2021-07-05 09:05:24 | QHT VƏ MEDİA
“TRT Deutsch” Ermənistan şirkətlərinin Azərbaycan ərazilərini çirkləndirməsinə dair məqalə dərc edib

Almaniyanın “TRT Deutsch” xəbər portalında “Azərbaycan erməni şirkətlərinin ətraf mühiti çirkləndirməsini tənqid edir” adlı məqalə dərc olunub.

Məqalədə Ermənistan şirkətlərinin sənaye tullantılarının Oxçuçaya axıdılması nəticəsində ətraf mühitə dəyən ziyan və erməni şirkətlərinin ekoloji faciəyə görə məsuliyyət daşıdığı qeyd olunub. Məqalədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bu mövzuda fikirlərinə geniş yer verilib və bildirilib ki, kənd təsərrüfatı sahələrinin suvarılmasında böyük əhəmiyyət daşıyan Araz çayının bir qolu olan Oxçuçayın dağ-mədən sənayesinin tullantıları ilə çirkləndirilməsi fəlakət həddinə çatıb. Nazir qeyd edib ki, hazırda həmin ərazidəki vəziyyəti ekoloji fəlakət kimi dəyərləndirmək lazımdır və Oxçuçayın Araz çayına tökülməsini nəzərə alaraq, bu vəziyyət təkcə Azərbaycan üçün deyil, eyni zamanda, İran üçün böyük problemə çevrilib: “Ermənistan hökuməti anlamalıdır ki, o, yaxasını məsuliyyətdən kənara çəkə bilməz”.

Məqalədə bildirilir ki, regiondakı ekoloji problemin yaranmasında Almaniya şirkətləri də iştirak edir. Almaniyanın Karlsruhe şəhərində yerləşən “Cronimet“ şirkətlər qrupunun Ermənistanın ən böyük vergi ödəyicisi olan Zəngəzur mis-molibden kombinatının 60 faizlə əsas payçısı kimi məsuliyyətindən də söz açılıb. Tənqid hədəfləri arasında ingilis şirkəti tərəfindən alındıqdan sonra “Chaarat Kapan CJSC” adını daşıyan Qafan dağ-mədən və emal zavodunun da adı hallanır.

Məqalədə Azərbaycan ekspertlərinə istinadla bildirilir ki, Oxçuçaydan götürülmüş su nümunələrində nikel yeddi, dəmir dörd və mis-molibden birləşməsi iki dəfə normadan çoxdur. Forel və digər balıqlar çayda kritik həddə çirklənmə nəticəsində artıq məhv olublar, ağır metalların səviyyəsinin yüksək olması insan sağlamlığı üçün də təhlükəlidir.

Daha sonra qeyd edilir ki, Oxçuçayın çirkləndirilməsi ötən illərdə Ermənistanda da əks-səda doğurub, lakin bununla bağlı xüsusi tədbir görülməyib.

Məqalənin sonunda Ermənistanla Almaniyanın “Cronimet“ şirkətlər qrupu arasında sıx əlaqələrə də toxunulur. Qeyd edilir ki, şirkətin təsisçi və icraçı direktoru Qünter Pilarski Ermənistanın Baden-Vürttemberq konsulluq regionu üzrə fəxri konsuludur. Şirkətin adı Ermənistan üçün çalışan alman lobbiçilərinin siyahısında yer alır.

Eyni zamanda, qeyd edilir ki, 2019-cu ildə dərc olunmuş araşdırmalara görə, bu şirkət ətrafında maraqlar toqquşub. Ermənistanın keçmiş dövlət başçısı Serj Sarkisyanın kürəkəni Mikael Minasyan üçüncü tərəfin iştirakı ilə Zəngəzur mis-molibden kombinatının gizli payçısına çevrilib.

Baxış sayı : 282
AŞ PA-da İkinci Qarabağ Müharibəsinin ildönümündə onun fəsadları müzakirə olunacaq 2021-09-22 09:50:34 Dövlət Nəzarəti İnformasiya Sistemi fəaliyyətə başlayıb 2021-09-22 09:25:21 Cəmiyyəti narahat edən məsələlərlə bağlı ictimai dinləmələr keçiriləcək 2021-09-22 09:05:34 Fərid Şəfiyev: Azərbaycan Oxçuçayda ekoloji fəlakətə səbəb olan şirkəti beynəlxalq məhkəməyə verəcək 2021-09-22 08:10:54 Ərdoğan BMT-dəki çıxışında Azərbaycandan danışdı 2021-09-22 07:15:21 "İslam irsimizi tanıyaq” - Şamaxı Cümə məscidi (Video) 2021-09-21 19:35:10 Şəhid Rəşid Həmidovun anım mərasimi keçirilib 2021-09-21 10:40:39 Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib 2021-09-21 09:25:20 İƏT-in fəaliyyəti digər beynəlxalq təşkilatlar üçün nümunədir 2021-09-21 09:15:03 QHT Agentliyi kiçik qrant müsabiqəsinin mövzularının ictimai müzakirəsini keçirib 2021-09-21 07:55:26 Generallar Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimini izləyib 2021-09-21 07:20:24 20 Yanvar hadisələrinin mahiyyətinin təbliği: YYSİB-nin kreativ vətənpərvərlik layihəsi 2021-09-20 21:35:05 Arzularımın şəhəri Şuşa! 2021-09-20 10:50:06 Los Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunmuş qısa film hazırlanıb 2021-09-20 10:30:56 Rauf Zeyni: “Əsrin müqaviləsi” Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi oldu 2021-09-20 09:50:37 Zəngəzur koridorunun açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək - Ərdoğan 2021-09-20 09:20:39 Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar keçirəcək 2021-09-20 08:00:42 BMT-nin Baş katibi çağırış etdi 2021-09-20 07:40:35 Qarabağın florası yeni dərman vasitələrinin hazırlanması üçün əlverişlidir 2021-09-19 10:10:22 Rusiya MN-in yaydığı məlumat təəccüb və təəssüf doğurur - Anar Eyvazov 2021-09-19 09:05:53 Birinci vitse-prezident Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib 2021-09-19 08:25:45 “Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib 2021-09-18 19:30:13 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11