2021-07-06 08:05:01 | SİYASƏT
Məhkəmədəki ifadələr bir daha sübut edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi qatil və terrorçudur

Bakı Ağır Cinayətlər Məhkəməsində verilən ifadələr bir daha sübut edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi qatil və terrorçudur.

Fact-info.az-ın məlumatına görə, bunu Trend-ə deputat Elşən Musayev deyib.

Onun sözlərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində ermənilərin təqsirləndirilməsinə dair cinayət işi ətrafında cərəyan edən proseslər bir daha sübut edir ki, zaman-zaman bütün təxribatların, terrorların başında Ermənistanın hərbi-siyasi rəhbərliyi dayanıb, bütün əmrlər onlardan gəlib, bütün naqis əməllər onlar tərəfindən planlaşdırılıb və yönləndirilib:

"Eyni zamanda məhkəmə prosesində bir çox hallar üzə çıxdı. Məlum oldu ki, Ermənistan rəhbərliyi elə öz vətəndaşlarına qarşı da təhdid siyasəti həyata keçirib, döyüşə getməyənləri, qatılmayanları 8-12 il müddətinə həbs etməklə hədələyib, ölkədən çıxmaq istəyənlərin gedişini əngəlləyib və bununla da nəyəsə nail olacağını düşünüb. Nəticədə isə ağır məğlubiyyətə uğrayıb, darmadağın olub, rüsvay olub. Məhkəmədə verilən ifadələr eyni zamanda onun sübutudur ki, erməni əsgəri heç bir zaman əzmlə, ümidlə döyüşməyib. Onlar elə əvvəldən biliblər ki, məğlubiyyətə doğru gedirlər və Azərbaycanın “dəmir yumruğu” qarşısında duruş gətirə bilməyəcəklər. Amma bütün bunlara rəğmən Ermənistanın hərbi-siyasi rəhbərliyi yenə də inad edib, ucdantutma hamını şantaj vasitəsilə döyüşə istiqamətləndirib, riyakarlığını öz vətəndaşları üzərində də tətbiq edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində verilən ifadələr bir daha sübut edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi qatil və terrorçudur, təxribatçı və yaramazdır. Bəli, bunlar heç dəyişməyiblər. Üstəlik, yüz illər boyunca dəyişməyiblər. Onların xəmiri qətldən, qandan, naqislikdən, yalandan yoğrulub.

Bütün cinayətkarlar zamanı gələndə məhkəmə qarşısına bax bu şəkildə çıxarılacaqlar. Hazırda ittiham olunan şəxslərə rəhbərlik etmiş erməni vətəndaşı, polkovnik Arsen Qazaryan və digər vəzifəli şəxslər artıq beynəlxalq axtarışdadır. Əmin olun: onlar da tapılacaqlar. Mütləq tapılacaqlar və cəzalarını alacaqlar".

Baxış sayı : 196
AŞ PA-da İkinci Qarabağ Müharibəsinin ildönümündə onun fəsadları müzakirə olunacaq 2021-09-22 09:50:34 Dövlət Nəzarəti İnformasiya Sistemi fəaliyyətə başlayıb 2021-09-22 09:25:21 Cəmiyyəti narahat edən məsələlərlə bağlı ictimai dinləmələr keçiriləcək 2021-09-22 09:05:34 Fərid Şəfiyev: Azərbaycan Oxçuçayda ekoloji fəlakətə səbəb olan şirkəti beynəlxalq məhkəməyə verəcək 2021-09-22 08:10:54 Ərdoğan BMT-dəki çıxışında Azərbaycandan danışdı 2021-09-22 07:15:21 "İslam irsimizi tanıyaq” - Şamaxı Cümə məscidi (Video) 2021-09-21 19:35:10 Şəhid Rəşid Həmidovun anım mərasimi keçirilib 2021-09-21 10:40:39 Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib 2021-09-21 09:25:20 İƏT-in fəaliyyəti digər beynəlxalq təşkilatlar üçün nümunədir 2021-09-21 09:15:03 QHT Agentliyi kiçik qrant müsabiqəsinin mövzularının ictimai müzakirəsini keçirib 2021-09-21 07:55:26 Generallar Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimini izləyib 2021-09-21 07:20:24 20 Yanvar hadisələrinin mahiyyətinin təbliği: YYSİB-nin kreativ vətənpərvərlik layihəsi 2021-09-20 21:35:05 Arzularımın şəhəri Şuşa! 2021-09-20 10:50:06 Los Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunmuş qısa film hazırlanıb 2021-09-20 10:30:56 Rauf Zeyni: “Əsrin müqaviləsi” Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi oldu 2021-09-20 09:50:37 Zəngəzur koridorunun açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək - Ərdoğan 2021-09-20 09:20:39 Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar keçirəcək 2021-09-20 08:00:42 BMT-nin Baş katibi çağırış etdi 2021-09-20 07:40:35 Qarabağın florası yeni dərman vasitələrinin hazırlanması üçün əlverişlidir 2021-09-19 10:10:22 Rusiya MN-in yaydığı məlumat təəccüb və təəssüf doğurur - Anar Eyvazov 2021-09-19 09:05:53 Birinci vitse-prezident Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib 2021-09-19 08:25:45 “Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib 2021-09-18 19:30:13 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11