2021-07-01 07:30:16 | QHT VƏ MEDİA
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Müşahidə Şurasının iclasında Agentliyin kiçik, orta və böyük məbləğli qrant müsabiqələri üzrə siyasətinin (müsabiqənin şərtləri, meyarları və s.) müəyyənləşdirilməsi haqqında müzakirələr aparıldı, bununla bağlı müvafiq sənədin hazırlanması üçün MŞ üzvlərindən ibarət işçi qrup təşkil olundu. Qısa müddət ərzində sözügedən meyarların müəyyən olunması ilə bağlı sənədin hazırlanması tapşırıldı.

Daha sonra Müşahidə Şurası üzvlərinin əlaqələndirdiyi istiqamətlər üzrə fəaliyyət göstərən QHT-lərlə görüşlərin qrafiki təsdiq olundu. Qərara alındı ki, sahəvi QHT-lərlə onlayn görüşlərin intensivliyi artırılsın və daha çox təşkilatların belə görüşlərə dəvət olunması təmin edilsin.

İclasda Müşahidə Şurası üzvlərinin əlaqələndirdiyi fəaliyyət istiqamətləri və bu istiqamətlər üzrə görüləcək işlər sənədinə yenidən baxıldı və müzakirələr əsasında əlaqələndirilən fəaliyyət istiqamətləri sırasına QHT koalisiyaları, resurs mərkəzləri və platformalarla işin də əlavə edilməsi qərara alındı.

Sonda Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2021-ci il 1317 nömrəli Fərmanından irəli gələn məsələlərə bir sıra məsələlərə baxıldı. Müzakirələr əsasında Agentliyin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi, icra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılması qaydası, habelə qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydası, qrant məbləğinin müəyyən edilməsi meyarları və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddi ilə bağlı nəzərdə tutulan sənədlər üzrə Müşahidə Şurasının müvafiq işçi qrupu tərəfindən hazırlanan təkliflərin Nazirlər Kabinetinə təqdim edilməsi qərara alındı.

Baxış sayı : 229
AŞ PA-da İkinci Qarabağ Müharibəsinin ildönümündə onun fəsadları müzakirə olunacaq 2021-09-22 09:50:34 Dövlət Nəzarəti İnformasiya Sistemi fəaliyyətə başlayıb 2021-09-22 09:25:21 Cəmiyyəti narahat edən məsələlərlə bağlı ictimai dinləmələr keçiriləcək 2021-09-22 09:05:34 Fərid Şəfiyev: Azərbaycan Oxçuçayda ekoloji fəlakətə səbəb olan şirkəti beynəlxalq məhkəməyə verəcək 2021-09-22 08:10:54 Ərdoğan BMT-dəki çıxışında Azərbaycandan danışdı 2021-09-22 07:15:21 "İslam irsimizi tanıyaq” - Şamaxı Cümə məscidi (Video) 2021-09-21 19:35:10 Şəhid Rəşid Həmidovun anım mərasimi keçirilib 2021-09-21 10:40:39 Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib 2021-09-21 09:25:20 İƏT-in fəaliyyəti digər beynəlxalq təşkilatlar üçün nümunədir 2021-09-21 09:15:03 QHT Agentliyi kiçik qrant müsabiqəsinin mövzularının ictimai müzakirəsini keçirib 2021-09-21 07:55:26 Generallar Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimini izləyib 2021-09-21 07:20:24 20 Yanvar hadisələrinin mahiyyətinin təbliği: YYSİB-nin kreativ vətənpərvərlik layihəsi 2021-09-20 21:35:05 Arzularımın şəhəri Şuşa! 2021-09-20 10:50:06 Los Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunmuş qısa film hazırlanıb 2021-09-20 10:30:56 Rauf Zeyni: “Əsrin müqaviləsi” Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi oldu 2021-09-20 09:50:37 Zəngəzur koridorunun açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək - Ərdoğan 2021-09-20 09:20:39 Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar keçirəcək 2021-09-20 08:00:42 BMT-nin Baş katibi çağırış etdi 2021-09-20 07:40:35 Qarabağın florası yeni dərman vasitələrinin hazırlanması üçün əlverişlidir 2021-09-19 10:10:22 Rusiya MN-in yaydığı məlumat təəccüb və təəssüf doğurur - Anar Eyvazov 2021-09-19 09:05:53 Birinci vitse-prezident Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib 2021-09-19 08:25:45 “Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib 2021-09-18 19:30:13 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11