2021-06-29 09:25:33 | MƏDƏNİYYƏT
Vətən müharibəsinə həsr olunan “BİZ” tarixi-sənədli filmi

Silahlı Qüvvələr Günündə Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzinin C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə birgə istehsal etdiyi, Azərbaycanın Vətən müharibəsində şanlı Zəfərinə həsr olunan "BİZ" tarixi-sənədli filminin təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, ilk olaraq qapalı baş tutan filmin premyerasında mədəniyyət naziri Anar Kərimov, silahlı qüvvələrin müxtəlif qoşun növlərini və hərbi birləşmələrini təmsil edən zabit və əsgər heyəti, Müdafiə Nazirliyinin nümayəndələri iştirak ediblər.

Təqdimat mərasiminə Bakıda səfərdə olan Türkiyə, Rusiya və Avropanın aparıcı kino mütəxəssisləri, o cümlədən Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb.

Tədbirdə mədəniyyət naziri Anar Kərimov Silahlı Qüvvələr Günü münasibətilə əsgər və zabitlərimizi təbrik edərək deyib: “Bu gün Şuşamızda bayramınızı qeyd edirik, azad olunmuş torpaqlarımızda quruculuq işləri görülür. Qırx dörd günlük Vətən müharibəsində qardaş Türkiyə daim yanımızda oldu, həm mənəvi, həm də siyasi dəstək göstərdi. İndi bizim vəzifəmiz 44 günlük müharibədəki Qələbəmizi gələcək nəsillərə çatdırmaqdır.

Ermənilərlə mədəniyyət sahəsində savaşımız hələ davam edir. Məqsədimiz bu savaşda da qalib gəlmək və gücümüzü, birliyimizi dünyaya nümayiş etdirməkdir”.

Mədəniyyət naziri Bakı Media Mərkəzinə belə bir filmin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan iki ölkənin qardaşlığından, Vətən müharibəsində hərbçilərimizin şücaətindən söhbət açaraq Silahlı Qüvvələr Günü münasibətilə xalqımızı təbrik edib.

Sonra filmin yaradıcı heyəti səhnəyə dəvət olunub. Filmin ideya müəllifi və rejissoru, Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyev ekran əsərinin ərsəyə gəlməsi ilə bağlı fikirlərini bölüşüb. Bildirilib ki, “BİZ” filmində Vətən müharibəsi dövründə 44 gün ərzində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmancasına ön cəbhədə döyüşən Azərbaycan əsgəri ilə yanaşı, arxa cəbhədə onu dəstəkləyən vətənpərvər sadə vətəndaşların da ümumi Qələbədə oynadığı rol göstərilir. Həm əsgərlərimiz, həm də sadə vətəndaşların müharibə dövründə keçirdiyi mənəvi və psixoloji ruh yüksəkliyi, emosiyalar, hisslər, ortaya çıxan yeni müsbət cizgilər və ən əsası hər bir azərbaycanlının Qələbəyə sona qədər inam bəsləməsi filmdə öz əksini tapıb.

Filmdə, eyni zamanda müharibə dövründə fenomenə çevrilən, videosu və fotosu ən çox paylaşılan, ən çox müzakirə olunan sadə insanların müsahibələrinə də yer verilib. Müharibədə baş verən taleyüklü hadisələri məhz onlar və həmin anın şahidləri danışırlar, həmin vaxt keçirdikləri hissləri tamaşaçı ilə bölüşürlər.

Vurğulanıb ki, Azərbaycan Vətən müharibəsindən qalib ayrılmaqla öz gücünü və imkanlarını nümayiş etdirdi. Bu həm də Azərbaycan insanının – yəni “BİZ”lərin gücü idi. Hər bir azərbaycanlı mən yox, məhz “BİZ” deyərək ümumi Qələbədə öz tarixi rolunu oynadı.

Sonra ekran əsəri nümayiş olunub.

Qeyd edək ki, filmin prodüseri C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov, operatorları Əli Əliyev, Ziya Babayev, səs rejissoru Azad Vəliyev, redaktorları Ayaz Mirzəyev və İlham Bərxudar, montajçı Əsgər Rəhimovdur.

Baxış sayı : 239
AŞ PA-da İkinci Qarabağ Müharibəsinin ildönümündə onun fəsadları müzakirə olunacaq 2021-09-22 09:50:34 Dövlət Nəzarəti İnformasiya Sistemi fəaliyyətə başlayıb 2021-09-22 09:25:21 Cəmiyyəti narahat edən məsələlərlə bağlı ictimai dinləmələr keçiriləcək 2021-09-22 09:05:34 Fərid Şəfiyev: Azərbaycan Oxçuçayda ekoloji fəlakətə səbəb olan şirkəti beynəlxalq məhkəməyə verəcək 2021-09-22 08:10:54 Ərdoğan BMT-dəki çıxışında Azərbaycandan danışdı 2021-09-22 07:15:21 "İslam irsimizi tanıyaq” - Şamaxı Cümə məscidi (Video) 2021-09-21 19:35:10 Şəhid Rəşid Həmidovun anım mərasimi keçirilib 2021-09-21 10:40:39 Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib 2021-09-21 09:25:20 İƏT-in fəaliyyəti digər beynəlxalq təşkilatlar üçün nümunədir 2021-09-21 09:15:03 QHT Agentliyi kiçik qrant müsabiqəsinin mövzularının ictimai müzakirəsini keçirib 2021-09-21 07:55:26 Generallar Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimini izləyib 2021-09-21 07:20:24 20 Yanvar hadisələrinin mahiyyətinin təbliği: YYSİB-nin kreativ vətənpərvərlik layihəsi 2021-09-20 21:35:05 Arzularımın şəhəri Şuşa! 2021-09-20 10:50:06 Los Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunmuş qısa film hazırlanıb 2021-09-20 10:30:56 Rauf Zeyni: “Əsrin müqaviləsi” Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi oldu 2021-09-20 09:50:37 Zəngəzur koridorunun açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək - Ərdoğan 2021-09-20 09:20:39 Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar keçirəcək 2021-09-20 08:00:42 BMT-nin Baş katibi çağırış etdi 2021-09-20 07:40:35 Qarabağın florası yeni dərman vasitələrinin hazırlanması üçün əlverişlidir 2021-09-19 10:10:22 Rusiya MN-in yaydığı məlumat təəccüb və təəssüf doğurur - Anar Eyvazov 2021-09-19 09:05:53 Birinci vitse-prezident Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib 2021-09-19 08:25:45 “Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib 2021-09-18 19:30:13 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11