2021-07-02 15:00:45 | QHT VƏ MEDİA
Medianın İnkişafı Agentliyi açıqlama yaydı

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediası və onlayn media subyektləri arasında keçirilən müsabiqələrin nəticələri ilə bağlı açıqlama yayıb.

Fact-info.az xəbər verir ki, açıqlamada deyilir:

"MEDİA çap mediası və onlayn media subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin qaliblərini təbrik edir.

Media subyektlərinin, jurnalistlərin, bu sahədə fəaliyyət göstərən ekspertlərin müsabiqənin keçirilməsi ilə bağlı təklifləri nəzərə alınmış, müsabiqə yalnız çap mediası deyil, eyni zamanda onlayn media subyektlərini də əhatə etmiş, ilk dəfə olaraq idman məzmunlu xəbərlər istehsal edən veb-saytlara da layihədə iştirak hüququ tanınmışdır.

Agentlik müsabiqənin qiymətləndirməsində obyektivlik prinsiplərini və müasir standartları əsas götürmüşdür.

Əmək şəraiti və redaksiya heyətinin minimum tələblərə cavab verməsi, onlayn media subyektlərinin gün ərzində ən azı 20 (iyirmi) kütləvi informasiya dərc etməsi əsas götürülmüş, çap mediası subyektlərinin tiraj və yayıma dair normalar müəyyənləşdirilmişdir.

Qiymətləndirmə zamanı media subyektlərinin oxunaqlılıq dərəcəsini müəyyən edən ümumi səhifə baxışı sıralaması, materialların orijinallığı, informativliyi, analitik xarakteri, mövzuların jurnalistikanın ümumi prinsiplərinə uyğunluğu, mətnlərin üslubi keyfiyyətləri, dilin norma və qaydalarına əməl olunması, saxta və aldadıcı başlıqlı xəbərlərin, plagiat materialların həcmi, dizaynın müasir standartlara uyğunluğu, sosial şəbəkə hesablarının aktivliyi kimi meyarlar nəzərə alınmışdır. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi məqsədilə bütün media subyektlərinə bərabər şərait yaratmış, layihə jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasını, peşə etikası qaydalarına riayət olunması kimi təməl prinsiplərə əməl edilməsini hədəfləmişdir.

Onlayn media subyektləri üçün təşkil edilmiş müsabiqəyə ümumilikdə 96 veb-sayt müraciət etmiş, mövcud maddi imkanlar nəzərə alınmaqla müsabiqə qaydalarına cavab verən 39 veb-sayt qalib elan olunmuşdur.

Son zamanlar media subyektlərinin öz fəaliyyətini qanunvericiliyə uyğun təkmilləşdirməsi, operativlik, şəffaflıq və digər mühüm meyarlara uyğunlaşdırması istiqamətində ciddi səylər göstərməsi təqdirəlayiq hal kimi qiymətləndirilir və gələcəkdə də mediamızda bu meyllərin davamlılığının təşviqi üçün zəruri addımlar atılacaqdır.

Müsabiqələr gələcəkdə də davam etdiriləcək, növbəti aylar ərzində fəaliyyətini müəyyən edilmiş qaydalara uyğunlaşdıran veb-saytlar yenidən həmin müsabiqələrdə iştirak edə biləcək, qiymətləndirmə meyarlarına cavab verdikdə və daha yüksək göstəricilər nümayiş etdirdikdə isə qalib olmaq imkanı qazanacaqlar.

Medianın İnkişafı Agentliyi sağlam media mühitinin formalaşmasına verdikləri töhfə üçün dəyərli media subyektlərinə minnətdarlığını bildirir".

Baxış sayı : 229
AŞ PA-da İkinci Qarabağ Müharibəsinin ildönümündə onun fəsadları müzakirə olunacaq 2021-09-22 09:50:34 Dövlət Nəzarəti İnformasiya Sistemi fəaliyyətə başlayıb 2021-09-22 09:25:21 Cəmiyyəti narahat edən məsələlərlə bağlı ictimai dinləmələr keçiriləcək 2021-09-22 09:05:34 Fərid Şəfiyev: Azərbaycan Oxçuçayda ekoloji fəlakətə səbəb olan şirkəti beynəlxalq məhkəməyə verəcək 2021-09-22 08:10:54 Ərdoğan BMT-dəki çıxışında Azərbaycandan danışdı 2021-09-22 07:15:21 "İslam irsimizi tanıyaq” - Şamaxı Cümə məscidi (Video) 2021-09-21 19:35:10 Şəhid Rəşid Həmidovun anım mərasimi keçirilib 2021-09-21 10:40:39 Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib 2021-09-21 09:25:20 İƏT-in fəaliyyəti digər beynəlxalq təşkilatlar üçün nümunədir 2021-09-21 09:15:03 QHT Agentliyi kiçik qrant müsabiqəsinin mövzularının ictimai müzakirəsini keçirib 2021-09-21 07:55:26 Generallar Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimini izləyib 2021-09-21 07:20:24 20 Yanvar hadisələrinin mahiyyətinin təbliği: YYSİB-nin kreativ vətənpərvərlik layihəsi 2021-09-20 21:35:05 Arzularımın şəhəri Şuşa! 2021-09-20 10:50:06 Los Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunmuş qısa film hazırlanıb 2021-09-20 10:30:56 Rauf Zeyni: “Əsrin müqaviləsi” Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi oldu 2021-09-20 09:50:37 Zəngəzur koridorunun açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək - Ərdoğan 2021-09-20 09:20:39 Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar keçirəcək 2021-09-20 08:00:42 BMT-nin Baş katibi çağırış etdi 2021-09-20 07:40:35 Qarabağın florası yeni dərman vasitələrinin hazırlanması üçün əlverişlidir 2021-09-19 10:10:22 Rusiya MN-in yaydığı məlumat təəccüb və təəssüf doğurur - Anar Eyvazov 2021-09-19 09:05:53 Birinci vitse-prezident Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib 2021-09-19 08:25:45 “Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib 2021-09-18 19:30:13 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11