaycandan danışdı 2021-09-22 07:15:21 "İslam irsimizi tanıyaq” - Şamaxı Cümə məscidi (Video) 2021-09-21 19:35:10 Şəhid Rəşid Həmidovun anım mərasimi keçirilib 2021-09-21 10:40:39 Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib 2021-09-21 09:25:20 İƏT-in fəaliyyəti digər beynəlxalq təşkilatlar üçün nümunədir 2021-09-21 09:15:03 QHT Agentliyi kiçik qrant müsabiqəsinin mövzularının ictimai müzakirəsini keçirib 2021-09-21 07:55:26 Generallar Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimini izləyib 2021-09-21 07:20:24 20 Yanvar hadisələrinin mahiyyətinin təbliği: YYSİB-nin kreativ vətənpərvərlik layihəsi 2021-09-20 21:35:05 Arzularımın şəhəri Şuşa! 2021-09-20 10:50:06 Los Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunmuş qısa film hazırlanıb 2021-09-20 10:30:56 Rauf Zeyni: “Əsrin müqaviləsi” Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi oldu 2021-09-20 09:50:37 Zəngəzur koridorunun açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək - Ərdoğan 2021-09-20 09:20:39 Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar keçirəcək 2021-09-20 08:00:42 BMT-nin Baş katibi çağırış etdi 2021-09-20 07:40:35 Qarabağın florası yeni dərman vasitələrinin hazırlanması üçün əlverişlidir 2021-09-19 10:10:22 Rusiya MN-in yaydığı məlumat təəccüb və təəssüf doğurur - Anar Eyvazov 2021-09-19 09:05:53 Birinci vitse-prezident Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib 2021-09-19 08:25:45 “Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib 2021-09-18 19:30:13 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11